ÇİMMƏK

ÇİMMƏK Girdik suya sevincək; Çimdik, quma uzandıq; Atam söylədi, gedək; Bəsdir günəşdə yandıq (N.Xəzri); QÜSL ETMƏK (ELƏMƏK) (din.) Kişi məsələsindən arif idi. Qüsl etdikdə bədəninin hər bir yerinə su dəyməsini bilirdi (Çəmənzəminli); YIXANMAQ (yüngülvari çimmək) Dəniz kimi çalxandım; Şəfəqlərdə yıxandım; Al günəşlə əl-ələ; Çıxdıq ordan sahilə (A.Şaiq); YUYUNMAQ Rəfiqim yuyunub, camaşırını dəyişincə, yeddi qardaş anaları ilə bərabər onun otağını döşəyib, purjunlu çarpayısını qururlar... (S.S.Axundov).

ÇİMİR
ÇİN

Значение слова в других словарях