İlxıçı (Xaçmaz)
Məmmədxanlı (keçmiş İlxıçı) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır.
Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur. Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır.
İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır.