Ötürmə (satma, həvalə etmə)

Assignment 1) Bir şəxsin ona məxsus müəyyən hüquqları və ya əmlakı başqa şəxsə ötürməsi (satması, həvalə etməsi). 2) Opsion satıcısının opsionun sahibinin öz hüquqlarını istifadə etmək niyyətini əks etdirən bildiriş alması nəticəsində opsionun əsaslandığı baza qiymətli kağızını əvvəlcədən təsbit olunmuş icra qiymətinə satmağa (“Koll” opsionu halında) və ya almağa (“Put” opsionu halında). 3) İlkin sahibinin razılığı ilə svop üzrə müqavilənin satılması. 4) Qiymətli kağızın üzərində ona sahiblik hüququnun başqa şəxsə keçməsi haqqında ötürücü qeydlər edilməsi.
Ön ofis
Ötürülmüş divident
OBASTAN VİKİ
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Ötürmə sistemləri
Ötürmə sistemi — maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır: Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında), Elektro-hidravlik (məs. elektrik karalar), Dizel-mexaniki (məs. ekskavatorlarda) , Benzin-hidravlik (məs. yük maşınlarında), Dizel-elektrik (məs. dəmir yol kranlarında).
Mexaniki ötürmə
Transmissiya — fırlanma momentini mühərrikdən nəqliyyat vasitəsinin təkərlərinə, torna dəzgahının patronuna ötürən və eyni zamanda gücün, sürətin dəyişdirilməsi üçün mexanizmlər toplusu. Transmissiyanın tərkibinə daxildirlər: Mufta Kardan valı Differensial Oynaqlı birləşmə == Ədəbiyyat == Чобиток В. А., Данков Е. В., Брижинев Ю. Н. и др. Конструкция и расчет танков и БМП. Учебник.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. == Sentrifuqa etmə == Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. === Tətbiq sahələri === Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Verilənlərin ötürmə mühitləri
Fiziki qatın məqsədi bitləri bir maşından digərinə daşımaqdır. Real daşımalar üçün müxtəlif fiziki mediadan istifadə edilə bilər. Hər biri ötürmə sürəti, gecikmə, xərc və quraşdırma və baxım asanlığı baxımından özünə məxsus oyuqları var. Media kobud şəkildə mis naqillər və fiber optik kimi yönləndirilmiş media, yerüstü simsiz, peyk və lazerlər kimi hava ilə ötürülən yönləndirilməmiş mediyaya bölünür. == Magnetik media == Verilənləri bir kompüterdən digərinə ötürmək üçün ən çox istifadə olunan yollardandır. Verilənləri magnetik lent və ya silinəbilən media (məs: yazılabilən DVD-lər) üzərinə yazaraq diski və ya lenti fiziki olaraq hədəf olunan maşına daşınır və verilənlər yenidən oxunur. Bu üsul geostasionar əlaqə peyki istifadə etmək qədər mürəkkəb olmasa da, özəlliklə yüksək ötürmə sürəti və ya bit başına daşınan xərcin əsas faktor olduğu programlar üçün daha xərcli olur. Bu dediyimiz fikrin daha aydın olması üçün bunu bir misal ilə aydınladaq. Sənaye standartlı Ultrium lent 800 gb saxlaya bilir. 60X60X60 sm olan bir qutuda hardasa bu lentlərdən 1000 ədəd var və bunun ümumi ölçüsü 800 terabayt və ya 6400 terabit (6.4 petabit).
Uzaqdan müəyyən etmə
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Belarusun qaz ötürmə sistemi
Belarusun qaz ötürmə sistemi (belar. Газатранспартная сістэма Беларусі) — Belarus ərazisində məişət və istehsalat sahələrində istifadə üçün istehlakçılara təbii qazın verilməsinin geniş sistemi. Bu mərkəzi boru qaz kəmərlərindən, bir xəttli qaz boru kəmərlərindən (diametri 100 ilə 1400 mm arasında), aşağı təzyiqli paylayıcı şəbəkələrdən, eləcə də bir sıra qazpaylayıcı stansiyalardan və qaz anbarlarından ibarətdir. 2017-ci ilin sonuna görə Belarus Respublikasında qaz kəmərlərinin uzunluğu 7901 km-dir. == Qısa tarix == BSSR-in qazlaşdırılması 1960-cı ildə Daşava-İvatseviçi-Minsk qaz kəmərinin, eləcə də Daşava-Kiyev-Moskva qaz kəmərindən Qomelə bir filialın inşası başa çatdıqdan sonra başlayır. 1961-1965-ci illərdə Brest, Baranoviçi, Qrodno, Slonim, Volkovysk, Lida və başqa şəhərlər, eləcə də bir çox kəndlər qazla təmin edilir. Qaz sənayesinin inkişafında yeni bir mərhələ 1974-cü ildə güclü Torjok - Minsk - İvatseviçi qaz ötürücü sisteminin istismara verilməsi ilə əlaqələndirilir: Qərbi Sibir və Komi MSSR-nin böyük yataqlarından təbii qaz BSSR ərazisinə axmağa başlayır. Qaz istehlakı kəskin şəkildə 1975-ci ildə 3.5 milyard m³-dən 1980-ci ildə 14.8 milyard m³-ə yüksəlir. Elektrik stansiyaları, rayon və sənaye qazanxanaları təbii qaz tədarükünün ümumi həcminin 2/3 hissəsini istehlak edərək qaza çevrildi. Sənayedə və məişət sektorunda texnoloji ehtiyaclar üçün bir xammal kimi qaz istehlakı artdı.
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.
Transformerslər: Məhv etmə dövrü
Transformerslər: Məhv etmə dövrü (ing. Transformers 4: Age of Extinction) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Filmin prodüserlərindən biri Stiven Spilberqdir. == Məzmun == Altmış beş milyon il əvvəl yaradıcı olaraq bilirən yadplanetli irqi bir gün "Transformium" adlandırılacaq maddəylə Dünyanı əhatə etmək üçün sids adlı alətləri işlədirlər və bu prosesdə dinozavrlar məhv olur. Günümüzdə geoloq Darci Tirrel transformers dronları yaratmaq üçün transformers tapmaq məqsədiylə qazıntılar təşkil edir. Çikaqo işğalından beş il sonra insanlar transformersləri dövlətin düşmənləri olaraq görür. Mexixo Sitidə zədələnən və Marmon 97 kamazı olaraq gizlənən Optimus maliyyə cəhətdən çətinlik çəkən texsaslı ixtiraçı Keyd Yeqır tərəfindən kəşf edilir. Gənc qızı Tessa və iş yoldaşı Lukas Flaneri Optimusu səlahiyyətlilərə verməsi üçün təkid edərkən Keyd bunun yerinə texnologiyasını anlamağı ümid edərək Optimusu təmir edir. Optimusa hələ də şübhə ilə yanaşan Lukas Çikaqodakı bacısının ölümü səbəbindən transformerslərdən nifrət edən Ceyms Savoyu, Yeqır fermasına hücum edən Semeteri Vind ilə birlikdə axtarır. Ancaq Optimus və Tessamın gizli sevgilisi irlandiyalı ralli yarışçısı Şeyn Dayson ailənin yardımına gəlir.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası — (ing. International Orienteering Federation — İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir. Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması. == İdarə etmə sistemin xüsusi qurğuları == Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər. Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır.
Rəqəmsal öz müqəddəratını təyin etmə
Rəqəmsal öz müqəddəratını təyin etmə — cəmiyyətin və gündəlik həyatın bir çox aspektlərinin rəqəmsallaşmasının artması ilə ortaya çıxan fərdi və kollektiv agentlik və muxtariyyət qarşısındakı unikal problemləri həll etmək üçün öz müqəddəratını təyin etmənin hüquqi konsepsiyasından irəli gələn və rəqəmsal sferaya tətbiq edilən fənnlərarası konsepsiya. == Mənşəyi == Rəqəmsal öz müqəddəratını təyinetmənin fəlsəfi və ya hüquqi cəhətdən razılaşdırılmış konsepsiyası hələ mövcud deyil. Bu termin ümumi çərçivədə insanın öz müqəddəratını təyin etmə modelini rəqəmsal əsrə hərtərəfli layihələndirmə cəhdini təsvir edir. Konsepsiya ilk dəfə olaraq Fransada telekommunikasiya tənzimləyicisi olan ARCEP tərəfindən "İnternetin vəziyyətinə dair 2021-ci il üzrə hesabat"ının professor Luka Belli tərəfindən aparılmış "Şəbəkənin öz müqəddəratını təyin etmə" başlıqlı işində daxil edilmişdir. == Praktik elementləri == Qanunvericilərdən və siyasətçilərdən tutmuş ictimai təşkilatlara və alimlərə, fəallara və vətəndaş cəmiyyətinin üzvlərinə qədər cəmiyyətin müxtəlif sektorları fərdlərin öz müqəddəratını təyin etmə hüququnu qoruyan və təşviq edən rəqəmsal infrastrukturun, alətlərin və sistemlərin tətbiqinə, o cümlədən bərabərhüquqlu ödənişsiz girişə, insan mərkəzli dizayna, məxfiliyin daha yaxşı qorunması və məlumatlara nəzarətə çağırış etmişdir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır. Mövcud rəqəmsal uçurumların müxtəlif formalarının aradan qaldırılması və rəqəmsal texnologiyalara və internetə bərabər və ədalətli çıxışın təmin edilməsi bütün fərdlərin rəqəmsal dövrdən, o cümlədən məlumat, xidmətlər və irəliləyiş imkanlarından faydalana bilməsini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal savadlılıq və media savadlılığı fərdlərə rəqəmsal vasitələrdən istifadə etmək, eləcə də onlayn qarşılaşdıqları məzmunu tənqidi qiymətləndirmək, öz məzmunlarını yaratmaq və istifadə olunan rəqəmsal texnologiyanın xüsusiyyətlərini və nəticələrini anlamaq üçün lazımi bilik və bacarıqlar əldə etmək üçün təklif edilmişdir.
Pip (python paket idarə etmə aləti)
pip ― Python üçün paket idarəetmə sistemi. pip vasitəsilə python proqram təminatı paketlərini yükləmək və idarə etmək mümkündür. Bir çox paketləri Python Package Index (PyPI) tapmaq mümkündür. Python 2.7.9 və sonrakı versiyaları (python2 seriyasında), və Python 3.4 və sonrakı versiyaları yüklədikdə pip (pip3 Python 3 üçün) üzərində avtomatik gəlir. pip sözünün açıqlaması "Pip Installs Packages" (python paketləri yükləyir) və ya "Pip Installs Python" (pip pythonu yükləyir) deməkdir.