şva
şvablar
OBASTAN VİKİ
Klaus Şvab
Klaus Martin Şvab (30 mart 1938, Ravensburq[d]) — alman mühəndis, iqtisadçı və Dünya İqtisadi Forumunun (DİF) yaradıcısıdır. O, 1971-ci ildə təşkilatı yaradandan bəri DİF-in sədri kimi fəaliyyət göstərir. == Həyatı və təhsili == Klaus Martin Şvab 30 mart 1938-ci ildə Ravensburqda ing. Eugen Wilhelm Schwab və Erika Epprecht ailəsində anadan olub. Üçüncü Reyx dövründə onun valideynləri İsveçrədən Almaniyaya köçmüşdü. Şvabın ailəsinə Gestapo nəzarət edirdi, Atası lüteran olsa da, Şvab katolik olaraq böyüyüb. 1961-ci ildə Sürixdə İsveçrə Federal Texnologiya İnstitutunda mühəndis-mexanik məzunu oldu və bu institut ona Der längerfristige Exportkredit als betriebswirtschaftliches Problem des Maschinenbaues adlı mühəndislik üzrə doktorluq dərəcəsi verdi. (Maşınqayırmada biznes problemi kimi daha uzunmüddətli ixrac krediti). O, həmçinin Friborq Universitetində iqtisadiyyat üzrə doktorluq, və Harvard Universitetində Dövlət İdarəçiliyi üzrə Magistr dərəcəsinə layiq görülüb. Harvardda oxuyarkən Şvab keçmiş Milli Təhlükəsizlik müşaviri və Dövlət Katibi Henri Kissinceri özünə mentor olaraq tapdı.
Yeni Şvabiya
Yeni Şvabiya (almanca:Schwabenland və ya Neuschwabenland) - Antarktidada 20 dərəcə şərq uzunluğunda və 10 dərəcə qərb uzunluğunda yerləşən ərazidir. 19 yanvar 1939 və 8 may 1945-ci illərdə Üçüncü Reyxin tərkibində olub. Bu əraziyə 1938-ci ildən etibarən Norveç də sahib olmaq istəyir. Yeni Şvabiya ərazisinə ilk dəfə almanlar səyahət etmişlər (1901-1903, 1911-1912). == Mənbə == Summerhayes C., Beeching P. Hitler’s Antarctic Base: the Myth and the Reality Arxivləşdirilib 2011-11-18 at the Wayback Machine (ing.) // Polar Record. 43 (224). 1-21. (2007).
Şvabax
Şvabax (alm. Schwabach‎) — Almaniyanın Bavariya torpağında şəhər. Nürnberq yaxınlığında yerləşən şəhərin əhalisi 40 minə yaxın, sahəsi 40,71 km²-dir. == Tarixi == Şəhər XIX əsrin sonlarında iri tikiş ləvazimatları mərkəzi kimi seçilirdi. Həmçinin, qızıl, gümüş, mis və dəmir simlərin, sabun, şam və saxsı qabların istehsalı ilə məşhur idi. XIX əsr bəstəkarı Adolf Genzelt və XV–XVI əsrlər alman heykəltəraşı Adam Kraft burada doğulmuşlar. Şvabax, həmçinin Adolf Hitlerin buranın fəxri vətəndaşı olması ilə tanınır. XV əsrin sonu XVI əsrin əvvəllərinədək Almaniyada geniş istifadə edilən şrift növü olan "Şvabaxer" öz adını Şvabax şəhərinin adından almışdır.
Şvabiya
Şvabiya (alm. Schwaben‎, bav. Schwobm) — Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri. Auqsburq şəhəri Şvabiyanın inzibati mərkəzidir. Bavariyanın cənub-qərb hissəsində yerləşir və Avstriya, İsveçrə, Baden-Vürtemberq torpaqları ilə, habelə Bavariya hökumət dairələri olan Yuxarı Bavariya və Mərkəzi Frankoniya ilə həmsərhəddir. 31 dekabr 2015-ci il tarixinin məlumatlarına görə: ərazi — 999 335,75 ha; əhali — 1 846 020 nəfər; əhalinin sıxlığı — 184,72 nəfər / km2; daxili sular nəzərə alınmaqla torpaq təchizatı — 5413,46 m2 / nəfər.
Şvabiya (dairə)
Şvabiya (alm. Schwaben‎, bav. Schwobm) — Bavariya vilayətinin yeddi inzibati dairəsindən biri. Auqsburq şəhəri Şvabiyanın inzibati mərkəzidir. Bavariyanın cənub-qərb hissəsində yerləşir və Avstriya, İsveçrə, Baden-Vürtemberq torpaqları ilə, habelə Bavariya hökumət dairələri olan Yuxarı Bavariya və Mərkəzi Frankoniya ilə həmsərhəddir. 31 dekabr 2015-ci il tarixinin məlumatlarına görə: ərazi — 999 335,75 ha; əhali — 1 846 020 nəfər; əhalinin sıxlığı — 184,72 nəfər / km2; daxili sular nəzərə alınmaqla torpaq təchizatı — 5413,46 m2 / nəfər.
Frank Şvabe
Frank Şvabe (12 noyabr 1970-ci ildə anadan olub) 2005-ci ildən Şimali Reyn-Vestfaliya əyalətindən Bundestaqın üzvü seçilmiş Sosial Demokrat Partiyasının alman əsilli siyasətçisidir. Parlament işinə əlavə olaraq, Şvabe 2022-ci ildən kansler Olaf Şolts hökumətində İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyində Qlobal Dini Etiqad Azadlığı üzrə hakim vəzifəsində çalışır. == Siyasi karyerası == Şvabe ilk dəfə 2005-ci ildə Almaniya federal seçkilərindən sonra 1-ci Recklinghausen bölgəsini təmsil edərək Bundestaqın üzvü oldu. Parlamentdə Şvabe ilk dəfə 2005-ci ildən 2021-ci ilə qədər Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsində çalışıb. O, İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin (2014-cü ildən), Xarici Əlaqələr Komitəsinin (2021-ci ildən) və Beynəlxalq İqlim və Enerji Siyasəti üzrə Alt Komitənin (2022-ci ildən) üzvüdür. Hazırda parlament qrupunun insan hüquqları və humanitar yardım üzrə sözçüsü vəzifəsində çalışır. Sosial Demokrat Partiyasının parlament qrupunda Şvabe solçu hərəkata aid olunur. Komitə tapşırıqlarına əlavə olaraq, Şvabe 2014-cü ildən Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür. Assambleyada işlədiyi komitələr: Siyasi Məsələlər və Demokratiya Komitəsi; Avropa Şurasının Üzv Dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Komitə (Monitorinq Komitəsi); Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsi; Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi; Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitə. 2018-ci ildə Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədri seçilib.