ƏTİRŞAH

I
сущ. бот. герань (травянистое растение сем гераниевых). Meşə ətirşahı лесная герань, bataqlıq ətirşahı болотная герань
II
прил. гераневый, гераниевый. Ətirşah yarpağı гераниевый лист, ətirşah yağı гераниевое масло
ƏTİRSÜNBÜL
ƏTİRŞAHKİMİLƏR
OBASTAN VİKİ
Ətirşah
Ətirşah (lat. Geranium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda əsasən bəzək bitkisi kimi becərilir. Avropaya XVII əsrdə gətirilib. Vətəni Cənubi Afrikadır. Dünyada 400-dən çox növü məlumdur. Bu növlər arasında xoşətirli "pelarqonium rozeum" növü diqqəti cəlb edir. Buna xalq arasında ətirşah deyilir. == Sinonimləri == === Heterotipik sinonimləri === Geranion St.-Lag. Geraniopsis Chrtek Neurophyllodes (A.Gray) O.Deg.
Adi ətirşah
Düzləçəkli ətirşah
Düzləçəkli ətirşah (lat. Geranium platypetalum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3-ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5-7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18-20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür.
Qırmızı ətirşah
Qırmızı ətirşah (lat. Geranium sanguineum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
İrikökümsov ətirşah
İrikökümsov ətirşah (lat. Geranium macrorrhizum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Robertium macrorrhizum (L.) Picard === Heterotipik sinonimləri === Geranium balkanum N.Taylor Geranium lugubre Salisb. Geranium macrorrhizum var. parnassicum Stoj.
Erkəkciyi tükcüklü ətirşah
Daur ətirşahı
Daur ətirşahı (lat. Geranium dahuricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
Meşə ətirşahı
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == Böyük Qafqazın qərb və şərq hissəsi, Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Robert ətirşahı
Robert ətirşahı (lat. Geranium robertianum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geranium robertianum subsp. eurobertianum Briq.
Sibir ətirşahı
Sibir ətirşahı (lat. Geranium sibiricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geranium sibiricum subsp.
Uilford ətirşahı
Uilford ətirşahı (lat. Geranium wilfordii) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
Ətirşahkimilər
Ətirşahkimilər (lat. Geraniaceae) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Ətirşahçiçəklilər
Ətirşahçiçəklilər (lat. Geraniales) — bitkilər aləminə aid bitki dəstəsi. == Ümumi məlumat == Çəhrayı şamdangülü – Pelargonium zonale (L.) L′Her. ex Ait. Ətirşah fəsiləsinə 8–12 cins və 750-yə qədər növ daxildir. Fəsiləyə aid olan növlər əsasən Yer kürəsinin mülayim iqlim zonalarında yayılıb ot, kolcuq və kol bitkiləri hesab edilirlər. Fəsilənin qiymətli cinslərindən biri də şamdangülü – Pelargonium L′Her. ex Ait.-dur. Bu cins 250-ə qədər növü əhatə edib, əsasən Cənubi Afrika ərazisində yayılmışdır. Azərbaycanda isə şamdangülünün ancaq otaq şəraitində mədəni halda becərilən növ və hibridlərinə təsadüf edilir.

Digər lüğətlərdə