ÇEVRİLİŞ

сущ. переворот (1. еке дегишвал (мес. илимда); 2. полит. государстводин къурулушда садлагьана еке дегишвал).
ÇEVRƏLƏNMƏK
ÇEVRİLMƏK
OBASTAN VİKİ
Hərbi çevriliş
Putç (alm. Putsch‎) və ya hərbi çevriliş — bir ölkədə silahlı qüvvələrin təmsilçilərinin silah gücü ilə ölkə idarəetməsini ələ keçirməsi. Adətən , hökümətin iqtisadi və sosial problemləri həll etməkdə aciz olduğu iddiası hərbi çevrilişin əsas səbəbi kimiqeyd edilir. Çevrilişi həyata keçirən zabitlər bir qayda olaraq ordunun hərəkətlərinə qərəzsiz qalmaq fürsətindən istifadə edərək hakimiyyəti ələ keçirir və lideri devirir; radio, TV kimi rabitə kanallarını zəbt edərək dövlət idarələri üzərində səlahiyyət yaradır, elektrik stansiyaları və bir çox qurum kimi əsas infrastruktur obyektlərinə nəzarət edirlər.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Zimbabvedə hərbi çevriliş (2017)
Zimbabvedə hərbi çevriliş (ing. Zimbabwean coup d'état) - 2017-ci ilin 14 noyabr axşamından etibarən Afrikanın cənubunda yerləşən Zimbabvedə hərbiçilər tərəfindən gercəkləşdirilmiş Hərbi çevriliş. 14 noyabr axşamı Zimbabve Milli Ordusu paytaxt Hararedə yerləşən bəzi nöqtələrdə nəzarəti ələ keçirmişdir. Başda dövlət telekanalı ZBC (ing. Zimbabwe Broadcasting Corporation) olmaqla şəhərin mərkəzinə aparan yollar hərbiçilər tərəfindən nəzarətə götürülüb, blokpostlar quraşdırılıb. 15 noyabr tarixində Zimbabve hərbçiləri ölkənin paytaxtı Hararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Xarici telekanala açıqlamalarında hərbçilər aparılan əməliyyatların ölkədə cinayətkar qruplara qarşı olduğunu bildiriblər. Ölkənin təhlükəsizlik məsələləri üzrə milli şöbənin rəhbəri Robert Muqabe və ailəsinin ev dustaqlığında olduğunu, onun həyatı üçün təhlükə olmadığını bəyan edib. Hərbiçilər paytaxtda hökumət qurumları, parlament və məhkəmələrə gedən əsas yolları bağlayıb. Hərbçilər, həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib.
15 may dövlət çevrilişi (1992)
May hadisələri (həmçinin 14–15 may hadisələri, 1992-ci il 15 may dövlət çevrilişi) — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən dövlət çevrilişi. == Zəmin == === Mütəllibovun istefası === Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu. Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər təyin edildiyini demişdir. Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi. Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir. Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir.
1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi (isp. Golpe de Estado en Chile de 1973) — 1973-cü il 11 sentyabr tarixində Çilidə baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının icazəsi və dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində, dünyada seçim yolu ilə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edəcək diktator hakimiyyəti qurulmuşdur. == Çilidə Alyende dönəmi == Salvador Alyende, 1970-ci ildə keçirilən prezident seçkiləri zamanı səslərin 36,3% toplayaraq prezident seçildi. Alyende prezident seçildikdən sonra genişmiqyaslı reform layihələrinin icrasına başladı. Keçirilməsi nəzərdə tutulan reformlardan ən önəmlisi sənayenin (xüsusən mis sənayesinin) üzərində dövlət nəzarətinin tətbiq edilməsi və torpağların yenidən bölüşdürlüməsi idi. Alyende tərəfindən həyata keçirilən reformlar, ilk illərdən etibarən çox uğurlu alındı və Çili iqtisadiyyatı 8.6% genişəndi. Ancaq bu uğurlu nəticələr növbəti cari ildə təkrarlanmadı və 1972-ci ildəki, 140% infilyasiya ölkə iqtisadiyyatını yararsız hala saldı. Ölkədə ərzaq qıtlığı yaşanmağa başladı və qara bazar şəbəkəsi sürətlə genişləndi.
1994 Azərbaycanda dövlət çevrilişinə cəhd
1994-cü il Azərbaycanda hərbi çevrilişə cəhd – 1994-cü il oktyabrın 2-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə baş vermiş qiyam cəhdidir. Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi. == Səbəbləri == Birinci dəfə 1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, 709-cu hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, "Yun" zavodunun direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu. Surət Hüseynov ilk dəfə 1993-cü ildə, Elçibəy komandasının neft müqavilələri bağlamaq üçün iyunun 30-da Böyük Britaniyaya səfəri ərəfəsində qiyam qaldırmışdı. Bu dəfə də S.Hüseynov növbəti dəfə Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra qiyama başladı. Heydər Əliyev də 1999-cu ildə Washington Post qəzetinə verdiyi müsahibədə bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini deyib. 1994-cü ildə Qarabağ müharibəsinin dayandırılması üçün Bişkek protokolu imzalandıqdan sonra Heydər Əliyev ilə Surət Hüseynov, həmçinin Cavadov qardaşları arasında müharibənin dayandırılması, neft müqavilələri və iqtisadiyyatın idarəolunması barəsində ziddiyyətlər getdikcə dərinləşməyə başladı. 1994-cü ilin yayı H.Əliyev və S.Hüseynov arasında açıq qarşıdurmalarla keçir. Surət Hüseynov Əliyevin getdikcə Qərbpərəst mövqeyindən, Qərb şirkətləri ilə neft müqavilələri imzalamasından və Əliyevin yaxınlarının və uzun müddətdir ortağı olan spiker Rəsul Quliyevin əsas rol oynadığı özəlləşdirmədən narazılığını gizlətmir. Xarici neft şirkətləri, BVF və Dünya Bankı fəal hərbi əməliyyatlar gedən ölkələrə investisiya yatırmadıqları üçün onlar neft müqaviləsinin imzalanması üçün Qarabağda atəşkəs imzalanmasını istəyirdilər.
1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhd
1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı. == Zəmin == 1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi.
1995 Azərbaycanda dövlət çevrilişinə cəhd

Latviyada dövlət çevrilişi (1934)
Latviyada dövlət çevrilişi — 1934-cü il mayın 15-də Latviyanın Baş naziri Karlis Ulmanis tərəfindən Latviya iqtidarının işğal olunması. Dövlət çevrilişinin nəticəsində Latviya Konstitusiyasının fəaliyyəti dayandırıldı, Latviya Seymi buraxıldı, Latviyada mövcud olan bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı və bir-sıra qəzetlər qapadıldı. == Dövlət çevrilişi zamanı == 1934-cü il mayın 15-dən 16-na ötən gecə Riqa şəhərində yerləşən bütün dövlət əhəmiyyətli binalar hərbçilər, polislər və ayzsarqilər tərəfindən işğal edildi. Daha sonra Baş nazir Karlis Ulmanisin və hərbi nazir general Yanis Balodisin imzaladığı Sərəncam yayımlandı. Sərəncama əsasın altı ay müddətinə bütün Latviya ərazisində hərbi vəziyyət elan edildi və Latviya Konstitusiyasında islahatlar aparılana qədər Latviya Seymi buraxıldı. Həmin dövrdə Latviya Prezidenti olan Albert Kviesisa isə səlahiyyət müddəti başa çatana qədər, yəni 1936-cı il aprelin 11-nə qədər səlahiyyətlərinə davam etdirilməsinə icazə verildi. Latviyada dövlət çevrilişi zamanı zor tətbiq etmə halları başa vermədi və Latviya ictimaiyyəti çevrilişə etiraz etmədi. LSDİP liderlərinində daxil olması ilə 2000 yaxın insan həbs edildi. Onların çoxu bir müddət sonra azad edildi, digərləri isə bir il müddətinə olmaqla azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıldı.
Naxçıvanda dövlət çevrilişinə cəhd
Naxçıvanda dövlət çevrilişinə cəhd — 24 oktyabr 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətinin və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin devrilməsi üçün həyata keçirilmiş dövlət çevrilişinə cəhd. Sovet Sosialist Respublikaları İttifaqının Azərbaycanı sovetləşdirməsindən sonra Naxçıvanda muxtar respublika yaradılmışdır, Türkiyə muxtariyyətin qarantoru kimi təsbit edilmişdir. Bu səbəbdən də Naxçıvan Birinci Qarabağ müharibəsi illərində digər bölgələrə nisbətən daha az zorakılığa şahid olmuş, lakin Ermənistan tərəfindən blokada edilmişdir. Xocalı soyqırımının üzə çıxmasından sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov istefa vermiş, lakin 14 mayda Ali Sovetin qərarı ilə yenidən hakimiyyətə gəlmişdir. Növbəti gün etirazçılar tərəfindən dəstəklənən Azərbaycan Xalq Cəbhəsi (AXC) Mütəllibovu devirmişdir. AXC üzvü İsgəndər Həmidov daxili işlər naziri təyin edilmiş, Əbülfəz Elçibəy isə iyunda prezident seçilmişdir. İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvanın daxili işlər naziri təyin etmiş, lakin regional DİN əməkdaşları buna etiraz etmiş və nəticədə Naxçıvan Ali Məclisi bu təyinatı təsdiqləməmiş, Əsgər Ələkbərovu daxili işlər naziri seçmişdir. Həmidov bunun cavabında Ələkbərovu və başqa Naxçıvan DİN vəzifəlilərini işdən xaric etmiş, Naxçıvan Ali Məclisi isə AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması haqqında qərar qəbul edilmişdir. 24 oktyabrda DİN Naxçıvana hərbi desant göndərmişdir. Naxçıvanlı cəbhəçilər və zirehli texnika tərəfindən dəstəklənən silahlı dəstə DİN binasına və televiziyaya basqın edərək oranı zəbt etmişdir.
Oktyabr çevrilişi
Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab. İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Pakistanda dövlət çevrilişi (1958)
Pakistandakı dövlət çevrilişi (1958) — Pakistan Prezidenti İskəndər Mirzənin Pakistan Konstitusiyasını ləğv etdiyi və hərbi vəziyyət elan edildiyi və Oktyabrın 27-də, Mirzənin özü Pakistan Ordusunun Baş Komandanı General Ayub Khan tərəfindən devrildiyi dövrdə baş verən hadisələrə aiddir.1956 ilə 1958 arasında bir sıra Baş Nazirlər var idi və bu, general Eyyub Xanın sabitliyin bərpası üçün ordunun nəzarətə götürməsini düşündüyü bir mərhələyə çatdı. Şərqi Pakistan siyasətçiləri gərginliyi artıran mərkəzi hökumətin fəaliyyətində daha çox söz istədi. İskəndər Mirzə bir çox aparıcı siyasətçinin dəstəyini itirmiş və Şüxrəvərdinin Benqal və Pəncab siyasi rəhbərliyini özünə birləşdirmək planından narahat idi. Buna görə kömək üçün Əyyub xana və əsgərə müraciət etmişdi.
Pakistandakı dövlət çevrilişi (1958)

Pakistandakı dövlət çevrilişi (1999)
Pakistandakı dövlət çevrilişi (1999) Ordu Qərargah Rəhbərləri Komitəsi Başçısı General Pərviz Müşərrəfin 12 oktyabr 1999-cu ildə xalq tərəfindən seçilən Baş nazir Nəvaz Şərifin mülki hökumətin nəzarəti ələ keçirməsi Birgə Qərargah HQ-də hərbi heyət tərəfindən başladılan qanlı çevriliş idi. Ordu Qərargah rəisi, Birgə Qərargah rəisi vəzifəsini icra edən, eyni zamanda ölkənin Baş İcraçı Direktoru vəzifəsini icra edən Müşərrəf, mübahisəli müvəqqəti bir əmr verərək, yazının dayandırıldığını birbaşa pozaraq fövqəladə vəziyyət elan etdi. 14 oktyabr 1999-cu il tarixli Pakistan Konstitusiyası - Şərifuddin Pirzadənin rəhbərlik etdiyi hüquqi qrupdan alınan hüquqi tövsiyədən federal hökumətin nəzarəti ələ keçirməsinin yalnız iki günü oldu.
Pakistandakı dövlət çevrilişi cəhdləri (1995)
1995-ci ildə baş vermiş Pakistandakı çevriliş cəhdi, istefasız hərbçilər tərəfindən və Pakistanın Baş naziri Bənazir Bhutto hökumətinə qarşı gizli bir hiylə idi. Hərbçilər konstitusiya hökumətini devirmək və Pakistanda Hərbi Qayda qurmaq məqsədi güdürdülər. Kəşfiyyat qurumları Pakistan Ordusunu tərk etdikdən sonra fitnə pozulmuşdu. Bənazir Bhuttonun partiyası olan Pakistan Xalq Partiyası, Məhəmməd Ziya ül-Həqqin 11 illik Diktaturasının ölümü ilə kəskin sona çatdıqdan sonra 1988-ci il ümumi seçkisində qalib gəldi. 1989-cu ildə Pakistan Ordusunun kəşfiyyat və casusluq agentliyi üzvləri Benazir Bhutto hökumətini devirmək istədikləri üçün hiyləgər bir əməliyyat hazırladı. Əməliyyatın tərəfdarı olan mayor Əmir, Şərifi siyasi lider kimi sevdiyini və cənab Şərifi yeni Baş nazir etmək istədiyini söylədi. Şərifin siyasi düşərgəsinin bir hissəsi olduğunu və Şəriflərin siyasi karyeralarına başlamış və partiyalarına dövlət fondlarına çıxış imkanı verən Məhəmməd Ziyaülhaqqın gündəmini davam etdirəcəyini söylədi.
Rusiyada oktyabr çevrilişi
Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab. İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Türkiyədə dövlət çevrilişi(1960)
27 may çevrilişi və ya 27 may hərbi müdaxiləsi — 27 may 1960-cı ildə Türkiyədə baş verən və ölkənin tarixinə ilk dövlət çevrilişi kimi keçən hərbi müdaxilə. Çevriliş Türkiyə Silahlı Qüvvələri daxilində 37 aşağı rütbəli hərbçi tərəfindən planlaşdırılmış və həyata keçirilmişdir. 27 maydan etibarən iqtidarda olan Demokrat Partiya bağlanmış, prezident və baş nazir başda olmaqla hökumət üzvlərinə qarşı məhkəmə işləri qaldırılmış, 235-i general olmaqla təxminən 3500-ə hərbçi təqaüdə göndərilmişdir. 147 universitet müəllimi, 520 hakim və vəkil işindən azad edilmişdir. 37 hərbçi və rəhbər olaraq başlarına gətirdikləri təqaüddə olan general Camal Gürsəlin yaratdığı Milli Birlik Komitəsi (MBK) çevrilişdən sonrakı Türkiyənin idarəsini öz üzərinə götürmüşdür. Türkiyənin ilk partiyasının yaradılması ideası hələ istiqlal müharibəsi dövründə yaranmışdı. 1919-cu il 4-11da keçirilən Sivas Konqresində ölkənin müxtəlif yerlərində işğalçılarla mübarizə aparmaq üçün yaradılan təşkilatlar bir cəmiyyətdə birləşdirildilər. 1920-ci il 23 apreldə bu cəmiyyət əsasında TBMM quruldu. Konqresin fəaliyyətdə olduğu günlərdə, daha dəqiq desək 9 sentyabrda Mustafa Kamal Paşa tərəfdarları ilə birlikdə Xalq Firqəsini yaratdı (partiyanın yaradılış günü 11 sentyabr qəbul edilir). Türkiyə müstəqilliyinin ilk illərindən etibarən iqtisadi böhran içərisində idi.
Türkiyədə dövlət çevrilişi (1960)

Türkiyədə dövlət çevrilişi (1980)
12 sentyabr çevrilişi və ya 12 sentyabr hərbi müdaxiləsi — Türkiyə Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi dövlət çevrilişi. 12 sentyabr 1980-ci il gecəsi Türkiyə SQ tərəfindən yerli saatla saat 03:00-da TRT, PTT və digər kommunikasiya idarələri üzərində nəzarəti ələ keçirərək başlayan hərbi müdaxilə Daxili İşlər Nazirliyi, Polis Müdirlüyü, Baş nazir Süleyman Dəmirəlin ofisi və digər hədəflər də ələ keçirildikdən sonra saat 04:00-da radio vasitəsilə bütün ölkəyə bildirildi. İlk bildirişdə "Bu müdaxilənin məqsədi ölkənin bütövlüyünü qorumaq, milli birlik və bərabərliyi təmin etmək, ola biləcək vətəndaş müharibəsi və qardaş qırğınının qarşısını almaq, dövlət hakimiyyətini və mövcudluğunu yenidən təsis etmək və demokratik quruluşun fəaliyyətinə mane olan səbəbləri aradan qaldırmaqdır." deyə bildirilmişdir. Müdaxilə nəticəsində Türkiyə Böyük Millət Məclisi və Baş nazir Süleyman Dəmirəl hökumətinin fəaliyyəti sona çatdı, parlament üzvlərinin toxunulmazlığı ləğv edildi, ölkənin hər yerində hərbi vəziyyət elan edildi və xarici ölkələrə çıxış qadağan edildi. Baş Qərərgah rəisi general Kənan Evrən dövlət başçısı oldu. Qanunvericilik səlahiyyətindən istifadə etmək üçün Kənan Evrenin sədrliyi ilə qüvvələr komandirlərindən ibarət Milli Təhlükəsizlik Şurası yaradıldı. Siyasi partiyalar ləğv edildi, pariya liderləri əvvəlcə hərbi bazalarda nəzarət altında saxlanıldı, sonra sərbəst buraxıldı, bir müddət sonra isə bəziləri ittiham olundu. 1961-ci il Konstitusiyası ləğv edildi və Türkiyə siyasətində hərbi dövr başladı. Yeni konstitusiya hazırlandı, 7 noyabr 1982-ci ildə referendum keçirildi və 91,37% səslə 1982-ci il Konstitusiyası və Kənan Evrənin hakimiyyəti qəbul edildi. Çevrilişdən sonra rəsmi qeydlərə əsasən, 650.000 nəfər nəzarət altına alındı, 230.000 nəfər məhkəməyə verildi, həbsxanalarda edilən işgəncə nəticəsində ölən 171 nəfər daxil olmaqla 300 nəfər öldürüldü, 48 nəfər edam edildi, 1.683.000 nəfər isə qeydiyyata alındı.
Termidor çevrilişi
Termidor çevrilişi — Fransa inqilabı dövründə dövlət çevrilişi. İnqilab 1794-cü ildə, iyulun 27-dən 28-nə keçən gecə (inqilab təqvimi ilə respublikanın 2-ci ilinin 9–10 termidoru) baş verdi. Bu, montanyarlar diktaturasının süqutuna səbəb olmuşdur. 1794-cü ilin yazında ölkənin inkişaf perspektivləri məsələsi konventin solçu yakobinlər və radikal montanyar deputatları arasında mübahisələrə səbəb olmuşdur. Jak Rene Eber və tərəfdarları maksimumun və terrorun əbədiləşdirilməsini müdafiə etmişdilər. Bu siyasət inqilabın düşmənlərini qorxutmaq və siyasi rəqibləri məhv etmək məqsədi daşıyırdı. Jak Jorj Dantonu dəstəkləyənlər sülhün bağlanmasını və terrora son qoyulmasını tələb edirdilər. Maksimillian Robespyer və onun tərəfdaşları hər iki qrupun liderlərinin edam edilməsinə nail olmuş və əksinqilabın qalibiyyətlə sona çatması, cəmiyyətin mənəvi yenilənməsi üçün bir proqram irəli sürmüşdülər. Bunun alətlərindən biri də terror idi. Cavab olaraq Konvensiyada deputatların sui-qəsdi yarandı.
Gürcüstanda dövlət çevrilişi (1991-1992)
1991–1992-ci illərdə Gürcüstanda dövlət çevrilişi və ya Tbilisi müharibəsi — Sovet İttifaqının süqutundan sonra yeni müstəqillik qazanmış Gürcüstan Respublikasında 22 dekabr 1991-ci ildən 6 yanvar 1992-ci ilə qədər baş vermiş daxili hərbi münaqişə. Gürcüstanda vətəndaş müharibəsinə səbəb olan çevriliş 1991-ci ilin sonunda Tengiz Kitovani, Caba İoseliani və Tengiz Siquanın rəhbərliyi altında birləşmiş bir neçə yarımhərbi təşkilata qarşı Milli Qvardiyanın prezident Zviad Qamsaxurdiyaya sadiq fraksiyalarını toqquşdurdu. Tbilisi müharibəsi, Qamsaxurdiyanın bunkerdə təcrid olunduğu Gürcüstan Parlamenti binasının mühasirəyə alındığı Tbilisinin əsas küçəsi olan Rustaveli prospektində iki həftə davam edən şiddətli döyüşlərdən sonra Gürcüstanın demokratik yolla seçilmiş ilk prezidentinin sürgün edilməsi ilə başa çatdı. Qamsaxurdiyanın süqutundan sonra Kitovani, İoseliani və Siquanın başçılıq etdiyi Hərbi Şura Tbilisidə hakimiyyəti ələ keçirdi və hakimiyyəti ona təhvil vermək üçün sonuncu Sovet Xarici İşlər Naziri Eduard Şevardnadzenin geri qayıtmasını təmin etdi. Vətəndaş müharibəsi zamanı devrilmiş prezidentin tərəfdarları onu hakimiyyətə qaytarmaq üçün uğursuz üsyan qaldırdılar. Şevardnadze tədricən Kitovani və İoselianidən uzaqlaşmağa başladı və 2003-cü ildə "Qızılgül inqilabı"nda hakimiyyətdən uzaqlaşdırılana qədər ölkəni idarə etdi. 2005-ci ildə Gürcüstan parlamenti 1991–1992-ci illər hadisələrini "konstitusiyaya zidd silahlı dövlət çevrilişi" kimi pisləyən qətnamə qəbul edib. Qafqaz Araşdırma Resurs Mərkəzlərinin 2020-ci il sorğusuna əsasən, gürcülərin 76%-i çevrilişin Gürcüstan üçün pis olduğunu düşünür. == İstinadlar == === Ədəbiyyat === Asatiani, Nodar; Janelidze, Otar. History of Georgia.
Gürcüstanda dövlət çevrilişi (1991–1992)

Türkiyə postmodern çevrilişi (1997)
Türkiyə postmodern çevrilişi və ya 28 Fevral prosesi — Nəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə baş nazirin birinci müavini və xarici işlər naziri olduğu 28 fevral 1997-ci ildə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası nəticəsində açıqlanan qərarlarla “irticaçılığa” (mürtəceyə) qarşı iddiası ilə başlayan ordu və bürokratiya mərkəzli bir çevriliş prosesidir. Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan REFAHYOL Hökumətinin dağılması ilə nəticələndi. Türk siyasi tarixinə daxil olan qərarların həyata keçirildiyi dövrdə Türkiyədə siyasi, inzibati, hüquqi və sosial sahələrdə dəyişikliklər baş verdi. Baş verən hadisələr Türkiyədə daha əvvəl baş vermiş çevrilişlərdən fərqli olaraq daha zərif, daha yumşaq, daha səssiz və daha soyuqqanlı kimi xarakterizə edilərək postmodern çevriliş də adlandırılır. Qərarların və sanksiyaların icra edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə Baş Qərargah rəisinin birinci müavini Çevik Birin rəhbərliyi ilə Qərb Fəaliyyət Qrupu yaradıldı. Çevrilişdə fəal rol oynayan bəzi şəxslər (Çətin Doğan, Kamal Gürüz və s.) sonradan Balyoz və Ərgənəkon kimi məhkəmə işlərində mühakimə olundular. 28 Fevral işi isə 2012-ci ildə başladı.
Türkiyədə dövlət çevrilişi (1997)

İranda dövlət çevrilişi (1953)
Ayaks əməliyyatı — 1953-cü ildə Amerika və Böyük Britaniya tərəfindən hazırlanan C. İ. A tərəfindən həyata keçirilən bir əməliyyatdır. Əməliyyatın həyata keçirilməsində səbəb İranda Məhəmməd Mussadıqı devirib hakimiyyətə yenidən sonuncu İran şahı Məhəmməd Rza şah Pəhləvini gətirmək idi. İranda Tənbəki üsyanı olan zaman Mussadıq 8 yaşındaydı. Atası dövlət məmuru idi, digər qohumları da İranda yüksək vəzifələrdə çalışırdılar. 1906-cı ildə İranda ilk dəfə məclis üçün keçirilən seçkilərdə İsfahandan namizədliyini irəli sürdü, lakin seçilməsinə baxmayaraq yaşının düşmədiyi üçün məclis üzvü ola bilmədi. Təhsili üçün Parisə getdi . Burada Siyasi Elmlər Fakültəsində təhsil alırdı, lakin təhsilini ömrünün sonuna kimi sağalmaz xəstəliyə düçar olduğu üçün buraxdı və ölkəsinə geri döndü. Sonra ailəsi ilə birlikdə İsveçrənin Neuchatel qəsəbəsinə gəldi. İsveçrədə hüquq elmi üzrə doktorluq dərəcəsinə kimi elmi müdafiə etdi. 1921-ci ildə Rza xanın Qacarları devirərək hakimiyyətə gəlməsindən sonra yaxın qohumu olan Fərman Fərmanın dəstəyi ilə hakimiyyətdəki yüksək insanlardan biri oldu.
İranda dövlət çevrilişi (1921)
İranda dövlət çevrilişi — 20–21 fevral 1921-ci ildə Qacar baş naziri Fətulla xan Əkbər hökumətinə qarşı dövlət çevrilişi. Buna İran kazak diviziyasının qüvvələri ilə Ziyaəddin Təbatəbai və Rza xan (gələcəkdə şah Rza Pəhləvi) başçılıq etmişdir. İran jandarmının zabitləri Məsud Keyxen və Qasım xan Səyya, kazak diviziyasının zabiti Əhməd Əmir-Əhmədi də burada birbaşa iştirak edirdilər. Çevrilişin səbəbi kimi Konstitusiya inqilabından 15 il keçməsinə baxmayaraq, milli sərvətləri talamaqda davam edən və islahatların həyata keçirilməsinə mane olan oliqarxların hökmranlığının israrlı olması göstərilmişdir. Çevriliş baş nazir Əkbərin vəzifəsindən uzaqlaşdırılmasına və Əhməd şah Qacarın Ziyaəddin Təbatəbainin başçılıq etdiyi yeni hökumətin təsdiqinə gətirib çıxarmışdır. Rza xan yenidən yaradılmış kazak briqadasının komandiri (Sərdar Sepah rütbəsi ilə), Məsud Keyhən hərb naziri, Mahmud Cam xarici işlər naziri, Qazət xan isə Tehranın hərbi qubernatoru olmuşdur. Çevriliş üsyançıların qələbəsi ilə başa çatmışdır, lakin Təbatəbai cəmi 100 gün vəzifədə qalmışdır. İstefa verdikdən sonra Əhməd Qavam baş nazir olmuşdur.

Значение слова в других словарях