Şəddadilərin sikkələri
Şəddadilərin sikkələri — Şəddadilər dövlətində pul təsərrüfatında istifadə olunan sikkələr
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Şəddadilər (951–1174) dövrünə aid dirhəmlər "gümüş böhranı" adlandırılan uyğun dövrün Azərbaycan zərbxanarı və Yaxın Şərqin pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir.
Aversin mərkəzi hissəsinə — "tovhid" ifadələri, Abbasi xəlifəsinin titulu, ətrafına hicri tarixinə müvafiq zərb ili və zərbxana; reversin mərkəzi hissəsinə -Muhəmməd rəsulullah, Şəddadi əmirinin titulu və adı, ətrafına — Quran ayəsinin ("Tövbə" surəsi, ayə 33) həkk edildiyi belə dirhəmlər Gəncə, Ani, Dəbil və d.zərbxanalarda istehsal edilmişdir. Belə tapıntılar Bərdə və Qəbələ rayonlarında aşkarlanmışdır.
Şəkil 1. Şəddadilər. I Fədl bin Muhəmməd (375–422 = 985–1031), Gəncə,404 = 1048, gümüş dirhəm, 4,2 q
Şəkil 2. Şəddadilər.