ŞAHVAR

прил. устар. царственный (величественный, величавый)
ŞAHTUTLUQ
ŞAHZADƏ
OBASTAN VİKİ
Şahvar Dəmirqayayev
Şahvarut
Şalıbulaq, Şahvarut, Uşakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şavarud kimi yazılır. Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur. Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur.

Digər lüğətlərdə