ŞƏFƏQLİ
ŞƏFFAF
OBASTAN VİKİ
Şəfəqsaçan
Şəfəqsaçan (lat. Anthocharis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinə aid heyvan cinsi. Kiçik və orta ölçülü, işiqlı, bəzəkli kəpənəklədir. Erkəklərin ön qanadlarını yuxarı qutaraçağında narıncı ləkə vardır. Əsasən şimal yarımkürrəsinin tropik qurşaqdan şimalda yerləşən ərazilərində yayılmışlar.
Qrüner şəfəqsaçanı
Qrüner şəfəqsaçanı (lat. Anthocharis gruneri) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinin şəfəqsaçan cinsinə aid heyvan növü. Qanadları açılmış halda 25-30 mm-dir. Limonu-sarı rəngdə olub dişi fərdlərin ön qanadlarının zirvəsində qırmızı, erkəklərdə isə qara ləkə vardır. Yunanıstan, Türkiyə, Kiçik Asiya, Cənubi Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazın dağ ətəklərində və dağlarında, kserofil yamaclarında rast gəlinir (Laçın rayonu, Naxçıvan MR və Talış (Zuvand)) Yaxşı inkişaf etmiş dağlıq kserofil bitkilər (gəvən və akantolimon) bitən yamaclar. Kəpənəklər mayda uçur, dişi fərdlər adətən otlar içərisində gizlənir və az hallarda uçur. Mayın axırında bitkinin yarpaqları ilə qidalanır. Puplaşma iyulun əvvəllərində müxtəlif sığınacaqlarda baş verir, pupları qışlayır və ildə bir nəsil verir. Yumurtalarını kələmkimilər fəsiləsindən olan Turritis glabra bitkisinin üzərinə qoyur.

Digər lüğətlərdə