Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mülahizə
Hər bir elmin özünə məxsus ilkin anlayışları vardır ki, onlar baxılan nəzəriyyə hüdudları daxilində ciddi məntiqi tərifə malik deyil. Riyazi məntiqin belə anlayışları sırasına “mülahizə”, “məntiq əməlləri”, “predikat” kimi anlayışlar daxildir. Belə anlayışların “tərifi” adi dilin qanunauyğunluqlarından istifadə olunmaqla, obyektin əsas xüsusiyyətlərini ifadə etməklə verilir, yəni anlayış öz xarakterik xüsusiyyətləri ilə təsvir olunur. Tərif 1. Mülahizə elə nəqli cümləyə deyilir ki, onun doğru yaxud yalan olduğunu hökm etmək mümkün olsun. Əlbəttə, nəqli cümlə anlayışı dəqiq tərif olunmadığı üçün onun doğru və ya yalan olması kriteriyası, ümumi halda, intuitiv olaraq müəyyən olunur. Verilən cümlənin doğru olması ona qarşı “ D {\displaystyle D} ” doğruluq qiymətinin qarşı qoyulması, yalan oması isə “ Y {\displaystyle Y} ” doğruluq qiymətinin qarşı qoyulması deməkdir. Bəzən bunların yerinə 1 {\displaystyle 1} və 0 {\displaystyle 0} ədədlərindən də istifadə olunur. Misallar. 1.
Eyniyyətli-həqiqi mülahizələr
Eyniyyətli-həqiqi mülahizələr — məntiqi hesablamaların mülahizələri, ifadələri və ya formullarıdır. Müvafiq eyniyyətli-yanlış mülahizələr və ya formullar onların dəyişənlərinin həqiqiliyinin istənilən qiymətlərində yanlış olacaqlar.
Mülahizələr və onlar üzərində məntiq əməlləri
Hər bir elmin özünə məxsus ilkin anlayışları vardır ki, onlar baxılan nəzəriyyə hüdudları daxilində ciddi məntiqi tərifə malik deyil. Riyazi məntiqin belə anlayışları sırasına “mülahizə”, “məntiq əməlləri”, “predikat” kimi anlayışlar daxildir. Belə anlayışların “tərifi” adi dilin qanunauyğunluqlarından istifadə olunmaqla, obyektin əsas xüsusiyyətlərini ifadə etməklə verilir, yəni anlayış öz xarakterik xüsusiyyətləri ilə təsvir olunur. Tərif 1. Mülahizə elə nəqli cümləyə deyilir ki, onun doğru yaxud yalan olduğunu hökm etmək mümkün olsun. Əlbəttə, nəqli cümlə anlayışı dəqiq tərif olunmadığı üçün onun doğru və ya yalan olması kriteriyası, ümumi halda, intuitiv olaraq müəyyən olunur. Verilən cümlənin doğru olması ona qarşı “ D {\displaystyle D} ” doğruluq qiymətinin qarşı qoyulması, yalan oması isə “ Y {\displaystyle Y} ” doğruluq qiymətinin qarşı qoyulması deməkdir. Bəzən bunların yerinə 1 {\displaystyle 1} və 0 {\displaystyle 0} ədədlərindən də istifadə olunur. Misallar. 1.
Mübahilə
Mübahilə kəlməsinin kökü "bəhl"dir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, "hər cür dua etmək" mənasında işləndi. Müsəlmanlar Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsini Mübahilə ayəsi adlandırırlar. İmam Sadiq Əbulabbasa mübahilə barəsində belə buyurmuşdur: "Ovcunu onun ovcuna qoyub deyirsən: "Allahım! Əgər filankəs haqqı inkar, yaxud batili iqrar edirsə onu səma bəlasına və ya öz tərəfindən olan bir əzaba düçar et. Ona yetmiş dəfə nifrin və qarğış et". İmam Sadiq: "Nəcran xaçpərəstləri öz başçı, canişin və… ilə Peyğəmbərin yanına gəlib dedilər: "Bizi nəyə dəvət edirsən?" Peyğəmbər buyurdu: "Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan… yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə… Buna görə də mənimlə mübahilə edin! Əgər mən doğru danışanamsa Lənət və nifrin sizi tutacaq və əgər yalançı olsam Lənət və nifrin məni tutacaq". Dedilər: "Ədalətli qərardır.
Mübahisə
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsi. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşt kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular. Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir.
Müsahibə
Lazım olan məlumatların müsahibə aparanın respondentlə bilavasitə məqsədyönlü söhbəti vasitəsilə alınması metodudur. Söhbətin istiqaməti müsahibə aparanı maraqlandıran və konkret sosioloji tədqiqatın predmeti olan problem tərəfindən müəyyənləşdirilir. İlkin sosioloji məlumat almaq vəzifəsini yerinə yetirərək, müsahibə eyni zamanda müsahibə alanla respondentin sosial-psixoloji qarşılıqlı təsirinin müəyyən formasıdır. Bu şəxslərarası qarşılıqlı təsirin özünəməxsusluğu, fərdlərin adi ünsiyyətindən fərqli olaraq müsahibə alanla respondent arasında rolların dəqiq bölüşdürülməsindən ibarətdir. Müsahibə alana, söhbətin təşkili və keçirilməsi təşəbbüskarı kimi aparıcı, əsas rol ayrıldığı halda, respondent idarə olunan, məlumat mənbəyi rolunda çıxış edir. Tədqiqatçı soruşur, respondent cavab verir, tədqiqatçı sualların vasitəsilə söhbətə istiqamət verir, respondent öz cavabları ilə onun arxası ilə gedir. Onların münasibətlərində bir növ dönməzlik vardır. Məhz bütün bunlar konkret sosioloji tədqiqat metodu kimi müsahibənin özünə xas xüsusiyyətlərini müəyyənləşdirir. Müsahibənin müxtəlif tətbiq sahələri ola bilər. Əvvəla, müsahibə ümumi problemin dəqiqləşdirilməsi və tədqiqat hipotezasının ifadə edilməsi məqsədi ilə tədqiqatın ilkin mərhələlərində istifadə oluna bilər; ikincisi, müsahibə tez-tez böyük sorğu-yoxlama metodikasının hazırlanması üçün tətbiq edilir; üçüncüsü, müsahibə məlumat toplamağın əsas metodu kimi, əsasən sosial-psixoloji tədqiqatlarda məhdud və ya az seçmə zamanı tətbiq edilə bilər; dördüncüsü, anketləşdirmə, müşahidə və s.
Müşahidə
Müşahidə dedikdə göz önünə ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Müşahidə əməl və nəticəsidir. Şübhəli məqamı aydınlaşdırmaq üçün yazılı bir qeydin adını vermək üçün də istifadə olunur. Həm də bir şərh və ya bir göstərici ola bilər. Müşahidələr, məsələn tədqiqat və ya qiymətləndirmə aparmaq üçün istifadə olunan bir məlumat toplama üsuludur. Bu söz Latın dilindən gəlir. Lakin nəzərə alınsa ki, insanın ətraf aləmdən informasiya alması onun beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsilə baş verir, o zaman görmənin insan həyatında rolunun yüz faizli xarakter daşımadığını dərk etmək mümkündür və burada digər hissiyyatların da rolu dərhal nəzərə çarpasıdır. Ümumi halda, ətraf dünyada baş verən hər bir dəyişiklik dildir, hər bir titrəyiş öz mənasına malikdir. Sadəcə olaraq, onların şifrəsini aça bilmək vacibdir. Nəyin nəyə görə baş verdiyini bildikdən sonra isə ətraf dünyanı bir kitab kimi oxumaq, təbiətə "sən" deyə müraciət etmək mümkündür.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.
Mübahilə ayəsi
Mübahilə ayəsi — Müsəlmanların müqəddəs kitabı Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsinə verilən ad. Ayə onda işlənən «nəbtəhil» kəlməsinə əsasən "mübahilə" adı ilə məşhurdur. Ərəb sözü olan Mübahilə kəlməsinin kökü elə ərəbcə olan "bəhl" sözündəndir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, hər cür dua etmək mənasında işlənmişdir. Ayənin əsli, ərəbcəsi: فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ Ayənin Azərbaycan dilinə olan tərcümələri: (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa (və haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (canlarımızı) çağıraq, siz də öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək. Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.) Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
Mübahilə günü
Zilhiccə ayında nəfsini saflaşdıran, tövbə və bağışlanma diləyən, Allahın dərgahına üz tutan, rəhmət və bərəkət istəyən insanlar üçün həqiqətdə bir fövqəl imkanlar vardır. İnsanlara Allah-Taala fövqəl imkanlar tanımışdı bu ayda ki, onlar Həcc ziyarətinin bərəkətindən faydalansınlar, mübarək ayın ilk 9 gününü oruc tutsunlar, Qurban bayramında qurbanlar kəsib Onun (Allah-Taalanın) yolunda imkansız, fəqir kimsələrə paylasınlar və həmçinin, Qədiri-Xum bayramını qeyd edib həmin günün əməllərini yerinə yetirsinlər. Amma, burada bir məqam da, var və o da, budur ki, bu mübarək ayın əlamətdarlıqları təkcə Həcc ziyarəti, Qurbanlıq, Qədiri-Xum bayramları ilə məhdudlaşmır. Doğrudur ki, çoxları tərəfindən belə bilinir ki, bu ay Həcc ayıdır, iki bayram – Qurbanlıq və Qədiri-Xum bayramları var bu ayda, Qurban bayramınadək oruc tutmaq müstəhəbdir bu ayda, Qədiri-Xum bayramının içində ibadətlər var və həm də, bu ayın müəyyən günlərində müəyyən əməllər var ki, onları yerinə yetirməyin savabı var. Amma, bu ayda sair əlamətdar və tarixi hadisələrin də baş verdiyini bilmək bir müsəlman olaraq vəzifəmizdir. Xüsusilə, bu hadisələrin Peyğəmbər (s) ailəsinin mübarək əməl və rəftarı ilə birbaşa bağlantısı olduqda, onları öyrənməmək, araşdırmamaq zərərinə olur insanın. Çünki elə bir kəs tapmaq olmaz ki, Peyğəmbər (s) ailəsinin rəftar və əməlləri, ona (həmin kəsə) yol göstərməsin, ona ibrət olmasın! Məsələn, dini mətnlərdə qeyd olunmuşdur ki, bu ayın 24-cü günü, bir dilənçi Peyğəmbər məscidinə daxil olub oradakıların ona yardım etməsini istəyir. Heç kim yardım etmədiyi halda, Əli (ə) namazda ruku halında ikən barmağındakı üzüyü həmin ehtiyaclı kimsəyə verir. Əlbəttə ki, məşhur tarixi hadisədir bu.
Mühafizə biologiyası
Mühafizə biologiyası növlərin, onların yaşayış yerlərinin və ekosistemlərin həddindən artıq nəsli kəsilməkdən və biotik qarşılıqlı təsirlərin aşınmasından qorumaq məqsədi ilə təbiətin və Yer kürəsinin biomüxtəlifliyinin qorunmasını öyrənir. Təbiət və sosial elmlər və təbii ehtiyatların idarə edilməsi praktikasını əhatə edən fənlərarası elmdir. :478 Qoruma etikası mühafizə biologiyasının tapıntılarına əsaslanır. Mühafizə biologiyası termini və onun yeni bir sahə kimi konsepsiyası 1978-ci ildə amerikalı bioloqlar Bruce A.Uilkoks və Maykl E.Solun rəhbərliyi ilə, Ser Otto Frankel, Thomas Lovejoy və Cared Daymond daxil olmaqla bir qrup aparıcı universitet və zoopark tədqiqatçıları və mühafizəçilərlə birlikdə Kaliforniyanın La Jolla şəhərində San Dieqo Universitetində keçirilən "Mühafizə biologiyası üzrə Tədqiqat üzrə Birinci Beynəlxalq Konfransın" çağırılması ilə yaranmışdır. Görüşün keçirilməsinə səbəb tropik meşələrin qırılması, yoxa çıxan növlərin, növlər daxilində genetik müxtəlifliyin aşınması ilə bağlı narahatlıq olub. Konfrans və nəticələr bir tərəfdən ekologiya nəzəriyyəsi və təkamül genetikası, digər tərəfdən isə təbiəti mühafizə siyasəti və praktika arasında uçurumun aradan qaldırılmasına təşəbbüs göstərməyə çalışdı. Mühafizə biologiyası bioloji müxtəliflik konsepsiyası ilə birlikdə ortaya çıxdı və müasir mühafizə elmi və siyasəti dövrünün kristallaşmasına kömək etdi. Mühafizə biologiyası üçün xas multidissiplinar əsas, mühafizə sosial elmləri, mühafizə davranışı və mühafizə fiziologiyası da daxil olmaqla yeni alt fənlərə gətirib çıxardı. Bu, Otto Frankelin ilk dəfə yaratdığı, lakin indi də tez-tez alt intizam hesab edilən konservasiya genetikasının daha da inkişafına təkan verdi. Dünyada qurulmuş bioloji sistemlərin sürətlə tənəzzülü o deməkdir ki, mühafizə biologiyası çox vaxt “son tarixli intizam” adlandırılır.
Mühafizə dəstəsi
SS (alm. Schutzstaffel‎ — "mühafizə dəstəsi") — 1925–1945-ci illərdə Adolf Hitlerin rəhbərliyi altında Nasional Sosialist Alman Fəhlə Partiyasının tərkibində fəaliyyət göstərmiş hərbiləşdirilmiş təhlükəsizlik təşkilatıdır. 1923-cü ildə SS, Münhendə partiya iclaslarının təhlükəsizliyini təmin etmək üçün partiya könüllülərindən ibarət Saal-Schutz ("Zal Mühafizəsi") kimi tanınan kiçik mühafizə dəstəsi ilə fəaliyyətə başladı. 1925-ci ildə SS-in təsisçilərindən biri olan Julius Schreck təşkilatın lideri oldu və müəyyən islahatlar aparıldı. Eyni ildə təşkilata Heinrich Himmler qoşuldu. Onun rəhbərliyi altında (1929–1945) SS, Nasist Almaniyasının ən güclü təşkilatlarından birinə çevrildi. SS, Nasist Partiyasının hakimiyyətə gəlişindən 1945-ci ildə rejimin süqutuna qədər Almaniya və onun işğalı altında olan Avropada təhlükəsizlik, kəşfiyyat və terrorun ən qabaqcıl orqanı idi. SS-in emblemi 1933-cü ildə SS şturmhauptfüreri Valter Hek tərəfindən simvolik məbləğ olan 2,5 alman markası qarşılığında yaradılmışdır. Emblemdəki ildırım işarələri Armanen runlarından alınmışdır, qələbəni simvolizə edir, eləcə də SS-in baş hərfləri üçün dayanır. 1923-cü ilin martında Emil Moris və Berxtold Münhendə Herman Erhardtın briqadasına daxil olan "Fırtına ordusu"dan Nasional Sosialist Alman Fəhlə Partiyasının əsasını qoyan Adolf Hitler üçün xüsusi təyinatlı "Ştab gözətçisi" (alm.
Mühafizə fotoqrafiyası
Mühafizə fotoqrafiyası — fotoqrafiya prosesində çox istifadə edilir və onun məhsullarının qaydaları içində qorunmalı obyektlərin vəkilidir. Mühafizə fotoqrafiyası ətraf mühitin və biosferin yaxşılaşdırılması və təbiətin qorunması üçün bir vasitə kimi sənədli fotoqrafiyanın konkret yönü ilə təbiət fotoqrafiyasını birləşdirir.
Mühafizə halqaları
Mühafizə halqaları (en. Protection ring) - Ring 0, Ring 1, Ring 2, Ring 3; sistem və istifadəçi səviyyəsində üstünlüklərin (imtiyazların) texniki cəhətdən ayrılmasını gerçəkləşdirən informasiya təhlükəsizliyi və dayanıqlı fəaliyyət arxitekturası. Üstünlüklərin strukturunu bir neçə konsentrik dairə şəklində göstərmək olar. Bu halda resurslara maksimal erişməni təmin edən sistem rejimi (supervizor rejimi, yaxud “0 halqası”) daxili dairə, məhdud erişimli istifadəçi rejimi isə xarici halqadır. Ənənəvi olaraq, x86 mikroprosessorları ailəsi dörd mühafizə halqasını təmin edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mühafizə relesi
Mühafizə relesi — sistemdə xəta müəyyən edilən zaman kəsicini dövrədən açan rele qurğusudur. İlk mühafizə releləri elektromaqnetik qurğular idi. Bu mühafizə releləri yüksək cərəyan, yüksək gərginlik, cərəyanın tərs axını, yüksək tezlik və aşağı tezlik kimi hallar müəyyən edilən zaman kəsicini dövrədən açır. Elektromexaniki relelər sistemdə yaranan xətanın yalnız yerini və səbəbini elementar olaraq indikasiya etmək imkanına malikdir. Bir çox hallarda vahid mokroprosessorlu relelər iki və daha çox elektromexaniki qurğuların funksiyalarını təmin edirdilər.
Mühafizə statusu
Mühafizə statusu — bioloji növlərin hazırda və yaxın gələcəkdə qorunması göstəricisidir. Mühafizə statusunun qiymətləndirilməsi zamanı bir çox faktorlar, — yaşayan fərdlərin sayı, müəyyən vaxt ərzində onların sayının çoxalma və azalması, seleksiya nailiyyətləri, məlum olan təhlükələr və s. nəzərə alınır.
Radioelektron mübarizə
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Sinfi mübarizə
Sinfi mübarizə anlayışı ilk dəfə Karl Marks və Fridrix Engels birlikdə yaratdığı Kommunist Manifesti adlı əsərində "İndiyə qədərki bütün cəmiyyətin tarixi, sinif savaşları tarixidr" demişdir. Marksa görə kapitalizmdə istehsal edici mövqedə olan ancaq bu mövqeyə qarşı istehsal vasitələrinin burjuaziyanın özəl mülkiyyətində olmasından ötrü istismar edilən işçi sinfinin bu istismardan qurtulması üçün burjuaziyanın iqtidarına son verməsi və istehsal vasitələrinin dövlət nəzarətinə keçilməsidir. Sinfi mübarizə, Marksist sinif teoriyasında və tarix anlayışında siniflər arası münasibətlərin müstəqil halı olaraq təsbit edilir. Marksist tarix anlayışına görə sinfi mübarizələr yalnız müəyyən bir andakı cəmiyyətin siniflər arasındakı mübarizəsi deyildir, əksinə o tarixin motorudur, yəni tarixi inkişafın və ilərləmənin dayağı ifadəsini siniflər arasındakı mübarizə tapır. Marksizmdə əsas olaraq."Tarix sinfi mübarizə tarixidir" fikri götürülür. Hər qabaqcıl sinif, müəyyən bir mərhələdə mürtəceləşir və mənfəətlərini mövcud olanın qorunmasında tapır. Marksist teoriyada Bu qaçınılmaz olaraq belədir. Marks bunun misalını burjuaziyanı, feodalizmi tövsiyə edərkən inqilabçı öz böyüklüyünü qurduqdan sonra mürtəce olaraq ortaya çıxar. Ancaq sınfi mübarizə bitməmişdir və onu məhv edəcək sinif burjuaziya ilə birlikdə doğulmuşdur. Yəni proletariat Sinfi mübarizənin qaynağı sosial iqtisadi şərtlər deyilən maddi cəmiyyət quruluşudur, yəni müəyyən bir andakı istehsal münasibətləri ilə mürtəce istehsalçılar arasındakı münasibət və ziddiyətlərin toplamı.
Hidrometeoroloji müşahidə şəbəkəsi
Hidrometeoroloji müşahidə şəbəkəsi−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Respublikanın ilk hidrometeoroloji məntəqələri Kür çayı üzərində qurulmuşdur. 1888 – ci ildə Yevlax, Zərdab və Sabirabadda, 1898 –ci ildə isə Salyanda təşkil edilmişdir. == Giriş == Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində struktur üzrə 54 Hidrometeoroloji stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2 Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya , 32 Hidrometeoroloji məntəqə, 28 hidroloji məntəqə, 1 buzlaq məntəqəsi, 15 meteoroloji məntəqə, 8 Dəniz Hidrometeoroloji məntəqə ,4 Aqrometeoroloji məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir. == Hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması == Avtomat meteoroloji stansiyalar Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılmış, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunmuşdur Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılmışdır. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür. Bundan başqa 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılmışdır. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir.
Meteorololji müşahidə üsulu
Meteorololji müşahidə üsulu – meteoroloji kəmiyyətlərin ölçülməsi və atmosfer hadisələrinin qeydə alınması üsuludur. Meteoroloji kəmiyyətlərə havanın temperaturu və rütubətliyi, atmosfer təzyiqi, küləyin surəti və istiqaməti, buludların miqdarı və hündürlüku, yağıntıların miqdarı, istilik axınları və s. aiddir. Bunlara atmosferin xassələrini və ya atmosfer proseslərini birbaşa əks etdirməyən, lakin onlarla sıx əlaqəli olan aşağıdakı kəmiyyətləri də aid etmək olar: torpağın və suyun səth qatının temperaturu, buxarlanma, qar örtüyünün hündürlüyü və vəziyyəti, günəş parlaqlığının davamiyyəti və s. Atmosfer hadisələrinə tufan, çovğun, duman və bir sıra optik hadisələr aiddir. Ən tam və dəqiq müşahidələr meteoroloji və aeroloji rəsədxanalarda aparılır.
Princess mühafizə proqramı
Şahzadə mühafizə proqramı — 2009-cu ildə çəkilən orijinal Disney Channel filmidir. Baş rollarda — Demi Lovato və Selena Qomezdir.
Sonuncu Müsahibə (1960)
Meşə mühafizə mühəndisi
Meşə mühafizə mühəndisi-peşə [1] meşə təsərrüfatı üzrə mütəxəssis, meşə təsərrüfatının və ya rayon meşə təsərrüfatının mühafisə üzrə rəhbəri. Meşə mühafizə mühəndisi meşə mühafizəsi üzrə köməkçiyə və dövlət müfəttişinə (bir və ya bir neçə nəfər) tabedir. Meşə mühafizə mühəndisi vəzifəsinə ali və orta texniki meşə təhsili və meşə təsərrüfatında təcrübəsi olan şəxslər təyin edilir. Meşə mühafizə mühəndisi müəssisənin direktoruna tabe olmaqla onunla birlikdə meşələrin mühafizəsinə cavabdeh şəxsdir. Meşə mühafizə mühəndisi aşağıdakıları həyata keçirir: 1) Mütəmadi olaraq meşəbəyliklərdə meşələrin mühafizə vəziyyətinə nəzarət həyata keçirir, 2) Meşəbəyilərin, meşəbəyi köməkçisinin, meşə gözətçilərinin və yanğın gözətçilərinin texniki səviyyəsinin artırılması barədə tədbirlərin həyata keçirir, 3) Əhali arasında meşələrin qorunub mühafizə olunması və yanğından qorunması barədə marifləndirmə işlərinin aparır, 4) Meşəpozuntuları barədə akt-protokol tərtib edilməsinin düzgünlüyünə nəzarət edir və onların uçotunu aparır, 5) Meşə təsərrüfatında Meşəbəylik ərazisində yandın əleyhinə illik tədbirlər planın tərtib edir, 6) Meşəbəyliklər ərazisində yanğın əleyhinə aparılan tədbirlərə və meşə yanğınlarının söndürülməsinə rəhbərlik etməyə, 7) Meşə ərazilərində kordonların düzgün istifadə olunmasına, silah , sursatların istifadə və saxlama qaydalarına nəzarət edir.
Narkotiklərlə Mübarizə Agentliyi
Narkotiklərlə Mübarizə Agentliyi — Tacikistanın narkotiklərlə mübarizə xidməti. 1999-cu ildə təsis edilmişdir. Əfqanıstandan ölkə ərazisindən keçən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə kömək etmək üçün yaradılmışdır və Asiyada fəaliyyət göstərən ən fəal antinarkotik qurumlardan biridir. Əfqanıstanın opiatlarının 20%-dən çoxunun Tacikistandan keçdiyi təxmin edilir. 2000–2011-ci illər arasında agentlik 11,000 kiloqramdan çox narkotik müsadirə etmişdir. Qurum İran, Qırğızıstan, Rusiya, Çin, Əfqanıstan və Özbəkistanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. 2004-cü ildə agentliyin rəhbəri Qafar Mirzəyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ömürlük həbs cəzasına məhkum edilmişdir. Onu general-leytenant Rüstəm Nəzərov əvəz etmişdir.
Hüquq-mühafizə qüvvələri
Hüquq-mühafizə qüvvələri və ya asayiş keşikçiləri qanunu pozanları müəyyən etmək, qarşısını almaq, islah etmək və ya cəzalandırmaq yolu ilə qanunun icrasını təmin etmək üçün nəzərdə tutulmuş olan mütəşəkkil şəkildə fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətidir. Bu terminə polislər, məhkəmələr və islah işləri daxildir. Müasir dövlət hüquq qaydaları, ənənəvi və ya and içmiş olaraq və yaxud da, döş nişanı alaraq bu vəzifəyə təyin edilmiş olan və cinayət qanununu pozduğuna görə təqsirləndirilən şəxsi həbs edə bilən istənilən şəxsi, habelə qanunverici dövlət tərəfindən polis gücünə və ya səlahiyyətinə malik olan istənilən şəxsi hüquq-mühafizə orqanlarının çətiri altında birləşdirir. Hüquq-mühafizə qüvvələri ən çox cinayətlərin qarşısının alınması və cəzalandırılması ilə məşğul olsalar da, cinayət xarakterli olmayan qayda və normaların pozuntularının qarşısını almaq məqsədilə azadlığın məhdudlaşdırılması, ev həbsi kimi daha yüngül sanksiyalar da tətbiq edə bilirlər. == Təşkilatlar == Ən tanınmış asayiş keşikçiləri polislər olsalar da, hüquq-mühafizə orqanlarında bu iş üçün təyin edilmiş olan fərqli və müxtəlif qruplar da mövcuddur. Hüquq-mühafizə orqanları adətən konkret yurisdiksiya daxilində fəaliyyət göstərirlər. Bəzi hallarda yurisdiksiya təşkilatlarının səlahiyyətləri toqquşa bilir; məsələn, ABŞ-də hər bir ştatın özünün əyalət hüquq-mühafizə orqanları vardır, lakin Federal Təhqiqatlar Bürosu da istənilən ştatda baş verən müəyyən cinayət proseslərinə qarşı tədbirlər görə bilər. Cəmiyyətin müxtəlif ixtisaslaşdırılmış təbəqələrinin özlərinin daxili hüquq-mühafizə mexanizmləri mövcud ola bilər. Məsələn, hərbi təşkilatlarda hərbi polis buna nümunə kimi göstərilə bilər.
Vampirlə müsahibə (film)
Vampirlə müsahibə (ing. Interview With The Vampire) — 1994-cü ildə Nil Cordan tərəfindən çəkilmiş və baş rolları Bred Pitt və Tom Kruzun oynadığı filmdir. Film Enn Raysın eyniadlı romanı əsasında çəkilmişdir. Filmin çəkilişinə 60 milyon ABŞ dolları sərf olunub. Lakin 223.7 milyon gəlir əldə edilib. Gənc bir jurnalist sirli bir insandan müsahibə almaq istəyir. Həmin insan isə 200 yaşında bir vampir olduğunu deyir. Jurnalist buna inanmadıqda bir neçə qeyri-adi hərəkət göstərir və jurnalisti vampir olduğuna inandırmağı bacarır. Müsahibə zamanı vampir həyat hekayəsini danışmağa başlayır: Lui varlı bir gəncdir. Lakin bu yaxınlarda arvadını itirdiyindən özünü pis hiss edir, tez-tez içib sərxoş olur.
Ən vacib müsahibə
"Ən vacib müsahibə" — rejissor Eldar Quliyevin filmi. == Məzmun == Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?" Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. == Film haqqında == Film quruluşçu rəssam Fikrət Əhədovun kinoda ilk işidir. Filmdən iki hissə operator Şərif Şərifovun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Operator: Şərif Şərifov Geyim rəssamı: Fikrət Əhədov Qrim rəssamı: S.Pozdeyeva Montaj edən: Tahirə Babayeva Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Adil İsmayılov, Vaqif Əsədullayev, Ceyhun Mirzəyev, Azər Zamanlı Montaj üzrə assistent: Rəfiqə İbrahimova Operator assistenti: Ələsgər Ələkbərov, S.Kaşiyev Rəssam assistenti: T.Məlikzadə, A.Stepanova Filmin direktoru: Rimma Abdullayeva Mahnı ifa edən: Polad Bülbüloğlu (titrlərdə yoxdur) === Rollarda === Hacımurad Yegizarov — Zaur Ariadna Şengelaya — Səidə Səyavuş Şəfiyev — Altay Müxlis Cənizadə — Ənvər müəllim Tofiq Mirzəyev — əcnəbi müğənni Rza Təhmasib — Cəbrayıl Konstantin Adamov — Abdulla Kərimoviç Fuad Poladov — bacıoğlu Nazim Ağayev — Saleh Kamal Xudaverdiyev — Həsənov Əbdül Mahmudov — Fikrət Məmmədrza Şeyxzamanov — Zaurun atası Firəngiz Şərifova — Zaurun anası S.Əfəndiyeva Dina Tumarkina M.Ələkbərov Ramiz Məlikov — müxbir Mirzəbala Məlikov — Cəfər Zemfira İsmayılova — neftçi Tatyana Qross Yevgeniya Nevmerjitskaya Bahadur Əliyev — Bahadur === Filmi səsləndirənlər === Həsənağa Turabov — Zaur (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Amaliya Pənahova — zoopark müdiri (titrlərdə yoxdur) Həsən Əbluc — Saleh (Nazim Ağayev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Altay (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Səidə (Ariadna Şengelaya) (titrlərdə yoxdur) Hamlet Xanızadə — tərcüməçi (titrlərdə yoxdur) Səməndər Rzayev — Abdulla Kərimoviç (Konstantin Adamov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cəbrayıl (Rza Təhmasib) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.