Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kafedra
Kafedra (q.yun. καθέδρα «oturmaq yeri»): Kafedra — xristian kilsəsində yepiskopun fəxri yeri, yepiskop hakimiyyətinin simvolu. Kafedra — natiq üçün yüksək kürsü. Kafedra — ali məktəblərdə bir fənn üzrə alimlərin elmi-pedaqoji birliyi. Kafedra — film (SSRİ, 1982).
Kafedral
Kafedral ― bir yepiskopluğun mərkəzi olan, başqa bir deyişlə kilsə iyerarxiyası içində inzibati bir orqan olan, yepiskopun davamlı olaraq olduğu məkandır. Bu məkana içində iştirak edən kilsə də daxildir. Katoliklər və anqlikanlar baxımından etibarlı bir termindir.
Kafedral (dəqiqləşdirmə)
Kafedral
Kafedral (roman)
"Kafedral" (ukr. Собор) — Ukraynalı sovet yazıçısı Oles Qonçarın 1967-ci ildə yazdığı roman. Bu kitab "Ölməzdən əvvəl oxumalı olduğumuz 1001 kitab" siyahısına daxil edilib.. == Tarixi == Kafedral romanı dörd il ərzində ərsəyə gəlmiş romandır (1964-cü ildən 1967-ci ilə qədər). Oles Qonçar əsərində real hadisələri və faktları əsas götürmüşdür. Romanın əsas süjetini mənəviyyatın dirçəlişi, xalqın tarixi yaddaşı uğrunda mübarizə dayanır. Dnepropetrovsk vilayətinin Novomoskovsk şəhərindəki Üçlük kafedralı romanda müqəddəs və hər şeyin simvolu kimi qabardılmışdır. Ancaq roman kədərli bir tale ilə qarşılaşır. Sov.İKP Dnepropetrovsk vilayət komitəsinin birinci katibi Vaçenko özünü qəhrəmanlardan birinin obrazı kimi göstərildiyini iddia edir və bundan sonra müəllifə qarşı təqiblər başlayır. Roman yalnız “Otçizna” jurnalında (1968) çap olundu və kitabın artıq çap olunmuş nəşri müsadirə olunur, romanın rus dilinə tərcüməsi də dayandırılır.
Ruslan Əliyev (kafedra müdiri)
Kafedral meydanı (Vilnüs)
Kafedral meydanı (lit. Katedros aikštė) — Vilnüsün Əski şəhərinin baş meydanı. Sovet dövründə Gedimin meydanı adını daşıyırdı. Meydan Gediminas təpəsinin dibində yerləşir. == Tarixi == Kafedral meydanının yeri yazılı mənbələrdə ən erkən qeyd olunmuş Vilnüsün yerlərindən biridir. Xronikalarda və əfsanələrdə onun adı Şventaragis vadisi kimi keçir. Dəmir qurd haqqında əfsanəyə görə, Böyük Knyaz Gediminas öz röyasında Şvenrargis vadisində dəmir qurdu görüb. Röyasındaki dəmir qurdun mənası onun bu yerdə yenilə bilməyən qalanı tikməyə çağırış olduğunu izah edilib. Və 1323-cü ildə Vilnüs şəhərinin əsası bu yerdə qoyulub. Şventaragis vadisində və onun yanındaki Gediminas təpəsində hərəsində bir saray tikilib.
Paris kafedral məscidi
Uspenski kafedral kilsəsi
Uspenski kafedral kilsəsi (1945-ci ilə qədər - Tanrı Anasının Mozdok İkonasını məbədi) — Dağıstanın paytaxtı Mahaçqala şəhərində yerləşən pravoslav kilsəsi; Rus pravoslav kilsəsinin Mahaçqala yeparxiyasının əsas məbədi. İndiki məbədin yerində ilk məbəd 1890-cı ildə tikilmişdir. Ağacdan hazırlanıb və Petrovsk-Qafqazski qəsəbnəsi sakinlərinin vəsaiti hesabına tikilib. 1905-ci ildə imperator II Nikolayın tikintisi üçün 1000 rubl ayırdığı daş kilsənin inşasına başlandı. Tikinti bir il sonra 25 fevral 1906-cı ildə tamamlandı. Kilsə, Qafqazın himayədarı olan Tanrı Anasının Mozdok İkonasının şərəfinə təqdis edildi. Məbədin ilk abbatı Afanasi Alibəyov idi, məbədin tikintisində fəal iştirak etdi: tikinti üçün pul topladı, kilsə divarlarını ucaldan erməni masonlarının işini izlədi. İnqilabdan sonra kilsə bağlandı və müxtəlif illərdə binasından anbar və mağaza kimi istifadə edildi. Kilsə kimi fəaliyyəti yalnız 1943-cü ildə bərpa edildi. 1969-cu ildə Patriarx I Aleksinin xeyir-duası ilə Moskvada Arxangelsky Zolağında yerləşən Müqəddəs Arxangel Qabriel Kilsəsinin (Menşikov qülləsi) ikonostazı məbədə köçürüldü.
Jen Mironosets Baş Kafedral kilsəsi
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı — 1909-cu ildə Bakıda tikilmiş yerli əhəmiyyətli tarixi abidə, kilsə və Bakı yeparxiyasının mərkəzi. Kilsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödəmək üçün dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Dionisi Sveçnikovdur. == Tarixi == === İlk dövrlər === Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı 1908–1909-cu illərdə Bakıda, Fyodor Verjbitskinin layihəsi əsasında tikilib. Kilsə 1901-ci ildə Çar Rusiyasında Tikinti komissiyası tərəfindən təsdiqlənmiş hərbi məbədlər üslubundadır. 1917-ci ilə qədər Çar Rusiyasının əhatə etdiyi ərazilərdə ümumilikdə 64 hərbi məbədlər üslubunda kilsə tikilib. Bakıda tikilən kilsə də 262-ci Salyan piyada alayının tabeliyində olub və onların mənəvi ehtiyaclarını ödəmək üçün tikilib. Kilsənin tikintisinə azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev də dəstək olub. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini İllarion Vorontsov-Daşkov da iştirak edib.
Kaldera
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Efedra
Acılıqotu (lat. Ephedra) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkilərə şimal yarımkürəsində Avropanın cənubunda, Afrikanın şimalında, Mərkəzi Asiyanın cənub-qərbində, Şimali Amerikanın cənub qərbində, cənub yarımkürəsində isə Cənubi Amerikada rast gəlinir. Təqribən 70 növü məlumdur. Azərbaycanda 4 yabanı növü: ortaboylu acılıqotu, qatırquyruğuyabənzər acılıqotu, ikisünbül acılıqotu, hündürboylu acılıqotu və 1 becərilən kirpikli acılıqotu məlumdur. Meyvəsinin tərkibində S vitamini, efedrin və psevdoefedrin alkaloidləri var. Buna görə də açı dadır. Ayaz dəydikdə meyvəsi şirinləşir və yeməli olur. Bəzi növlərinin cavan şivlərindən efedrin alınır.
Fedra
Fedra (q.yun. Φαίδρα) — yunan mifologiyasında Krit hökmdarı Minosun və Pasifayanın qızı, Teseyin arvadı, Demofontun və Akamantın anası. Tesey onu Devkalionun köməkliyi ilə almışdı. Afinada Afrodita məbədgahı tikdirmişdir. Yunan əfsanəsinə görə Tesey Fedranın bacısı Minotavrı öldürməkdə ona kömək etmiş, Ariadnanı atıb gedəndən sonra onunla evlənmişdi. Fedra ərinin amazonkaların hökmdarı İppolitadan olan oğlu İppolitə aşiq olmuşdu. Bir varianta görə Fedra İppolitin ona cavab vermədiyini görəndə ərinə oğlunu günahlandıran bir məktub yazaraq özünü asmış, Tesey isə oğlunu ölkədən qovmuş, bir qədər keçəndən sonra İppolit arabada qəzaya uğrayıb həlak olmuşdu. Digər versiyaya görə Tesey oğlunu lənətləyib Poseydona onu öldürməsi üçün yalvarmış, Poseydon onun dualarını eşidib İppoliti öldürdükdən sonra Fedra özünü asmışdı.
Florensiya kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. == Tarixi == 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. == Memarlıq == Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Kenterberi kafedralı
Kenterberi kafedralı — İngiltərədə bir anqilikan kilsəsi. Yepiskop Aziz Augustinenin 7-ci əsrdə dikdiyi ilk kafedralın xarabalığı üstündə, baş Yepiskop Lanfranc (1070-1089) 11-ci əsrin sonunda, Normandiya ilə döyüşdən sonra qotik üslubunda büyük bir kafedral dikdirdi.
Köln Kafedralı
Köln kafedralı (lat. Ecclesia Cathedralis Sanctorum Petri et Mariae, rəsmən Hohe Domkirche St. Petrus) — Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. Kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Hər gün 20,000-dən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən birdir. Köln kafedralının inşasına 1248-ci ildə başlanılmış və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılmışdır. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanmışdır. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir. Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyada Ulm kilsəsindən sonra ən hündür kilsədir.
Milan kafedralı
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Münhen kafedralı
Münxen kafedralı (alm. Dom zu Unserer Lieben Frau‎ - Əziz Xanımın Kafedralı və ya alm. Münchner Dom‎) — Almaniyanın Münxen şəhərində yerləşən Roma Katolik kilsəsinin Münxen və Frayzinq Arxiyeparxiyasının baş kafedralı və onun arxiyepiskopunun iqamətgahıdır. Bu kilsə Bavariya paytaxtının simvolu hesab olunur. Rəsmi adı "Münchner Dom" (Münxen Kafedralı) adlandırılsa da, kilsəni yerli sakinlər "Frauenkirche" (Xanım kafedralı) adlandırırlar. Kafedral qəbristanlığında Münxen və Frayzinq arxiyepiskoplarının, həmçinin Vittelsbax sülaləsinin digər üzvlərinin məzarları var: IV Lüdviq, Müqəddəs Roma İmperatoru (hakimiyyətdə 1294–1347) V Lüdviq (hakimiyyətdə 1347–1361) II Stefan, (hakimiyyətdə 1347–1375) II İohann, (hakimiyyətdə 1375–1397) Ernest, (hakimiyyətdə 1397–1438) III Vilhelm, (hakimiyyətdə 1397–1435) Adolf, (hakimiyyətdə 1435–1441) Sigismund, (reg. 1460–1467) IV Albert, (hakimiyyətdə 1467-1508) IV Vilhelm, (reg.
Nikortsminda kafedralı
Nikortsminda kafedralı (gürc. ნიკორწმინდის ტაძარი) — Gürcüstanın Raça bölgəsində yerləşən Gürcü Provaslav Kilsəsi. Nikortsminda 1010–1014 illərində gürcü çarı III Baqratın dövründə inşa edilmiş və 1534-cü ildə İmereti Kralı III Baqrat tərəfindən təmir edilmişdir. Kafedralin yaxınlığındakı üçmərtəbəli zəng qülləsi isə XIX əsrin ikinci yarısında inşa edilmişdir. Katedral içərisindəki freskalar 17-ci əsrdən sonraya aiddir. Kafedral UNESCO-nun Ümumdünya irsi statusuna görə müvəqqəti siyahıdadır. Nikortsminda kafedralı gürcü xaç-günbəz memarlıq üslubunu əks etdirir. Nikortsminda nəhəng bir günbəzə sahibdir və naxışlı arxitralarla bəzədilmiş on iki pəncərəsi var. Kafedralın daxilində 5 apsis var və qübbə bu apsisin formalaşdığı apsidiyollar üzərində dayanır. İnteryer 17-ci əsrdən freskalar və zəngin naxışlarla bəzədilmiş, orta əsrlər gürcü ekklastik sənətinin sənətkarlığını əks etdirir.
Noto kafedralı
Noto kafedralı, San Nikolo kilsəsi (it. Cattedrale di Noto;La Chiesa Madre di San Nicolò) - İtaliyanın Siciliya regionunun Sirakuza əyalətnin Noto şəhərində yerləşən, 1776 cı ildə Siciliya barokkosu üslubunda inşa edilmiş, hal-hazırda ümumdünya irsinə aid olan Noto yeparxiyasına aid xristian məbədi.
Novoçerkassk kafedralı
Novoçerkassk və ya Yüksəliş kafedralı (rus. Вознесенский собор) — Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində rus pravoslav kilsəsi. Rusiya imperiyasının ən böyük kilsələrindən biri və Don qoşunları əyalətinin əsas kilsəsi idi. Hündürlüyü 75 metr olan beş qübbəli bina Rusiya Neo-Bizans memarlığının əlamətdar nümunəsidir. Tikili 1891–1904 illəri arasında əvvvəlki kilsənin yerində ucaldılmışdır. Ərazidəki ilk kilsə isə Luiqi Ruskanın dizaynı üçün tikilmişdi. Həmin kilsə 1846-cı ildə, daha sonra tikilən kilsə isə 17 il sonra dağıldı. Mövcud kilsə binası yerli memar Aleksandr Yaşçenko tərəfindən tərtib edilmiş və 1905-ci ildə təqsis edilmişdir. Dindarlar 1934-cü ildə kommunistlər tərəfindən kilsədən qovuldular. Pravoslav icması 1942-ci ildə, Kommunistlərin Don Bölgəsindən Vermaxt tərəfindən qovulmasından sonra yuxarı kilsədə xidmətlərini bərpa etdi.
Pitsunda kafedralı
Pervozvannı Həvari Andrey adına patriarx kafedralı (rus. Патриарший собор в Пицунде в честь Апостола Андрея Первозванного, translit. Patriarşiy sobor v Pitsunde v çest Apostola Andreya Pervozvannoqo), həmçinin Pitsunda kafedralı (rus. Пицундский храм, translit. Pitsundskiy xram), Böyük Pitsunda kafedralı (rus. Большой Пицундский храм, translit. Bolşoy Pitsundskiy xram) və ya Biçvinta kafedralı (gürc. ბიჭვინთის ტაძარი, translit. biçvintis tadzari) — Gürcüstan Respublikası əraziləri daxilində de-fakto müstəqil olan Abxaziya Respublikasının Qaqra rayonunun Pitsunda şəhərində gürcü ortodoks kafedralı. Kafedral hal-hazırda Abxaziya ortodoks kilsəsi tərəfindən istifadəyə verilir və həmin orqanın mərkəzi kimi fəaliyyət göstərir.
Qars kafedralı
Qars kafedralı — Kümbət Məscidi və ya Həvarilər Kilsəsi (erm: Սուրբ Առաքելոց Եկեղեցի) Qarsdakı tarixi bir binadır. Şərqin Ayasofyası olaraq xarakterizə olunur. X əsrdə Qarsda və ətrafında hökm sürən Bağratlı Krallığı dövründə bir erməni-gürcü kilsəsi olaraq inşa edilmişdir. Kral Abas tərəfindən tikilən kilsə beş il ərzində tamamlandı. Bu tikili, ibadət yerindən daha çox, xristianlıq üçün böyük bir müqəddəsliyə sahib olan 12 Həvarini anmaq üçün tikilmişdir. Region 1064-cü ildə müsəlmanların hakimiyyəti altına keçdikdən sonra bu kilsə məscidə çevrildi və Kümbət məscidi adını aldı. Region Rusiyanın hakimiyyəti altına girəndə Rus-Pravoslav kilsəsinə, 1918-ci ildə Türk hakimiyyəti altına girəndən sonra isə yenidən məscidə çevrildi. 1964-cü ildə muzeyə çevrildi və Qarsdakı qazıntılardan əldə edilən tarixi əsərlər burada sərgilənməyə başladı. Qars Muzeyi olaraq da bilinən bu köhnə ibadət yeri 1981-ci ilə qədər bu funksiyasını davam etdirdi. 1993-cü ildən bəri məscid kimi istifadə edilmişdir.
Qazançetsots kafedralı
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Qazançı kafedralı
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Qlazqo kafedralı
Qlazqo kafedralı (ing. Glasgow Cathedral), bəzən Hay Kirk of Qlazqo (ing. High Kirk of Glasgow), Sent Kentigerns (ing. St Kentigern's) və ya Sent Manqo Kafedralı (ing. St Mungo's Cathedral) – Şotlandiyanın Qlazqo şəhərinin şərq hissəsində yerləşir. 1136-ci ildə, kral I Devidin iştirakı ilə Sent Manqo Kafedralının yerində kafedral inşa olunmuşdu. Yanğın sonrası kafedral yenidən tikilmişdir və 1197-ci ildə təqdis edilmiş, və növbəti iki əsrlərdə təmir olunmuşdu.
Sioni kafedralı
Sioni Məryəmin vəfatı kafedralı (gürc. მეტეხის ღვთისმშობლის შობის ტაძარი) – Tbilisidə yerləşən Gürcü pravoslav kafedralıdır. Kilsələrin Müqəddəs torpaqlardakı yer adları ilə adlandırılması orta əsr gürcü ənənəsinə əsasən kilsə Yerusəlimdəki Sion dağının adı ilə adlandırılmışdır. Gürcüstan ərazisində yayılmış və Sioni adlı digər kilsələrlə qarışdırılmaması üçün Tbilisidəki kilsə bir çox mənbələrdə "Tbilisi Sioni" də adlandırılır. Tbilisi Sioni kilsəsi şəhərin tarixi mərkəsində "Sionis Kuça" (Sioni küçəsi) adlı ərazsidə yerləşir və şərq fasadı Kür çayının sağ sahilinə baxır. Kilsə təxminən VI–VII əsrlərdə ina edilmişdir. O dövrdən etibarən kilsə dəfələrlə dağıntılara məruz qalmış və bərpa edilmişdir. Hazırkı kilsə binası XII əsrə aid olmaqla, özündə, XVII–XIX əsrdə edilmiş bəzi dəyişiklikləri də əks etdirir. 2004-cü ildə Müqəddəs üçlük kafedralının açılmasına kimi Sioni kafedralı əsas Gürcü pravoslav kilsəsi və Gürcüstan katolikos-patriarxının iqamətgahı olmuşdur. Müxtəlif gürcü xronikalarının məlumatlarına görə, hazırkı kafedralın yerində ilk kilsə binasının tikintisi V əsrdə çar Vaxtanq Qorqasalı tərəfindən sifariş edilmişdir.