Şrift

1) müxtəlif ölçü və biçimdə olan mətbəə hərfləri; 2) yazının əlifba sistemi işarələrinin (hərflərinin) qrafik forması; 3) eyni cizgili və ölçülü, eyni qarniturlu şrift nişanlarının tam toplusudur; 4) yazının müəyyən əlifba sistemi, hərfləri, işarələri, ədədləri ilə göstərmək üçün liter komplekti; 5) yığılmaq üçün işarələrin mətbəə komplekti.
Şöbə
Ştamp
OBASTAN VİKİ
Şrift
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Daxili şrift
Daxili şrift ( ing. internal font ~ ru. встроенный шрифт ~ tr. iç yazıtipi) – printerin özündə olan və onun daimi yaddaşında (READ-ONLY MEMORY, ROM) saxlanılan və buna görə də printeri söndürdükdə “itməyən” şrift. Printerlərin əksəriyyəti başqa yardımçı şriftlərlə də işləyə bildiklərindən, daxili şrift anlayışı yalnız verilmiş printer üçün həmişə “əlçatan” olan şriftlərə aid edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çıxıntısız şrift
Çıxıntısız şrift (ing. sans-serif, rus. рубленный шрифт) — simvollarının aşağı, yaxud yuxarı uclarında qısa ştrixləri, yaxud naxışları olmayan şrift. Çıxıntısız şrift, adətən, çıxıntılı şriftə nisbətən daha düz həndəsi xarici görünüşə, eləcə də qalın və nazik cizgiləri arasında daha az kontrastlığa malık olur. Çıxıntısız şriftlərdən, adətən, adi mətndə deyil, başlıqlarda istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 744 s.
Arazın o tayında ərəb şriftidir (film, 1945)
Arazın o tayında ərəb şriftidir qısametrajlı sənədli 1945-ci ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. Kinolent Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Ekran Şrifti
Ekran şrifti (screen font,экранный шрифт)-xüsusi olaraq kompüterin ekranında əks olunmaq üçün hazırlanmış şrift ölçüsü (keql). Macintosh kompüterlərində ekran şriftləri rastrlıdır (PIXEL-BY-PIXEL DESIGNS), onlar həm ekranda əks olunmaq, həm də printerdə çap olunmaq üçün istifadə olunur. Çox zaman ekran şriftinin PostScript-uyumlu printerdə çap olunmaq üçün uyğun PostScript şrifti olur. Şriftlər müxtəlif meyarlara görə təsnif edilir. Əvvəla, bu, qrafik əsasdır. Şrift simvolları Klassik/Standart, Dar, Geniş, Əlavə Geniş və Əlavə Dar ola bilər. Doldurma ştrixlərinin xarakteri həm də şriftin vizuallaşdırılmasını dəyişir. Adi, konturlu, rəngli, eversion, lyuklu ola bilər. Serif. Xarakterik xüsusiyyətlər seriflər və simvolun yuxarı hissəsində kəsikli çıxıntıdır.

Digər lüğətlərdə