1. Göyün yer və ya su səthi ilə bitişik kimi görünən xətti.
Ulduzlar tökülür dənizə bir-bir; Üfüqdə açılır səhərin gözü.
Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir.
// Göyün yerə doğru əyilmiş kimi görünən hissəsi. Bulud üfüqü örtmüşdü.
– O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı.
// Gözlə görünən göy sahəsi; ənginlik. Təyyarə üfüqdə uçurdu.
// Obrazlı təşbehlərdə.
Bir fırtına müjdəsi var üfüqlərin gözündə; Qasırğalar rəqs etmədə göy dənizin üzündə.
Açılır üfüqün nur sərhədləri; Səhər toranını göylər əridir.
2. məc. (adətən cəm şəklində). İmkan, fəaliyyət sahəsi. Elmdə yeni üfüqlər açmaq.