Ütəlgi qızılquş
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
== Təsviri ==
Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır.
== Yayılması həyat tərzi ==
Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda).
== Yaşayış yeri və həyat tərzi ==
Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.