ŞƏRF
ŞƏRİƏT
OBASTAN VİKİ
Şərh Surəsi
94-cü surə
Şərh (proqramlaşdırma)
Şərh — proqramlaşdırmada kompüter proqramının mənbə kodunda proqramçı tərəfindən oxuna bilən izahatı və ya annotasiyası. Onlar mənbə kodunu insanların başa düşməsini asanlaşdırmaq məqsədi ilə əlavə edilir və ümumiyyətlə tərtibçilər və tərcüməçilər tərəfindən nəzərə alınmır. Müxtəlif proqramlaşdırma dillərində şərhlərin sintaksisi xeyli fərqlənir. Şərhlər bəzən sənədləşdirmə generatorları tərəfindən mənbə kodundan kənarda sənədlər yaratmaq üçün müxtəlif yollarla işlənir və ya mənbə kodu idarəetmə sistemləri və digər xarici proqramlaşdırma alətləri ilə inteqrasiya üçün istifadə olunur. Şərhlərin təmin etdiyi çeviklik geniş dərəcədə dəyişkənliyə imkan verir, lakin onların istifadəsi ilə bağlı rəsmi konvensiyalar adətən proqramlaşdırma üslubu təlimatlarının bir hissəsidir. Şərhlər ümumiyyətlə blok (həmçinin proloq şərhləri deyilir) və ya sətir şərhləri (həmçinin daxili şərhlər adlanır) kimi formatlanır. Blok şərhləri mənbə kodunun bir neçə sətrini və ya bir sətrin bir hissəsini əhatə edə bilən bölgəsini limitləşdirir. Bu bölgə başlanğıc və son ayırıcı simvolu ilə müəyyən edilir. Bəzi proqramlaşdırma dilləri (məsələn MATLAB) blok şərhlərini bir-birinin içərisində rekursiv şəkildə yerləşdirməyə imkan verir, digərləri isə (məsələn Java) bunu etmir. Sətir şərhləri ya şərh ayırıcısı ilə başlayır və sətrin sonuna qədər davam edir, ya da bəzi hallarda mənbə kodundakı xüsusi sütundan (simvol xətti sürüşməsi) başlayır və sətrin sonuna qədər davam edir.
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Əl-Minhac fi Şərh Səhih Müslim
Əl-Minhac fi Şərh Səhih Müslim (ərəb. المنهاج في شرح صحيح مسلم بن الحجاج‎) — Müslim ibn Həccacın hədislər toplusuna Muhyiddin ən-Nəvəvinin şərhi. Ən-Nəvəvi 1233-cü ildə Nəva kəndində (müasir Suriya) anadan olmuşdur. Erkən uşaqlıqdan atası ona elmə məhəbbət aşılamış və 1251-ci ildə onu Şama aparmış və ilk dəfə burada dini elmləri öyrənmişdir. 655-ci ildən Əşrəfi mədrəsəsində dərs demişdir. İmam Nəvəvi iki dəfə həcc etmişdir. Ömrünün sonunda Qüdsə və Hevrona səfər edir. O, 1277-ci ildə 45 yaşında ikən doğma kəndində vəfat edir. Səhihi-Müslim (ərəb. صحيح مسلم‎) — altı əsas sünni hədis toplusundan biri (Kutub əl-sitta).
Corc Herbert Volker Buşun brokkoli şərhləri
41-ci ABŞ prezidenti Corc Herbert Volker Buş bir çox dəfə brokkolidən nifrət etdiyi barədə şərhlər vermişdir. Buşun prezidentliyi dövründə brokkoli haqqında ilk şərhi 1990-cı ilin martına aiddir. Bu zaman Buş Şəxsi Menecment Ofisinin işçilərinə "brokkoli ilə" ödəniş edilməsi barədə zarafat etmişdir. Bundan qısa müddət sonra U.S. News and World Report jurnalistlərindən biri Buşun Air Force One üçün brokkolini qadağan etməsi barədə hekayə paylaşmışdır. Buna cavab olara ABŞ-dəki brokkoli fermerləri Ağ evə brokkoli daşıyan bir çox yük maşını göndərməyə qərar vermişdirlər. Şərhlərinə görə "brokkoli səsləri"ni itirməsi barədə suala cavab verərkən Buş aşağıdakı fikirləri səsləndirmişdir: Birləşmiş Təzə Meyvə və Tərəvəz Assosiasiyanın prezidenti olan Corc Danlop birinci xanım Barbara Buşa bir buket brokkoli və 10 tonluq brokkoli ehtiyatı bağışlamışdır. Bir neçə gün sonra Buş Polşa baş naziri Tadeuş Mazovetski üçün nahar təşkil etmiş və jurnalistlər menyuda brokkolinin olmadığını qeyd etmişdilər. 10 tonluq brokkoli ehtiyatının böyük qismi Kapital Sahə Qida Bankına bağışlanılmışdır. == Analiz == Araşdırmalar göstərir ki, Buş prezidentliyi dövründə brokkolini sevməməsi barədə 70 dəfə şərh vermişdir. Onun brokkoli şərhləri amerikalıların çoxuna xitab etmirdi, çünki brokkoli ABŞ-də getdikcə populyarlaşırdı və "80-ci illərin tərəvəzi" hesab olunurdu.
Siyasi şərhçi
Siyasi şərhçi və ya siyasi kommentator — öz siyasi fikirlərini ictimai səsləndirən şəxs, siyasi tənqidçi. Siyasi şərhçilər uzun müddətdir ki, mövcud idi, ancaq 1950-ci illərdə ABŞ-də politologiya dalğası başlamışdır. Politologiya və siyasi şərhçilik iki fərqli anlayış olsa da, siyasət özü "elm" kimi qəbul edilir.
Vətəndaş müharibəsinə şərhlər (kitab)
Vətəndaş müharibəsinə şərhlər (latınca: Commentarii de Bello Civili) — Yuli Sezar tərəfindən yazılan, Pompey və Roma senatı ilə olan vətəndaş müharibəsini təsvir etdiyi kitab. Sezarın digər kitabı olan Commentarii de Bello Gallico ilə müqayisə edildiyində sadəcə 3 cilddən ibarət olmasına görə daha qısadır. Ehtimal edilir ki, tamamlanmamışdır. Kitab e.ə. 49–48-ci illər arasında, Sezarın İtaliyanı ələ keçirməsindən qısa müddət əvvəl başlayan və Pompeyin Farsalus döyüşündə məğlub edilməsindən sonra onu təqib edən Sezardan qurtulmaq üçün Misirə qaçması arasında baş verən hadisələrdən bəhs edir. Pompeyin öldürülməsi və Sezarın Misirdəki vətəndaş müharibəsində döyüşən tərəf olaraq İsgəndəriyyə döyüşünə girməsi ilə sonlanır. Commentarii de Bello Civilinin Sezar tərəfindən yazılıb-yazılmadığı ilə bağlı hər hansı mübahisə yoxdur. Lakin, De Bello Alexandrino, De Bello Africo ve De Bello Hispaniensi adlı kitabların başqaları tərəfindən yazıldığı güman edilir: II əsrdə yaşamış tarixçi Suetonius bu kitabları Aulus Hirtius və Qay Oppiusun yazdığını iddia etmişdir.
Şərhçi
Şərhçi — kütləvi informasiya vasitələrində vəzifə. Bu vəzifə daşıyıcısı konkret sahə üzrə şərhlərin müəllifi olur.

Digər lüğətlərdə