Qırmızı Ürəklər Fondu
Qırmızı Ürəklər Fondu — İctimai və sosial əhəmiyyətli, cəmiyyət üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial
təşəbbüslər, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyalar, layihələr həyata keçirən fonddur. 12 dekabr 2020-ci ildə Kapital Bank ASC tərəfindən təsis edilmişdir.
== Tarixi ==
“Qırmızı Ürəklər” 2020-ci ilin əvvəlində Kapital Bank-ın əməkdaşlarından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. Çox qısa müddət ərzində cəmi 49 nəfərdən ibarət olan təşəbbüs qrupu yardımsevər, xeyriyyəçi insanları ərtafına toplayaraq üzvlərinin sayını 200 nəfərə çatdırdı. Öz xeyriyyə təşəbbüsünü bütün ölkəyə yayan “Qırmızı Ürəklər” (Red Hearts) komandası Vətən müharibəsində iştirak edən əsgər, qazi, şəhid ailələrinə və övladlarına davamlı olaraq maddi və mənəvi yardım göstərdi. Qrupun üzvləri “COVID-19” virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində, eləcə də bayramlarda, xüsusi günlərdə minlərlə ailəyə dəstək əllərini uzatdılar.
Bunun nəticəsi olaraq xeyli böyüyən təşəbbüs qrupu 15 dekabr 2020-ci il tarixində “Qırmızı Ürəklər” Fondu olaraq rəsmi şəkildə dövlət qeydiyyatına alındı. Hazırda ölkəmizin vətəndaşları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da cəmiyyətimizin ən çox dəstəyə ehtiyacı olan üzvlərinə yardım etmək üçün Fonda müraciət edir, onun fəal üzvlərinə çevrilirlər.
== Məqsədi ==
İctimai və sosial əhəmiyyətli, cəmiyyətimiz üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial təşəbbüslərin, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyaların, layihələrin həyata keçirilməsidir.
== Vizyonu ==
Dünyəvi dəyərlər və müasir idarəetmə üsulları ilə yardımsevər cəmiyyət üzvlərini xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirən bir qurum olmaq.