Üçbarmaq ərincək
Üçbarmaq ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Üçbarmaq ərincəklər yalnız Cənubi Amerikanın Qayana, Surinam, Fransa Qvianası, Venesuela, Kolumbiya və Braziliyada Amazon çayının şimalındakı ərazilər də daxilində yağış meşələrində aşkarlanmışdır.
== Təsviri ==
Üçbarmaq ərincəklərin uzunluğu 52 sm-ə çatır. Bunun 4 sm-i quyruğuna düşür. Çəkisi 3.2–6 kiloqramdır. Bu bacarıqsız heyvan, kiçik başa, sərt dodaqlara, kiçik ağıza, çox uzun boyna sahibdir. Barmaqları olduqca qısa və qalındır. Üstəlik üç yana yönəlmiş oraq caynaqları ilə silahlanmışdır. Başdakı tüklər aşağıya, bədənin digər hissələridəkilər isə əksinə aşağıdan yuxarıya istiqamətlənir.