ÖYRƏNMƏK

f.
1. Bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək. Tarda çalmağı öyrənmək. İngilis dili öyrənmək. İşin texnologiyasını öyrənmək.
// Bir işlə (sənətlə, peşə ilə) məşğul olaraq ona sahiblənmək, yiyələnmək, bir sənət (peşə, ixtisas) əldə etmək. Dərzilik peşəsi öyrənmək.
// Məşğul olaraq hazırlamaq, hazırlaşmaq.
[Əsgər:] Rəsul, … heç olmasa kitabı əlinə al, barı görsün ki, guya dərsini öyrənirsən. N.Vəzirov.

2. bax öyrəşmək 1-ci mənada. İstiyə öyrənmək.
– Biz hərbiyyəlilər danüzü durmağa öyrənmişik. Mir Cəlal.

3. Xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. Vəziyyəti öyrənmək.
[Xan Məmməd bəyə:] …Bir öyrən gör Fətəlinin başında nə qədər adamı var. Çəmənzəminli.
Lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn.

// Məc. mənada.
Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M.Müşfiq.

4. Tədqiq etmək, araşdırmaq, tədqiqat aparmaq. Füzulinin yaradıcılığını dərindən öyrənmək. Çayın su rejimini öyrənmək.

Синонимы

  • ÖYRƏNMƏK oxumaq
  • ÖYRƏNMƏK alışmaq
  • ÖYRƏNMƏK ÖYRƏNMƏK, BİLİK QAZANMAQ (ƏLDƏ ETMƏK), MƏNİMSƏMƏK 2. ÖYRƏNMƏK, XƏBƏR BİLMƏK, MƏLUMATLI OLMAQ 3. öyrənmək bax öyrəşmək 1, 2

Омонимы

  • ÖYRƏNMƏK ÖYRƏNMƏK I f. Bilmək, oxumaq, dərs almaq. Öyrəndim ki, o, gecə əl lampasının neftini üstünə səpərək özünü odlamışdır

Этимология

  • ÖYRƏNMƏK “Fikirləşmək” mənasını əks etdirən feilimiz olub: Ö. Ağıl sözünün mə­na­sını ök sözü əks etdirib. Buradan da ögüt (indi öyüd kimi işlədilir), öymək, ö
ÖYRƏNMƏ
ÖYRƏNMİŞ

Значение слова в других словарях