Yaşayan ölünün gecəsi (film, 1968)
Yaşayan ölülərin gecəsi (ing. Night of the Living Dead) — Corc Romero tərəfindən yaradılan, 1968-ci ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar-Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.
Romeronun 114 min dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-də 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Bu film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Lakin "Yaşayan ölülərin gecəsi" filmi 1999-cu ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır.
Vyetnam müharibəsi dövründə nümayişə girən "Yaşayan ölülərin gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi.