ŞELF TERRASI

şelfin pilləsi və ya bir neçə pilləli çıxıntısı шельфовая терраса shelf terrace
ŞELF KƏNARI
ŞELFİN QAŞI
OBASTAN VİKİ
Şelf
Şеlf (ing. shelf) – dayaz, matеrikin su ilə basılmış hissələridir. Dünya оkеanının 8%-ə yaхınını tutur. Adətən 200 m dərinliyə qədər оlan sahələr bura aid еdilir. Şеlf aid оlduğu matеrikin rеlyеfinə uyğun, dayaz, zəif mеylli düzənliklərə dеyilir. Dünya оkеaının bu hissəsi еlə bir sahədir ki, gətirmə matеriallarının əsas hissəsi burada tоplanır. Gеоlоji baхımdan şеlf matеriklərə aid еdilən yеr kürəsinin bir hissəsi sayılır. Şelf [ing. shelf – dayazlıq] - okeanologiyada qitənin kənarında yerləşən, dənizlə örtülü vilayət- geniş qitə dayazlığı. Qlobal miqyasda şelf eni sıfırdan 1500 km-dək dəyişir, orta hesabla 78 km təşkil edir.
Sikl terrası
Sikl terrası (rus. цикловая терраса, ing. cyclic terrace) — tektonik hərəkətlərin təsiri nəticəsində çay dərəsinin meyilliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlənməsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Çılpaqdağ terrası
Çılpaqdağ terrası — çılpaqdağ zonaları üçün səciyyəvi olan pilləli relyef forması. Yüksəkliyi 1–3 m-dən bir neçə on metrə çatan dik sıxıntılı sahələr. Bərk süxurlardan təşkil olunmuş dağ yamaclarında meşə sərhəddindən yuxarıda, çılpaqdağ aşınma zonasında və qütb vilayətlərində əmələ gəlir. Dağ süxurlar Dağ Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm. 2012. səh. 53.
Çay terrası
Çay terrası — çay dərələrində geniş yayılmış bu morfoskulpturların elementlərin morfoloji xüsusiyyətləri, sayı, nisbi və mütləq yüksəklikləri, deformasiya və saxlanılma dərəcələri çay hövzəsinin yerləşdiyi sahənin mütləq yüksəkliyindən, dərənin yaşından, relyefin enerjisindən, uzun müddətli, çoxillik və mövsümi iqlim dəyişmələrindən, axımın miqdarından və rejimindən, erozion siklləri müəyyən edən və terrası formalaşdıran tektonik hərəkətlərin xarakterindən və ritmlərin sayından, çayların uzunluqlarından, eroziya bazisinin miqrasiyasından bilavasitə asılıdır. Bu əlaqəni müxtəlif geotektonik rejimli morfostrukturları kəsən çay dərələrində terrasların sayına, struktur quruluşuna, deformasiya dərəcəsinə, ölçülərinə və kəsilişlərdə olan çöküntü komplekslərinin xarakterinə əsasən izah etmək mümkündür. Böyük Qafqazın cənub yamacı çaylarında B. Ə. Budaqov 17 terras səviyyəsi ayırmışdır (cədvəl 1). Baş Qafqaz silsiləsinin cənub yamacının bəzi çay dərələrinin çay terrasları Bu terraslar çayların su səviyyəsindən 0,5–2; 6–8; 10–15; 20–25; 30–35; 40–45; 50–55; 65–70; 75–80; 90–115; 120–125; 135–145; 150–155; 175; 190–200; 210–220; 240–250 metr yüksəkliklərdə yerləşir, lakin bütün çay dərələrində bu terras kompleksləri tam iştirak etmir. Ərazinin intensiv tektonik qalxması və güclü eroziya nəticəsində terras səviyyələrinin bəziləri tamamilə yuyulmuş, bəzi sahələrdə isə onların xırda fraqmentləri saxlanılmışdır. Alçaq və qismən orta səviyyəli terraslar daha yaxşı saxlanılmışdır. Bu terras səviyyələri çay dərələrinin orta və aşağı hissələri üçün xarakterikdir. Şimal-şərq yamacın çay dərələrində (Qusarçay, Qudyalçay, Vəlvələçay, Gilgilçay və s.) əsas terras səviyyələri onların sinklinal strukturları kəsdiyi sahələrdə, geniş sahəli olmaqla yaxşı saxlanılmışdır. D. A. Lilienberq, B. Ə. Budaqov şimal-şərq yamacda, A. A. Mikayılov isə Qusar maili düzənliyində 14–17 terras səviyyəsinin olduğunu göstərir. Bəzi çay terraslarının Xəzər dənizi terrasları ilə uzlaşdırılması onların yaşını xeyli dəqiqləşdirməyə imkan vermişdir.
Şelf buzlağı
Şelf buzlağı- Geniş, tavayaoxşar, qalınlığı 200-250 metr olan, materik buzundan ayrılan və həmin materik şelfində yerləşən nəhəng buz kütləsi . Ən böyük şelf buzlağı Antarktikada Ross şelf buzlağıdır (qalınlığı 200 metr). Şelf buzlağı parçalandıqda ondan stolvari aysberqlər əmələ gəlir.
Ross şelf buzlağı
Ross şelf buzlağı — Antarktidada yerləşın ən iri şelf buzlağıdır.,əsasən Ross ərazisində, Ross dənizi içərilərinə doğru uzanmış, qərbdən Meri Berd Torpağı, şərqdən isə Viktoriya Torpağı ilə əhatələnən buzlaq sahəsidir. Buzlağın sahəsi 487 000 km² təşkil edir. Şimaldan cənuba 850 km, şərqdən qərbə isə 800 km məsafədə izanır. Buzlaq Ceyms Klark Rossun ekspedisiyası zamanı, 1841-ci ilin yanvarında aşkarlanmışdır. Buzlaq gəmilərin sahilə yan almasına imkan vermədiyindən Viktoriyanın buzlaq səddi olaraq adlandırılır. Daha sonra isə açılış edənin şərəfinə Ross sədd buzlağı olaraq adlandlrılır. Buzlağın cənub-şərqinbdə 800 metr dərinlikdə Villans gölü yerləşir. 1831-ci ildə Ceyms Ross Şimal maqnit qütbünü fəth etdikdən sonra bir necə il ərzində Cənub qütbünə dəniz yolunu aşkarlamağa çalışırdı. 1841-ci ilin yanvarında İngiltərənin Erebus və «Terror» gəmisi xüsusi qorucularla Sakit okeandan ayrılan buzlaq səddini keçərək içərilərə daxil olur. Dörd gün burada üzdükdən sonra 11 yanvar tarixində ekspedisiya böyük buzlaq səddini aşkarlayırlar.
Mak-Merdo şelf buzlağı
Mak-Merdo şelf buzlağı — Ross şelf buzlağının tərkib hissəsini təşkil edən, Mak-Merdo boğazı və Ross adasının şimalında yerləşən buzlaq. Aparılan araşdırmalar Ross şelf buzlağının bu hissəsinin tap fərqli xüsusiyyətə malik olduğu göstərmişdir. Bu isə buzlağa müstəqil ad verilməsini mümkün edir. Buzlağı 1962-63-cü illərdə araşdıran A. Heyn buzlağın sərhədləri Ross adasından götürməyi təklif etmişdir. Ancaq Antarktidanın ad məsələləri üzrə kosultasiya komitəsi (US-ACAN) məsələyə baxmış və sərhədin Minndən başlamasını qeydə almışdır.
Üzən-yarı suya salınmış qazma qurğusu-"Şelf" (film, 1982)
Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Üzən-yarı suya salınmış qazma qurğusu — "Şelf" (film, 1982)
Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.