ŞƏBPƏRƏ

[fars.] сущ. 1. кьаркьулув (йифен ничхир); 2. пер. буьркьуь, экуьникай кичӀе, медениятдин душман тир кас.
ŞƏBNƏMLİ
ŞƏCƏRƏ
OBASTAN VİKİ
Şəbpərə
Şəbpərə (lat. Myotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi. Ölçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif inkişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1–3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir.
Bığlı şəbpərə
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
Cırtdan şəbpərə
İtiqulaq şəbpərə
İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur. Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır. İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur.
Behşteyn şəbpərəsi
Bexşteyn şəbpərəsi
Bexşteyn şəbpərəsi (lat. Myotis bechsteinii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa alman naturalisti Yohan Bexşteynin şərəfinə adlandırılıb. == Yayılması == Avropanın şərqində, Kiçik Asiya, Şimali İran və Qafqazda yayılmışdır. Qafqazın Qaradəniz sahillərində üstünlük təşkil edir. Azərbaycanda ilk dəfə olaraq 1986-cı ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında tapılmışdır. 30–40 şəbpərədən ibarət balalama koloniyası Qəbələ rayonunun Xəzra kəndində orta əsrlərə aid qəbiristanlığın dörd sərdabəsinin birində aşkar edilmişdir. Bu koloniya 2010-cu ilədək müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, gecə şəbpərələrinə Rusiya ilə həmsərhəd ərazilərdə də təsadüf edilmişdir. == Yaşayış yeri == Gecə şəbpərəsi meşə növü olub, Qafqaşda ancaq enliyarpaqlı meşələrdə rast gəlinir.
Küli şəbpərəsi
Natterer şəbpərəsi
Natterer şəbpərəsi (lat. Myotis nattereri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Orta ölçülüdür (kütləsi 6,5 -8,1 q, bədəninin uzunluğu 42, 8 – 48,1, bazusu 39,0-42,5 mm). Başqa şəbpərələrdən omaarası pərdənin diş-diş, sərt açıq rəngli kənarı ilə fərqlənir. Bədən və kəllənin ölçülərinə görə Azərbaycanda yaşayan heyvanlar M.n.tschuliensis Kuzyakin yarımnövünə uyğun gəlir. Avropada, Şimali Afrikada və Asiyada yaşayır. Azərbaycanda yalnız Böyük Qafqazın cənub yamaclarında (Qəbələ rayonunun Xəzrə kəndi) və Dağlıq Qarabağda (keçmiş Hadrut rayonu) aşkar edilmişdir. Tapıntıları meşələrə, dağətəklərinə və dağ çöllərinə uyğun gəlir. Sığınacaqları rəngarəng olub tikililərdən qaya yarıqlarına və ağac koğuşlarına qədər dəyişir. Nadir, azsaylı və az öyrənilmiş növdür.
Natuzius şəbpərəsi
Nepal şəbpərəsi
Nepal şəbpərəsi (lat. Myotis nipalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Onlar ümumi uzunluğu 10 sm, qanadları 4 santimetrdən azdır. Kiçik bir qulaq və uzun dar qulaq seyvanına malikdir. İl ərzindı bire dəəfə bala verirlər. Yalnız bir bala doğurlar. Asiyanın endemik canlısıdır. İrandan Sibirə qədər yayılmışdır. Həm yüksək dağlıq həm də düzənliklərdə yayılmışlar. Əsasən quraq, dağlıq rayonlarda və meşələrdə yaılırlar.
Savi şəbpərəsi
Çöl şəbpərəsi
Çöl şəbpərəsi (lat. Myotis aurascens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa SSRİ naturalisti tərəfindən aşkar edilmişdir. Kiçik yarasanın qolunun uzunluğu 32 və 37 mm arasında olur. Quyruğun uzunluğu 12.3 ilə 14.3 mm, ayağın uzunluğu isə 6.8 və 8.7 mm arasındadır.
Üçrəng gecə şəbpərəsi
Üçrəng gecə şəbpərəsi (lat. Myotis emarginatus) — kiçik ölçüyə malik yarasa olaraq Gecə yarasaları cinsinə aid növdür. Onların çəkisi 5–10 q, uzunluğu 44–55 mm, quyruğun uzunluğu isə 38–44 mm təşkil edir. Qanadlar arasında məsafə 22–28 sm-dir. Şimali Afrikadan Hollandiyaya kimi, Almaniyanın, Çexiyanın və Polşanın cənubuna qədər, Ukraynanın qərbində, Krımda, Qafqazda, İranda, ön və orta Asiyada, Əfqanıstanda və Birmada, Bütün Aralıq dənizi sahili boyunca ərazilərdə yayılmışdır. Azərbaycanda d.s.1000 metrə qədər hündürlükdə bütün təbii bölgələrdə və əsasən ölkənin şimal-qərbində quru və meşə landşaftlarında üstünlük təşkil edir. 80%-ə qədər tapıntı Aran zonalarda və dağətəyi rayonlarda aşkar olunmuşdur. Lənkəranətrafı ərazidə balalayan fərdlərdən ibarət toplantıda 1000-ə yaxın yetkin dişi cins, Mingəçevir ətrafındakı ərazilərdəki meşə mağaralarında isə 500-dən çox fərdə təsadüf edilmişdir. Sığınacaqlar müxtəlifdir. Böyük Qafqazda qədim Daş tikililərdə bu növlə yanaşı, Böyük nalburuna da təsadüf edilir.

Значение слова в других словарях