Ögey ata (film, 2013)
== Məzmun ==
Filmin qəhrəmanı Kəramətin bir çoxlarımızdan fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir".
Düzdür, borcu hörmətindən daha çoxdur, amma siz indi təsəvvür edin ki, onun nə qədər borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda “haqsızlıqla” qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və ...
== Film haqqında ==
Martın 14-də “Park Cinema”-da “Ögey ata” filmi jurnalistlərə təqdim olunub. “Planet Parni iz Baku” studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur.
Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.
Filmin çəkilişləri üçün tələb olunan vəsaitin bir qismini kredit götürərək ödədiyini söyləyən Tahir İmanov sərf olunan məbləğin artıqlaması ilə geri dönəcəyinə əmin olduğunu vurğulayıb.