ÜFÜQ

is. [ ər. ]
1. Göyün yer və ya su səthi ilə bitişik kimi görünən xətti.
Ulduzlar tökülür dənizə bir-bir; Üfüqdə açılır səhərin gözü. R.Rza.
Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir. M.Rzaquluzadə.

// Göyün yerə doğru əyilmiş kimi görünən hissəsi. Bulud üfüqü örtmüşdü.
– O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn.

// Gözlə görünən göy sahəsi; ənginlik. Təyyarə üfüqdə uçurdu.
// Obrazlı təşbehlərdə.
Bir fırtına müjdəsi var üfüqlərin gözündə; Qasırğalar rəqs etmədə göy dənizin üzündə. A.İldırım.
Açılır üfüqün nur sərhədləri; Səhər toranını göylər əridir. M.Araz.

2. məc. (adətən cəm şəklində). İmkan, fəaliyyət sahəsi. Elmdə yeni üfüqlər açmaq.

Синонимы

  • ÜFÜQ səth — lay — qat — səviyyə
ÜFUNƏTLİ
ÜFÜQİ

Значение слова в других словарях