Yaşayış binası (Şəddadilər küçəsi 24 A)

Şəddadilər küçəsi 24 A ünvanında yerləşən yaşayış binasıGəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.[1]

Yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Şəddadilər küçəsi 24 A
Tikilmə tarixi XVIII əsrin I yarısı
Üslubu Arran memarlıq məktəbi
İstinad nöm.3857
Kateqoriyayaşayış binası
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bina planda kvadrata yaxın düzbucaqlı formasına malikdir. Bir otaqlı evin üstü günbəzlə örtülmüşdür. Qapı və pəncərə yerlərinin uğurlu yerləşdirilməsi nəticəsində binanın sadə fasadı olduqca canlı görüntü əldə etmişdir.[1]

Digər günbəzli evlərdə olduğu kimi, bu binada da memar evin interyerinin həllinə daha çox diqqət yetirmişdir. Şəddadilər küçəsi 24 A ünvanındakı evin interyeri sqraffito tipli oyma ilə zəngin bəzədilmişdir. Ağ ornament təsviri dərin tünd boz fonla kontrastda yaxşı qəbul edilərək kompozisiyanın tamlığı ilə diqqət cəlb edir.[1]

Divar boyunca yerləşən ləmədən yuxarıda 25–30 sm dərinlikli niş yerləşir. İncə alebastr çətiri çəpəri ilə ayrılmış niş, oxvari tağ formasında tamamlanır. [1]

Evlərin interyerlərində bu cür nişlər, kuzə, badə və dekorativ boşqab kimi interyer elementlərinin yerləşdirilməsi üçün nəzərdə tutulurdu.

  • Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.