“Şok Terapiya”

iqtisadiyyatın dirçəldilməsinə istiqamətlənmiş, təsərrüfat münasibətlərinin, hadisələrinin ənənəvi gedişini pozan və qiymətlərin qalxması, inflyasiya məşğulluğun azalması və s. kimi mənfi hallarla müşayiət olunan radikal tədbirlər kompleksi.
Şişirdilmiş Qiymət
Şoqun İstiqrazı
OBASTAN VİKİ
Şok
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqaladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla muahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir aldır. Şok halı ilk dəfə Hippokrat tərəfindən təsvir edilmişdir. Termin kimi isə şok ifadəsi 1731-ci ildə fransız cərrahı Henri Francosi Le Dran tərəfindən işlədilmişdir. XIX əsrin sonlarından etibarən şokun yaranma mexanizmi — patogenezi haqqında mülahizələr meydana çıxmışdır: damarları innervasiya edən sinirlərin iflici; vazomator mərkəzin süstləşməsi; sinir pozğunluğu; toksemiya; daxili sekresiya vəzilərinin funksiyalarının pozulması; dövr edən qanın miqdarının azalması; damar keçiriciliyi pozğunluğu, kapilyar stazı. Sel Hansın stress nəzəriyyəsinə əsasən həddən ziyadə qıcıq təsiri orqanizmdə spesifik və qeyri spesifik reaksiyaların inkişafına səbəb olur. Spesifik reaksiyalar qıcığın xarakterindən asılıdır. Qeyri spesifik reaksiyalar qıcığın təsir qüvvəsindən asılıdır. Qeyri spesifik reaksiya ümumi adaptasiya sindromu kimi də adlandırılır. Bu üç mərhələdə cərəyan edir: səfərbərlik mərhələsi (həyəcan), ilk zədələnməyə qarşı reaksiya; müqavimət mərhələsi, qoruyucu mexanizmlərin həddsiz gərilməsi ilə xarakterizə olunur; tükənmə mərhələsi, adaptasiya mexanizmlərin pozulması ilə təzhür edir.
Art terapiya
Art terapiya — Art terapiya və ya sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. Diqqətlə baxıldığında təsviri sənət ilə psixoterapiya arasında bir bənzərlik vardır əslində. Hər ikisi də daxilə atılmış hisslərin, yaşantıların və ya gerçək dünyadakı xəyal qırıqlıqlarının, qorxuların, insanlararası münasibətlərin kəşf edilərək ortaya çıxarılması və yenidən şəkilləndirilməsi prosesidir. Art terapiya sözün bitdiyi, yetərsiz qaldığı yerdə başlayır, insanları fərqli yöndən dəyişdirir, öz imkanlarının fərqinə vardırıb, sağaldır. İlk dəfə 1950-ci illərdə ortaya çıxan bu üsul son zamanlar dünyada getdikcə yayılmaqdadır. Təsviri sənətin bir terapiya kimi ortaya çıxmasının hekayəsi olduqca maraqlıdır. Amerikalı psixoloqlar çox qədim zamanlarda insanların mağaralarda daşlar, qayalar üzərində çəkdikləri rəsmləri analiz etmişlər. Psixoloqların diqqətini çəkən şey hələ sözün bir ünsiyyət vasitəsi kimi istifadə olunmadığı vaxtlarda, bu insanların müxtəlif qətliamları, köçləri, günlük hadisələri rəssamlıq yolu ilə ifadə etmələri olmuşdur. Baharın gəlişini niyə bayram etdikləri, niyə daima rituallar həyata keçidikləri, niyə hər bir ayinə xas müxtəlif rəqslərin olduğu da onların geniş müzakirə və tədqiqat hədəfinə çevrilmişdir.
Elektrokonvulsiv terapiya
Elektrokonvulsiv terapiya — baş beyinə elektrik cərəyanın təsiri zamanı süni qıcolmaların törədilməsidir. Depressiyalar zamanı bu müalicəyə göstərişlərə xəstənin somatik vəziyyətini pisləşdirən (qidadan imtina) yüksək intihar təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir. ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi, mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır.
Target terapiya
Target terapiya (ing. Targeted therapy) – target hədəf deməkdir. İmmunterapiyanın bir növü olub, ənənəvi kimyaterapiyadan fərqli olaraq konkret şiş toxumalarına təsir edir. Növlərinə: monoklonal antitellər, kiçik molekullu preparatlar, angiogenezin inhibitorları aiddir.
Anafilaktik şok
Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması nəticəsində əmələ gəlir. Anafilaktik şok, əksərən allergik xəstəliklərdən əziyyət çəkən şəxslərdə inkişaf edir. Atopik xəstəlikləri olan şəxslərdə anafilaktik şokun inkişaf etmə tezliyi daha yüksəkdir. Anafilaktik şok hospitalizə olunmuş 3000 xəstədən 1-də qeydə alınır. Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır. İnsekt (arı sancması) anafilaksiyası səbəbindən ölüm göstəricisi 1 000 000 əhaliyə 0,4-2 hadisə təşkil edir.
Kardiogen şok
Kardiogen şok ürəyin nasos funksiyasının kəskin çatmamazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası zamanı) meydana çıxan kəskin qan dövranı pozğunluğu. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilinir. Reanimasion tədbirlərsiz kardiogen şok beyin ölümü ilə nəticələnir. Kardion şokun təsadüflərinin 80%-i xüsusən sənaye ölkələrində, miokard infarktının və ürək ritm pozğunluqlarının payına, ağciyər patologiyalarının payına 4%-i, beyin patologiyalarının (insultların) payına 2%-i, ağciyər emboliyası və digər patologiyaların (travmalar(3 %), boğulmalar(2 %), zəhərlənmələr(2 %) və tok vurma hallarının) payına 9%-i düşür. Ürəyin nasos funksiyasının pozulmasına gətirib çıxaran hallar: Mədəciklərin fibrilyasiyası – ürək əzələsinin yığılma qabiliyyəti ürək əzələ liflərinin kordinasiyasız, asinxron, xaotik işi nəticəsində pozulmuş olur. Nəbz defisitli mədəcik taxikardiyası – ürək döyüntülərinin sayı çox olduğundan diastola fazasının müddəti çox qısalmış olması diastolik və müvafiq olaraq sistolik həcmi azaltmış olur. Nəticədə qovulmuş qanın azlığı nəbzin dolğunluğunu təmin edə bilmir. Ürəyin elektro-mexaniki dissosasiyası (EMD) və ya nəbzsiz elektrik aktivlik – ürəyin elektrik aktivliyi mexaniki aktivliklə tamamlanmır ya cavablanmır. Asistoliya – elektrik və mexaniki ürək aksiyasının tamam dayanmasıdır. İki əsas əlamət: 1)hipotenziya; 2)hipoperfuziya həkimə kardiogen şok diaqnozu qoymağa əsas verə bilər.
Mədəni şok
Mədəniyyət şoku (ing. Culture shock) — insanın bir sosial mühitdən digərinə keçdikdə insanın heç vaxt tanış olmadığı şəraitə görə hiss etdiyi narahatlıqdır. 4 fazası var: Bal ayı fazası Razılaşmağa çalışma fazası Öyrəşmə fazası Ustalıq fazası Mədəni şoku yaradan ümumi problemlər: informasiya artıqlığı, dil barieri, toplumlararası uçurumlar, informasiya uçurumları, müəyyən sferadakı asılılıqlar, öz mədəniyyətinə çox bağlılıq və buna bənzər hallar. Şəxslər müxtəlif cəmiyyətlərdə mədəni şoku özlərinəməxsus yaşadıqları üçün, bu vəziyyətdən yayınmağın konkret bir həlli mövcud deyildir. Mədəniyyət şokunda olan insanların sonrakı fəaliyyətlərini 3 hissəyə bölmək olar: İnteqrasiya oluna bilməyənlər xarici ölkədə öz millətlərindən olanları axtarır və cəmiyyətə uyğunlaşmaqdan imtina edirlər. Assimilyasiyaya məruz qalanlar öz ölkələrinin adət-ənənələrini unudur və yeni gəldikləri ölkəyə 100% adaptasiya olurlar. Üçüncü qrup insanlar isə həm yeni ölkəyə adaptasiya olur, həm də vətənlərini unutmurlar. Belə insanlara kosmopolit deyilir. Mədəniyyət şokunun ən qəribə forması uzun müddət vətəndən kənarda yaşayan insanların geri qayıtdıqdan sonra öz doğma ölkələrində hiss etdikləri mədəniyyət şokudur. Balayı Bu mərhələ ərzində, köhnə və yeni mədəniyyətlər arasındakı fərqliliklər şəxsə yüngül, asan görünür.
Travmatik şok
Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir. Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqanizmin sinir–reflektor reaksiyasıdır. Şok zamanı əsas həyat fəaliyyəti olan üzvlər: qan hərəkəti, tənəffüs, maddələr mübadiləsi pozulur. Lakin əsas yeri sinir sisteminin fəaliyyətinin pozulması tutur. Şok ağır zədələnmələrdə, geniş sahəli yanıqlarda, uyğun olmayan qanı köçürən zaman baş verir.
Septik şok
Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şok qarının boşluqlu orqanlarının zədələnməsi nəticəsində adətən ilk 24 saat ərzində baş verir. Gec septik şok isə travmatik zədələnmənin törətdiyi infeksiyon ağırlaşmalara bağlı olaraq 24 saatdan sonra (ən çox 3–5-ci günlər) meydana gəlir. Peritonit, pankreatit, yanıq, anaerob fleqmonalar, kəskin bağırsaq keçməzliyi, kəskin qaraciyər yetməzliyi, müsariqə trombozu septik şşokun ən çox rast gələn səbəbləridir. Septik şok 2 şəkildə – hipodinamik və hiperdinamik şəkildə ola bilər. Hipodinamik şok hemorragik şok əlamətləri şəklində (taxikardiya, soyuq dəri, sidiyin azalması) büruzə verir.
Şok (iqtisadiyyat)
Şok (iqtisadiyyat) — iqtisadiyyatın özündə müsbət və ya mənfi dəyişikliklərə səbəb olan xarici hadisə. Hadisənin şok olub-olmaması iqtisadi hadisəni izah etmək üçün istifadə olunan modeldən asılıdır. Tipik olaraq, şoklar modelin özündə nəzərə alınmayan və onunla izah edilməyən xarici hadisələrdir. Sarsıntıların mənbəyi həm iqtisadi agentlərin hərəkətləri, həm də dövlət siyasəti ola bilər. Şok modelin ekzogen və endogen dəyişənlərinə və ya onun parametrlərinə təsir göstərə bilər. Şok iqtisadiyyatın tarazlıqdan çıxmasına və ya sabit vəziyyətdən çıxmasına səbəb olur. Şokun nəticələri köhnə vəziyyətə qayıtmaq və ya yeni tarazlığa və ya stasionar vəziyyətə keçid şəklində müşahidə olunur. Statik modellərdə təsirlər müqayisəli statikadan istifadə etməklə təhlil edilir. Dinamik modellər analiz üçün impuls cavab funksiyalarından istifadə edir. İqtisadi modellər bəzi stasionar vəziyyəti və ya tarazlıq vəziyyətini təkrarlayır.
Şok qumbarası
Çaxnaşma, ildırım çaxması və ya səs bombası kimi də tanınan heyrətləndirici qumbara düşmənin hisslərini müvəqqəti olaraq yönünü dəyişmək vəya diqqətini yayındırmaq üçün istifadə edilən daha az öldürücü partlayıcı qurğudur . Partlayış zamanı heyrətləndirici qumbara göz qamaşdıran işıq parıltısı və son dərəcə yüksək səsli bir "bang" yaradır. Onlar tez-tez düşmənləri çaşdırmaq və ya diqqətini yayındırmaq üçün yaxın döyüşlərdə, qapıların arxasından və iğtişaşlara nəzarətdə-də istifadə olunur. Şok qumbaraları ilk dəfə 1970-ci illərin sonlarında Britaniya Ordusu Xüsusi Hava Xidmətinin antiterror qanadı tərəfindən istifadə edilmişdir və o vaxtdan bəri bütün dünyada polis və hərbi qüvvələr tərəfindən geniş istifadə olunur. Daha az öldürücü təbiətinə baxmayaraq, heyrətləndirici qumbaralar hələ də zərər verə bilir və yaxınlıqda partlayan zaman yaralaya və ya öldürə bilər. Onlar həmçinin yanğınlar törətməyə qadirdirlər. Heyrətləndirici qumbaralar təqribən 7 meqakandela (Mcd) və 170 desibeldən (dB) çox yüksək səsli "partlayış" yaratmaq üçün nəzərdə tutulmuşdur. Flaş gözün bütün fotoreseptor hüceyrələrini müvəqqəti olaraq aktivləşdirir və onu təxminən beş saniyə ərzində kor edir. Bundan sonra qurbanlar görmə qabiliyyətini zəiflədən bir görüntü hiss edirlər. Partlamanın həcmi də qurbanda müvəqqəti karlığa səbəb olur və qulağın içindəki mayeni narahat edir, tarazlığın itirilməsinə səbəb olur.
Kiniç-Eb-Şok
Kiniç-Eb-Şok (tərcüməsi «Yandıran köpək balığı») (292-ci il — IV əsr başlanğıcı) — Qədim Mayya sivilizasiyasında Mutul çarlığının hökmdarı (paytaxtı Tikal şəhəri).
Terapiya Otağı (film, 2022)
Terapiya Otağı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Film bir terapiya otağında baş verən cinayətin araşdırılmasından bəhs edir. Ssenari və rejissorunun müəllifi olan Zaur Tahirsoy, filmi Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirib. Layihə Postmodern Aktyorluq Məktəbinin ilk bədii filmi hesab olunur. Filmdə paranormal sujet xətti ilə yanaşı aktyor oyununa üstünlük verilib. Terapiya otağında 5 psixoloji problemi olan pasientin psixiatrı qətlə yetirilir. Qətlə yetirilən Səmanın ölümündə qrup terapiyasında olan pasiyentləri bir nömrəli şübhəlilərdir. Amma cinayət psixoloqu olan Səmanın əri də pataloji qısqanclığa görə şübhəlilər sırasındadır. Hadisəni araşdıran Səmanın qrup yoldaşı Oktay da cinayət psixoloqudur. Səmanı sevdiyi üçün o da şübhəlilərdən hüsab edilir.
Şok və titrəyiş (doktrina)
Şok və titrəyiş (ing. Shock and awe) — “cəld üstünlüyə nail olmaq” konsepsiyasına əsaslanan hərbi doktrina. ABŞ ordusu tərəfindən İraqdakı kampaniya zamanı istifadə edilmişdir. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanmışdı. Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də “geniş mənada oradakı cəmiyyətdir”. Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: Amerika tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi. Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq.