ŞAMI

şamlı, Şam şəhərindən, suriyalı olan.
ŞAMXƏLİL
ŞAMİ
OBASTAN VİKİ
Heldreyx şamı
Pinus heldreichii (lat. Pinus heldreichii) — Balkan yarımadası nın qərb hissəsində-dağlarda və Cənubi İtaliya da bitir. Hündürlüyü 20 m olan ağacdır. Bitmə şəraitindən asılı olaraq çətiri ensiz-konusvari formadan enli-şaxələnmiş və aşağı sallanmış formaya qədər dəyişilir. Gövdəsinin qabığı boz rəngdədir. Cavan budaqlarında iynəyarpaqları töküldükdən sonra üzərində rombvari yarpaq ayalarının izləri qalır. İynəyarpaqları tünd-yaşıl, sıx, cüt, cod, ucu bizdir,dəstədə 2 ədəd olmaqla zoğların uclarında yığılmışıdr. Zoğları qısa, möhkəmdir. Uzunluğu 12 sm-ə qədərdir. Erkək çiçək qrupları dəstələrdə yığılmış, qızıl-sarıdır.
Hələb şamı
Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Yayılması == Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir.
Kanar şamı
Vətəni Kanar arxipelaqı adalarıdır. Dekorativ ağacdır. Dünyanın digər şamlarından iynələrinin uzunluğu və yarpaq qoltuğunda 2 deyil, 3 iynəyarpağın olması ilə fərqlənir. Hündürlüyü 25 m-ə çatır. Düzdayanan budaqlı gövdəsi sarıdır, qabığının üzərində çatlar var. Parlaq, yaşıl iynəyarpaqlarının uzunluğu 30 sm-dir. Qozalar ovaldır. Tüzböyüyən və quraqlığadavamlı ağac növüdür. Kanar şamının oduncağı çox möhkəm və odadavamlıdır, ona görə qiymətli inşaat və bəzək materialıdır. Bu ağacın oduncağından düzəldilən eyvanlar çürümür və yanğına davamlıdır.
Kox şamı
Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir mövüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 15-20 (35) m-ə çatan həmişəyaşıl ağacdır. İynəyarpaqları düzdür və yaxud bir qədər əyiləndir, sərtdir, ucları itidir, göyümtül-yaşıl və ya göy rəngdədir. Qozaları qısa-yumurtavari və yaxud uzunsov-ovaldır, qonur-boz rəngdə, parlaqdır, tək-təkdir və yaxud 2-4-ü bir yerdədir. Toxumları bozumtuldur, 4–5 mm-ə qədər uzunluğunda, 2- enindədir, qanadlarının uzunluğu 12–15 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mart-aprel aylarında tozlanır, qozaları ikinci il yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir.
Krım şamı
== Ümumi məlumat == Krım Şamı ağacdır, 20–40 m hündürlüyündədir, dirək gövdəsinin diametri 60 sm-ə çata bilir, çətiri geniş, dağınıq, yastı və dəyirmidir, üfüqi uzanmış budaqları ucdan yuxarı qalxandır, dirək gövdəsinin aşağı hissəsinədək qabığı qaradır, dərin-şırımlıdır, yuxarı hissəsində isə qırmızımtıldır. Cavan zoğları sarımtıl-qonuru rənglidir, parıldayandır. Tumurcuqları milvarıdır, iridir (16–35 mm), düzünədir, qatlanmayan pulcuqludur. Pulcuqvarı yarpaqları açıqsarı rənglidir, yarpaq qını boyda və yaxud da ondan uzundur. Yarpaq qını 18–26 mm uzunluqdadır. İynəyarpaqları tündyaşıl rənglidir, çox sıxdır, sərtdir və ucdan tikanlıdır, bir qədər əyiləndir, 8-12 sm, bəzən isə 18 sm-ə qədər uzunluqda və 1,6-2,1 mm enində olurlar. Hər bir dəstədə 2 ədəd tikanlı iynəyarpaq yerləşir. İynələrin en kəsiyində 2 dəstə boruları vardır. Qatran yolları parenximadadır. Qozaları uzunsov yumurtavarıdır, çox qısa saplaqlı və ya oturaqdır, dikdurandır, tək-tək və ya bir neçəsi (2-4 ədədi) bir yerdə topa halında olur, qəhvəyi, sarımtıl-qonuru rənglidir, parıldayandır, 5-12 sm uzunluqda, 4,5-7 sm enindədir.
Kultera şamı
Pinus coulteri (lat. Pinus coulteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Cənubi Kaliforniya dan Monte Diabloya qədər sahilyanı dağlarda, quru yamaclarda və çınqıllarla örtülmüş təpələrdə tək-tək və ya kiçik qruplarla bitir, sahilyanı rayonlarda, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə zolaqlar əmələ gətirir. Hündürlüyü 40 m-ə, gövdəsinin diametric 120 sm-dək olan ağacdır. Qabığı qalın, tünd qonur, dərin şırımlı, enli, hamar hissəlidir. Budaqları yuxarı qalxandır. Çətiri ensiz, pyramidal olub, simmetrik deyildir. Zoğları qalın, qonur rəngli olub, bir neçə Buğumarasından ibarətdir, xırda yarpaqları qırışlı qalıqlıdır. Tumurcuqları iri, yumurtavarı olub, ucu bizdir, uzunluğu 4 sm-ə qədərdir, möhkəm yapışmış qabıqlıdır. İynəyarpaqların uzunluğu 15-30 sm-dir, tünd-mavi-yaşıldır.
Lambert şamı
Lambert şamı (lat. Pinus lambertiana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Murrey şamı
Şimali Amerika nın şimal-qərbində bitir. Hündürlüyü 25 m-ə qədər olan, düz, piramida çətirli ağacdır. Gövdəsi nazik, açıq-qonur rəngli, hamardır, diametri 40 sm-dir. Açıq yaşıl rəngli, uzunluğu 5-7 sm olan iynəyarpaqları cüt-cüt yerləşən cod, çox vaxt burulmuş formalıdır. 4-5 il yaşayır. Qozaları qonur və ya qırmızı-qonur rəngli, uzunsov-yumurtavarı formalıdır, uzunluğu 6 sm-dir. Zoğa yapışıb, budaqlarda 10 ilə qədər qalır. Alt budaqları tez məhv olur, ancaq ağacda uzun müddət qalır. Qışda ağacın sıx çətiri çoxlu qarı uzun müddət üzərində saxladığına görə, qar əriyən vaxt ağırlıq nəticəsində ağacların kökündən qopmasına səbəb olur. Soyuğa və kölgəyə davamlıdır, tez böyüyür, torpağa az tələbkardır, ancaq rütubətli tropaqlarda yaxşı inkişaf edir.
Pitsunda şamı
Təbii halda Qərbi Zaqafqaziyada (Anapadan Pitsundaya kimi) dəniz sahilində və dağ yamaclarında bitir. Hündürlüyü 18–24 m-ə, gövdəsinin diametri 40 sm-ə çatan düzdayanan, qonur-boz qabıqlı yaraşıqlı ağacdır. Çətiri şaxələnmiş, seyrək, cavan ağaclarda yığcam, qoca ağaclarda dağınıqdır. Budaqları qonur-qırmızı və ya qonur-sarıdır. İynəyarpaqları açıq-yaşıl, nazik, tikanlı olub, 10–16 sm uzunluğundadır, kənarları nahamar, bizvaridir. Xırda yarpaqları yumru, dişli, qırmızı-sarıdır, ortasında yaşıl xallar vardır. Qozaları tək-tək və ya 2–3, bəzən 4 ədədi bir yerdə olmaqla qısa ayaqlarda və ya oturaq yerləşir. Qozaları üfüqi əyilmiş, yumurtaşəkilli-konusşəkillidir, uzunluğu 10 sm-ə qədərdir, qonur-qırmızı, parlaq, xırda pulcuqları hamardır. Bir sıra bioloji və ekoloji əlamətlərinə görə Eldar şamına oxşayır. Quraqlığa, şaxtaya, torpağın duzluluğuna davamlıdır, Abşeronun isti yay günlərini yaxşı keçirir.
Sabini şamı
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.
Sahil şamı
Dəniz şamı (lat. Pinus pinaster) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizi nin şərqində və Portuqaliya da yayalmışdır. Ağacın hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6–12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır.
Tunberq şamı
Yabanı halda Cənubi Koreya da və Yaponiya da bitir. Bu "Yapon gözəli" İsveçrə botaniki Karl Peter Thunberg tərəfindən təsvir olunmuşdur və bonsayın, landşaft yaşıllaşdırmasının yaradılması üçün ideal ağac hesab olunur. Hündürlüyü 18 m-ə çatan, tezböyüyən ağacdır. Digər şamlardan tumurcuqlarının açıq rəngli olmasına görə asanlıqla fərqlənir. Soyuğa davamlı hesab olunur. Toxumla çoxaldılır, ilk cücərtilər birinci il yavaş böyüyür, sonrakı dövrlərdə illik boy artımı hər il orta hesabla 50 sm-ə çatır. Yayın quraqlığındam və qış dövründə üzərinə yığılan qar qalığından Tunberq şamı zərər çəkmir. Budaqlarını budamaqla müxtəlif forma vermək olar. Duzlaşmış torpaqlara dözür, günəşli, kölgəli yerdə bitir. Lənkəran rayonunda təbii halda təsadüf edilir.
Veymutov şamı
Veymutov şamı (lat. Pinus strobus) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın şərq rayonlarında yayılmışdır. Zaqatala rayonunun Pərzivan məntəqəsində dağ-meşə torpaqlarında bitir. Avropada XVII əsrdən becərilir. Hündürlüyü 50 m, diametri 160 sm olan iri ağacdır. Çətiri enli piramidal və ya yumurtavarı, seyrəkdir. Gövdəsi düz və hamardır, açıq-boz rəngli qabıq qatı ilə örtülmüşdür. Cavan zoğların qalınlığı isə 3–4 mm olub, çılpaqdır. Nazik iynəyarpaqları açıq-yaşıldır, uzunluğu 5-10 sm olub, 5 ədədi bir dəstədə yığılmışdır və 2-3 il budaqların üzərində qalır.
İtaliya şamı
Aralıq dənizi ölkələri, Balkan , Asiya, Cənubi Amerika, Çin və Çili də təbii halda bitir. Hündürlüyü 30 m-ə, gövdəsinin diametri 100 sm-ə qədər olan, enli, oval şəkilli və ya kürəvi çətirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıldır, tumurcuqları qatranlı deyil, iynəyarpaqları tünd-yaşıl, 10-15 sm uzunluqdadır. Alt yarpaqları yumurtavarı-neştərvarıdır, təpələri saçaqlı-kirpiklidir. Erkək qozaları çoxdur, xırdadır, silindrovan-uzunsov, sıx, yoğun sünbüllər əmələ gətirir. Qozaları tək-tək və ya iki-üçü bir yerdə yerləşir. Qozaların yoğun və kifayət qədər uzun ayaqcıqları var, onlar kürə şəkilli və ya oval şəkilli-kürəvi olub, dik dayanmışdır. Uzunluğu 8-9 sm, eni 6-8 sm, qalxancıqları qalın, bucaqlıdır, piramidal şişdir, işıqda parıldayır, az nəzərə çarpan, zəif görünən, köndələn, tili və bir neçə çıxıntısı vardır. Toxumları iri, uzunsov-tərs, yumurtavarı, bucaqlıdır, üzərində qalın, tünd-qonur, qırmızı rəngli, 18–20 mm uzunluqda pərdəciyi vardır, qanadlı və ya qanadsızdır. Azərbaycan da Abşeron, Zaqatala, Kür-Araz ovalığında, Şəmkir və Lənkəran da rast gəlinir.
Qafqaz ağ şamı
Qafqaz ağ şamı (lat. Abies nordmanniana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Təbii şəraitdə Qafqazın qərb hissəsində, Kiçik Qafqaz sıra dağlarının, əsasən, şimal istiqamətli yamaclarında, Böyük Qafqazın şimal və cənub yamaclarında, Türkiyədə yayılmışdır. Hündürlüyü 50 m, gövdəsinin diametri 2 m-ə çatan nəhəng gövdəli dekorativ ağacdır. Çətiri sıx ensiz konusvarı formadadır. Budaqları torpağa doğru sallanır, cavan ağacların çətirinin yuxarısı şiş (iti), yaşlı ağaclarınkı isə yumru olur. Gövdəsinin qabığı bozdur. İynəyarpaqları sıx, üstdən tünd-yaşıl, altdan nisbətən açıq-yaşlıdır, alt tərəfdən və kilin hər tərəfindən 8–10 ağ ağızcıq xətlidir, budaq üzərində 10 ilə kimi qalır. Qozaları 10–20 sm uzunluğundadır, cavan qozalar yaşıldır. Mil və yan kökləri qüvvətli inkişaf edir.
Qərb qara şamı
Qərb qara şamı (lat. Larix occidentalis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü. Şimali Amerikanın qərb hissəsinin dağlarında 600-2300 m hündürlükdə, meşə zolağnda, kölgəli yamaclarda və çay vadilərində, çox vaxt qarışıq əkinlərdə bitir. Vətənində hündürlüyü 40-80 m-ə çatan ağacdır. Çətiri ensiz, piramidaldır. Budaqları qısa, üfüqi, tüklü olur, sonradan çılpaqlaşır, cavan zoğlarının rəngi sarımtıldan narıncıya dəyişir. Tumurcuqları qatranlı, saçaqlıdır. Uzunluğu 3-4 sm olan iynələri küt uclu, üstü yumru, hər iki tərəfdən 2 ağ kanallıdır. Dəstələrdə 15-40 ədəd yerləşir, qatran yolları yoxdur. Qozaları 6 mm-lik ağ tüklü saplaqda yerləşir, yumurtavarıdır, uzunluğu 2.5-3 və ya 5 sm-dir.
Sibir ağ şamı
Sibir ağ şamı (lat. Abies sibirica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsinin şimal-şərqində və Sibirdə çay kənarlarında və dağların ətəyində təbii halda bitir. Qoruqlarda mühafizə edilir. Hal-hazırda qədər respublikada yaşıllaşdırmada az rast gəlinən növdür. Hündürlüyü 30 sm-ə qədərdir, ensiz, konusvarı çətirli, nazikdir, torpağa qədər budaqları sallanan ağacdır. Gövdəsi tünd boz, hamar, qabıqla örtülmüşdür. Cavan zoğları az, qalın və tükcüklüdür. İynəyarpaqları yumşaq, ensiz, kütdür, uzunluğu 2–3 sm, tünd-yaşıl, üstü parlaq, alt tərəfi ağ zolaqlıdır, ağacda 8–11 il qalır. Qozaları düz dayanandır, rəngi açıq-qonurdan açıq-alqırmızıya qədər dəyişir, yetişdikdə açıq-qonur rənf alır.
Sibir qara şamı
Sibir qara şamı (lat. Larix sibirica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü. Sibir qara şamı əsasən Sibirdə, Rusiyanın Avropa hissəsində yayılmışdır. Hündürlüyü 40 m-ə çatan iri iynəyarpaqlı ağacdır. Çətiri piramida formalıdır. Qabığı qonur-boz rənglidir. Bir çox iynəyarpaqlı, həmişəyaşıl ağaclardan fərqli olaraq qara şam payızda bütün iynəyarpaqlarını tökür. İri, dadlı, yeməyə yararlı toxumları var. Hər qında 5 ədəd iynəyarpağın olması ilə digər növlərdən fərqlənir. Qozaları küknarın və şamın qozalarına nisbətən xırda, oval formalı və uzunluğu 3 sm-ə qədərdir, əsasən 22-38 toxum qabıqları 5-7 cərgədə yerləşir.
Avstriya şamı
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Balkan şamı
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Banks şamı
Banks şamı (lat. Pinus banksiana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Şimali Amerikanın şərq şamıdır. Kanadadakı doğma silsiləsi şimal-qərb ərazilərindəki Makkenzi çayından Yeni Şotlandiyadakı Cape Breton adasına qədər qayalı dağların şərqində və ABŞ-nin şimal-mərkəzi və şimal-şərqində Minnesotadan Menə qədər, silsilənin ən cənub hissəsidir. Yalnız şimal-qərb İndiana və şimal-qərb Pensilvaniya daxildir. O, həmçinin boz şam və şam şamı kimi tanınır. Aralığının uzaq qərbində Pinus banksiana yaxın qohumlu şam şamı (Pinus contorta) ilə asanlıqla hibridləşir. Banksiana növ epiteti ingilis botanik Ser Cozef Banksın şərəfinədir. == Təsvir == Pinus banksiana hündürlüyü 9–22 m (30–72 fut) arasında dəyişir. Bəzi çam ağacları zəif böyümə şəraitinə görə kol ölçülüdür.
Dağ şamı
Mərkəzi və Cənubi Avropa dağları, Pireney, Alp və Karpat və Balkan dağlarının dəniz səviyyəsindən 300–2500 m hündürlüyə qədər olan ərazilərdə bitərək meşələr əmələ gətirir, xüsusən də daşlıq yamaclarda bataqlaşmış düzənliklərdə, hündür dağlarda alçaq əyilmiş formaları geniş yayılıb. Hündürlüyü 10 m-ə (bəzən 20 m-ə), enli-piramidal çətiri isə 4–5 m-ə çatan ağac və ya çox gövdəli koldur. Kol və ya torpaqqoruyucu, sürünən formaları vardır. Qabığı tünd-boz, dərin şırımlı, qeyri-bərabərdir. Cavan zoğları əvvəlcə yaşılımtıl, sonra kələ-kötür olub, tünd-qonur rəngli, qısa, çılpaqdır. Tumurcuqları qonur, yumurtavarı, qatranlı, qabıqları isə dişlidir. İynəyarpaqları qalın, cod, möhkəm, qılıncvarı əyilmiş, uzunluğu 3-10 sm, qalınlığı 1,5 mm, parlaq, tünd yaşıl olub, ucu biz, nazik dişlidir, ağacın üzərində 2-5 il qalır. Qınların uzunluğu 11–15 mm-dir. Qozaları konusvarı və ya yumurtavarıdır, bir az qabarıq apofizli, qara haşiyə ilə əhatə olunmuş, uzunluğu 2-6,5 sm, eni 4 sm-ə qədərdir, sarımtıl, tünd-qonur rəngdədir, ağacda oturaq formalı, üfüqi və ya yuxarı qalxandır, tək və ya 2-3 ədədi bir yerdədir. Qozalar üçüncü ilin yazında yetişir və toxum əmələ gətirir.
Dəniz şamı
Dəniz şamı (lat. Pinus pinaster) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizi nin şərqində və Portuqaliya da yayalmışdır. Ağacın hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6–12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır.
Eldar şamı
Eldar şamı (lat. Pinus eldarica Medw.) — Şamkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – N. Azərbaycanın relikt, endemik növüdür, arid dağların rəmzidir. == Bioloji xüsusiyyətləri == Təbii halda hündürlüyü 21 m-ədək olan ağacdır. İynəyarpaqları qında ikibir və ya üçbir yerləşir. Qının uzunluğu 1sm, iynələrinki isə 8–10 sm olur. İynəyarpaqları yaşıl rəngli, sərt uclu və kənarları xırda dişlidir. Iynəyarpaqların uzunluğu 12–15 sm-ədək olub, göy rəngdədir, kənarları narın dişlidir, ucları azca sivriləşmişdir. Yarpaq qınlarının uzunluğu 1 sm-ə qədərdir, əvvəl pas, sonradan qonurumtul-boz rəngə çevrilir, təpə hissəsi arxaya qatlanmışdır, yanlarında uzun ağ saçları vardır. Tumurcuqları qətranlı deyildir.
Roksburq şamı
Roksburq şamı (lat. Pinus roxburghii) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Roksburq şamı ağacdır, 20–50 m hündürlüyündə, hündür və düz dirək gövdənin diametri 70–100 sm olur. Çətiri böyükdür, simmetrikdir, dəyirmidir və ya işıqlı geniş ehramvarıdır. Gövdə qabığı cavan ağaclarda tünd-boz, yaşlılarında isə bozumtul-tünd-qonuru, dərin şırımlı, 1 sm qalınlığında, lövhəlidir, iri çoxbucaqlı lövhəciklər şəklində tökülürlər, daxili qabıq qırmızımtıl-qonuru rənglidir. Budaqları yoğundur, əyiləndir. Zoğları açıq-qonuru, tək buğumlu, budaqcıqların ucu yuxarıya qalxandır. Tumurcuqları iridir (5–11 mm), pulcuqları qısılandır (yumulandır), uzunsov yumurtavarıdır, qonurudur, uzun saçaqlı pulcuqludur. İynəyarpaqları budaqların ucuna toplanandır, yoğundur, genişdir, uzanandır, at yalına bənzər sallanandır, yumşaqdır, 15–35 sm uzunluğundadır, parıldayandır, açıq-yaşılıdır, üçküncdür, bayırdan dərinləşən və tirlidir, qabarıqdır, borular 2 dəstəli, qatran yolları epidermisdədir, hər bir dəstədə 3 ədəd iynə olur, qını 18 mm-dən uzundur, tökülmür, pulcuqları saçaqlıdır. Qozaları tək-təkdir, çox qısa ayaqcıqlıdır və ya oturaqdır, uzunsov-yumurtavarı və ya konusvarıdır, uzanan və ya əyiləndir, 10–20 sm uzunluqda, 6–7 sm enindədir, sarımtıl-qonuru və ya tünd-qəhvəyi rənglidir, uzun müddət açılmır, qalın sıx oduncaqlı pulcuqludur.
Roksburq şamı (Uzunyarpaqlı şam)
Yapon qara şamı
Yapon qara şamı (lat. Larix kaempferi) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü. Xonsyu (Yaponiya) adasının dağ yamaclarında, dəniz səviyyəsindən 1600-2700 m hündürlükdə daşlıqda bitir. Təmiz və qarışıq meşə əkinləri əmələ gətirir. Hündürlüyü 35 m-ə qədər olan tezböyüyən gözəl ağacdır. Uzun, qalın, üfüqi budaqları enli, piramidal çətir əmələ gətirir. Çoxuclu gövdəsi nazik, qırmızı-qonur qabıqla örtülmüşdür. Cavan zoğları qırmızı, göy çöküntülüdür. Budaqlarının qabığı boz, tumurcuqları parlaq, tünd-qonurdur. Göy-yaşıl iynəyarpaqlarının uzunluğu 5 sm-ə qədərdir.
Yunan ağ şamı
Yunan ağ şamı (lat. Abies cephalonica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Vətəni Cənubi Albaniyadır, Yunanıstannın qərb hissəsində də rast gəlinir. Subalp bitkisidir, dəniz səviyyəsindən 800-dən 2000 m hündürlüyə qədər dağlarda bitir. Yaxşı drenajlı, kalsiumlu, bəzən bir az turş torpaqlara üstünlük verir. Hündürlüyü 30-35 m, gövdəsinin diametri 1,5-2 m, sıx, konusvarı, ağacdır. Cavan ağacların qabığı hamar, bozumtul, sonradan çıxıntılıdır. Cavan zoğları çılpaq, hamar, qırmızı və ya açıq-qonur, sonradan boz-qonurdur. Tumurcuqların uzunluğu 5-7 mm, eni 3-5 mm, yumurtavarı-konusvarı, küt və ya ucu biz, qatranlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 1,5-2,5 mm, zoğun ətrafında radius şəklində yerləşir, ucu biz, yuxarı tərəfdən zolaqları iynəyarpaqların yarısına qədər çatdığına görə iynəyarpaqları göyümtül, alt tərəfi iki ağ zolaqlıdır.
Çin qırmızı şamı
Çin qırmızı şamı (lat. Pinus tabuliformis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Ümumi məlumat == Çin qırmızı şamı ağacdır, 25 m-ə qədər hündürlüyə çata bilir, çətiri geniş-dir, yastıdır, dirək gövdəsi çox qısadır, yoğundur (80 sm). Gövdəsinin qabığı tünd-boz rəngli, qırışlı, şırımlıdır, qırmızımtıl lövhəciklərlə qoparaq tökülür. Yoğun budaqların qabığı qırmızıdır, cavan zoğlar zəif narıncı, sarımtıl və ya açıq-bozumtul sarı rənglidir, əvvəlcə qrovla örtülüdür, sonra isə açıq-qəhvəyi çılpaqdır. Tumurcuqları uzunsov, itiuclu, (8–11 mm uzunluğunda), açıq-qəhvəyi rəngli, qatransız və ya zəif qatranlıdır. Pulcuqları sıxdır, qısılmışdır, qatransız və ya az qatranlıdır, ensizdir, kənarlardan saçaqlıdır. İynəyarpaqları düz və ya bir-birindən aralanandır, dəstələrdə əksərən 2, bəzi hallarda isə 2-3 ədəd zoğların ucunda olur, bərkdirlər. İynələrin uuzunluğu 10-15 sm, nazikdir, itidir, kənarı narın dişlidir, əksər hallarda boz-yaşıl, boz-mavi rənglidir, ağızcıq xəttləri hər 2 tərəfdə vardır, boruları 2 dəstəli, qatran kanalı kənarlarda və ya arada (ortada) epidermisdə yerləşir, konusvarıdır, itiucludur. Qını 6 mm uzunluqdadır, tökülmür.
Şahbaz Şamıoğlu
Şamın tili nekropolu
Şаmın tili nеkrоpоlu — yаşаyış yеrinin cənub-şərqində təpənin yаmаcındа yеrləşir. Nеkrоpоlun bir qismi yоl çəkilərkən dаğıdılmışdır. Qəbirlər qərb-şərq istiqаmətindədir. Qəbirlər yаnlаrdа yаstı sаl dаşlаrlа qurulmuşdur. Bаşdаşılаrı аdi qаyа pаrçаlаrındаndır. Nеkrоpоlu təqribən XVIII-XIX əsrlərə аid еtmək оlаr.
Şamın tili yaşayış yeri
Şаmın tili yаşаyış yеri — Aşağı Buzqov kəndinin cənubundа yеrləşir. Yаşаyış yеri dаğ silsiləsinin Cəhriçаyа yеnən şərq yаmаcındа sаlınmışdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı qаlmаqdаdır. Еvlər yаrımqаzmа tipli оlmuşdur. Divаrlаr kiçik həcmli yаstı dаşlаrdаn tikilmiş, giriş divаrın bir tərəfində qоyulmuşdur. Аşkаr оlunаn şirsiz sахsı məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеrini XVIII-XIX əsrlərə аid еtmək оlаr.

Значение слова в других словарях