Əhməd biqəm

one doesn’t give a hoot in hell / it’s all the same to someone птица небесная / море по колено / всё трын-трава
əhlikef
əhsən!
OBASTAN VİKİ
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Ər — Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Şah Əhməd Əhməd Əhmədov Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.
Dilqəm Əhməd
Dilqəm Əhməd (3 dekabr 1985, İrəvan) — azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı. 2019-cu il mayın 27-də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb. Dilqəm Əhməd 1985-ci il dekabrın 3-də İrəvan şəhərində anadan olub. 1988-ci ildə ailəsi İrəvandan deportasiya edilib və onlar Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhərİNDƏ 33 saylı orta məktəbdə ibtidai təhsil almağa başlayıb. 1999-cu ildən təhsilini Bakı şəhəri 246 saylı məktəb-liseydə davam etdirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsində politologiya ixtisası üzrə bakalavr təhsili alıb. “Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” mövzusunda elmi iş yazaraq, universiteti fərqlənmə diplomu ilə bitirib. 2007–2008-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2008-2010-cu illərdə Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə magistr təhsili alıb.
Faiq Əhməd
Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not” adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində də Azərbaycanı təmsil etmişdir. Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Günay Əhməd
Günay Əhməd — Azərbaycanın teatr və kino aktrisası. Gunay Əhməd 1985-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə daha sonra 1992-ci ildə Bakı şəhərinə köçürlər. 1992-ci ildə "Karate Do" daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənir. 2002–2005-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissor" fakültəsində təhsil alır.2005–2006-cı illərdə Cabir Novruz Fondunun nəznində "CNF production"da prodüser kimi çalışıb. Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilir.2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edir. İlk çəkildiyi serial "Sirr"serialı olur. 2014-cü ildə xalq artisti Pərviz Məmmədrzayevin köməyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəznində yaranan studiyada fəaliyyət göstərib. 2015-ci ildə xalq artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr"in üzvü olur. Hazırda "M-Teatr" ilə yanaşı seriallarda ve filmlərdə çəkilir.
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
III Əhməd
III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673, Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası – 1 iyul 1736, Topqapı sarayı, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır. 31 dekabr 1673-cü ildə bazar günü indiki Bolqarıstan sərhəddində yerləşən Hacıoğlubazarı qəsəbəsində dünyaya gəlmişdir. Atası Sultan Mehmed, anası isə Gülnuş Sultandır. Xanımı Gülnuş Sultanı düşkünlüyü səbəbilə özüylə səfərə aparan Sultan Mehmed o qışı yeni doğulan oğluyla birlikdə burada keçirdi. Səfər şərtləri səbəbilə uzun müddət atasıyla birlikdə ordugahları dolaşan Şahzadə Əhməd 1674-cü ilin noyabrında Ədirnə sarayına gətirildi. 26 may 1675-ci ildə başlayan və 14 gün davam edən möhtəşəm mərasimlə Ədirnə sarayında qardaşı Şahzadə Mustafayla birlikdə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1678-ci ildə Çehrin səfəri və 1683-cü ildə İkinci Vyana mühasirəsinə yollanan ordunu atasıyla birlikdə müəyyən yerə qədər müşayiət etdi. İlk təhsilinə 9 avqust 1679-cu ildə keçirilən saray mərasimiylə başlayan Şahzadə Əhməd öncə sultan şeyxi Vani Mehmed Əfəndidən, daha sonra Seyid Feyzullah Əfəndidən dərslər aldı.
II Əhməd
II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643, Konstantinopol – 6 fevral 1695, Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi. Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi.
I Əhməd
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], Konstantinopol, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Ləzgi Əhməd
Ləzgi Əhməd — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Quruş kəndində anadan olub. Ləzgi Əhmədin poeziyası çoxşaxəlidir. Onun "Nəmümkündür" şeiri aşıq poeziyasına aiddir. Orada lirik qəhrəman sevgilinin onun yanına getməməsindən və onunla uzun müddət danışmaq mümkün olmadığından şikayətlənir. Ancaq nə sevgilinin yoxluğu, nə də soyuqluğu onu ümidsizliyə, kədərə sövq etmir. Əsər lirik qəhrəmanın ona qarşı ironik, oynaq münasibətindən ibarətdir: Bir tərlana tor qurmuşam, Tora gəlmir, nəmümkündür. Bərəsində mən durmuşam, Bura gəlmir, nəmümkündür. Köksünü bənzətdim qara, Məmələri xırda nara, Bir sözüm var nazlı yara, Demək olmur, nəmümkündür. Əhməd deyər: zalım qızı, Gah ağ geyir gah qırmızı.
Mail Əhməd
Mikayıl Əhməd
Molla Əhməd
Kəndlər
Muxtar Əhməd
Muxtar Əhməd (Tam adı: Muxtar İsmayıl oğlu Əhmədov; d. 1 noyabr 1948, Puşkin rayonu, Azərbaycan SSR) — şair, publisist, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1948-ci ilin noyabrın 1-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. Burada 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1966-cı ildə rayon Partiya Komitəsində texniki katib vəzifəsində işləyir. 1967-69-cu illər hərbi xidmətdə olan Muxtar Əhməd 1970-75-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi təhsil almış, eyni zamanda rayon mədəniyyət evində "Qırmızı Çadır"a müdir təyin olunur. 1970-73-cü illər mədəniyyət evinin metodisti olan şair 1973-83-ci illər ərazində həm də Biləsuvarın Zəhmətabad kənd orta məktəbində və 2 saylı şəhər orta məktəbində müəllim, 1983-1994-cü illər isə 4 saylı şəhər orta məktəbində tədris işləri üzrə direktor müavini olmuşdur. Həmçinin Muxtar bəy 1995-2003-cü illər Biləsuvar rayon təhsil şöbəsində Filmoteka üzrə müdir, inspektor işləmişdir. Muxtar Əhməd 2003-2005-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin orqanı - "Məhsul" qəzetinin baş redaktorunun müavini 2005-ci ildən "Region-press" qəzetinin baş redaktoru, 1999-2009-cu illər arasında isə "Biləsuvar töhfələri" ədəbi ictimai birliyinin sədri olmuşdur. Hazırda "Məhsul" qəzetinin baç redaktoru olan şair Azərbaycan Yazıçılar Birliyinin Aran şöbəsi üzrə əlaqələndiricisidir. Respublika Kitabsevərlər Cəmiyyətinin medalına layiq görülmüş Muxtar bəy ədəbi fəaliyyətə tələbəlikn illərində başlamışdır.
Məhəmməd Əhməd
Sudanlı Mehdi, əsl adı Məhəmməd Əhməd İbnüs Seyyid Abdullah (12 avqust 1844[…] – 22 iyun 1885[…], Xartum) — Qırmızı dənizdən Orta Afrikaya qədər uzanan böyük bir İslam dövlətinin və bir əsr boyunca Sudanda təsirini qoruyan Mehdilik hərəkətinin qurucusu. 1881-ci ildə mehdiliyini elan edərək Misir və İngilis müstəmləkə qüvvələrinə qarşı üsyan etmişdir. Günümüzdə hələ də izləyiciləri vardır. Atası, Nubiyanın Donqola bölgəsində gəmi yapımı işində çalışırdı; Məhəmməd doğulduqdan sonra Xartum yaxınlarındakı Kərari kəndinə daşındılar. Kiçik yaşda dinlə ilgilənən Məhəmməd əgəmən İslami görüşü mənimsəmədi. Qahirədəki Əl-Əzhər Universiteti kimi qurumlarda təhsil alıb, rəsmi hiyərarşi içində görəv almaq yerinə Sudanda qalarak təsəvvüfə yönəldi. Səmmaniyə təriqətinə qatıldı və hakim sinifdən bilinçli olaraq uzaq durdu. Bütün Sudanlı bir dinsəl çevrədə yetişərək gənc yaşda ətrafında çox sayda mürid topladı. 1870-ci ildə müridləriylə, Xartumun 280 km günəyində Ağ Nildəki Əbba adasında bir təkkəyə çəkildi. Dinsəl inanclarına çoşqulu bağlılığı və uzlaşmaz tövrü dünyəvi olmaqla tənqid etdiyi şeyxi ilə çatışmasına yol açdı.
Məlahət Əhməd
Məlahət Əhmədova (13 aprel 1972) — Azərbaycan aktrisası. Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinə qəbul olunub , ustad Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil alıb.1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bu kimi rollar oynayıb: 1. B.Appayev "Gözəllri necə qaçırırlar" -- Sveta 2. S.Bekket "Addım səsləri" -- Mey 3. F.Mustafa "Ağıllı adam" -- Həkim 4. M.F.Axundov "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduküni-məşhur" -- Şərəfnisə 5. N.Hikmət "Bayramın birinci günü" -- Aytən 6. C.Cabbarlı "Aydın" --Böyükxanım 7.
Nazim Əhməd
Nazim Əhmədov (d.27 may, 1958) — aranjimançı, sintezator ifaçısı. Nazim Əhmədov 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Tanınmış aranjimançılarındandır. Müxtəlif illərdə Azərbaycan Konsert Birliyində "Bakının işıqları" və başqa musiqi kollektivlərində çalışmışdır. Sonuncu çalışdığı kollektiv məşhur "Aşıqlar" qrupu olmuşdur. Nazim qrupun aranjimançısı və sintezator ifaçısı olmuşdur. 2005-ci ildə bəstəkar Eldar Mansurovun "Bəhramnamə" proyektində qrupun musiqi rəhbəri olmuşdur.
Qədiməli Əhməd
Ramil Əhməd
Sadiq Əhməd
Sadiq Əhməd (türk. Sadık Ahmet, 7 yanvar 1947, Komotini – 24 iyul 1995, Komotini) — türk əsilli professor, həkim, siyasətçi, Dostluq, Bərabərlik və Sülh Partiyasının qurucusu. Sadiq Əhməd 1947-ci ildə Komotinin Sikəli kəndində anadan olmuşdur. İbtidai məktəbi burada bitirdikdən sonra orta təhsilini Cəlal Bayar Liseyində tamamlamışdır. Daha sonra Ankara Universitetinin Tip fakültəsinə daxil olan Sadiq Əhməd 1966–1967-ci illərdə burada oxuduqdan sonra Saloniki Univeristetinin Tip fakültəsinə qəbul olmuşdur. Sadiq Əhməd 1974-cü ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. O, 1978-ci ildə Qərbi Frakiyaya qayıdaraq cərrah ixtisasına yiyələnmək üçün çalışmış və nəticədə 1984-cü ildə cərrah adını qazanmağa nail olmuşdur. Sadiq Əhməd 1984-cü ildə mənsubu olduğu Qərbi Frakiya türklərinin problemləri ilə maraqlanmağa başladı. 1985-ci ildə Qərbi Frakiya türklərinin problemlərini beynəlxalq ictimaiyyətə çatdırılması üçün imza toplamağa başlamış və bu fəaliyyətinə görə 8 avqust 1986-cı ildə həbs edilmişdir. Buna baxmayaraq o artıq 15 mindən çox imza toplamağa nail ola bilmişdi.
Sultan Əhməd
Sultan Əhməd (Salmas) —
Sıravi Əhməd
Sıravi Əhməd — Xədicə Abbasovanın albomundan olan mahnı. Mahnının musiqisi Emin Sabitoğluna, sözləri isə Rüfət Əhmədzadəyə aiddir. Mahnı Vəfa Quluzadənin sifarişi ilə yazılmışdır.
Tacuddin Əhməd
Tacuddin Əhməd (benq. তাজউদ্দীন আহমদ; 23 iyul 1925 – 3 noyabr 1975, Dəkkə) — Banqladeş dövlət xadimi və azadlıq döyüşçüsü idi. Banqladeşin ilk Baş naziri vəzifəsini icra etdi və 1971-ci ildə Banqladeş Qurtuluş Döyüşü zamanı müvəqqəti hökumətinə rəhbərlik etdi. Əhməd, benqal millətçiliyinin müxtəlif siyasi, hərbi və mədəni qüvvələrini birləşdirdiyi müvəqqəti hökumətin rəhbərliyi sayəsində, Banqladeşin azadlığınınən nüfuzlu və vəsilə simalarından biri hesab olunur. Mucibur Rəhmanın yaxın bir işçisi olan Əhməd 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Avami Liqasının baş katibi idi. O, Liqanın bir hökumət qurmaq üçün tarixi parlament çoxluğunu qazandığı 1970 Pakistan ümumi seçki üçün Liqanın seçki kampaniyasını əlaqələndirdi. Əhməd, Mücib və Doktor Kamal Hüseyn ilə birlikdə prezident Yəhya Xan və Zülfiqar Əli Bhutto ilə hakimiyyətin seçilmiş Milli Məclisə təhvil verilməsi üçün danışıqlara rəhbərlik etdi. Əhməd 23 iyul 1925-ci ildə Qazipurda Kapasiada Maulavi Məhəmməd Yasin Xan və Meherunnesa Xanamda anadan olub Müqəddəs Qriqori Liseyinə getdi. 1944-cü ildə matrisasiya imtahanında 12-ci yerdə idi. 1948-ci ildə Ali Orta Sertifikat İmtahanında 4-cü yerə çıxdı.
Tural Əhməd
Tural Mahmud oğlu Əhməd (9 may 1983, Bakı) — Azərbaycan aktyoru, film səsləndirən, mətn oxuyan, bədii qiraətçi. Tural Əhməd 1983-cü il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilini 181 saylı məktəbdə almış, daha sonra 151 saylı orta məktəbi bitirmişdir. Aktyorluğa böyük həvəsi olmağına baxmayaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə sənədlərini verə bilmir. Jurnalistikanı bitirsə də bir gün belə olsun jurnalist kimi heç yerdə fəaliyyət göstərmir. 2005-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır və 2006-cı ildə tərxis olunur. 2001-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş və oranı 2005-ci ildə bitirmişdir. 2008-ci ildə Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinoaktyorluq fakültəsinə daxil olmuşdur. Orada Şəfiqə Məmmədova, Ayaz Salayev və digər yerli, xarici mütəxəssislərdən ustad dərsləri alıb. "Həyat varsa", "Sirr", "Son hədd" seriallarında çəkilmişdir və bir neçə filmi səsləndirmişdir.
Yacuddin Əhməd
Yacuddin Əhməd (benq. ইয়াজউদ্দিন আহম্মেদ; 1 fevral 1931 – 10 dekabr 2012, Banqkok) — 5 sentyabr 2002-ci ildən 2009-cu il fevralın 12-dək Banqladeş Prezidenti. Dəkkə Universitetinin Torpaqşünaslıq fakültəsini bitirib, ABŞ-də müdafiə edib, Viskonsin ştatının Madison Universitetində. 1973-cü ildən Dəkkə Universitetində dərs deyib, professor və torpaqşünaslıq kafedrasının müdiri, biologiya fakültəsinin dekanı olub; Kornell və Göttingendə qonaq professor kimi dərs demişdir. 1991-ci ildən hökumət müşaviri, müxtəlif komissiyaların sədri. 2002-ci ildə prezident seçkilərində qalib gəldi (yeganə namizəd), Cəmirəddin Sirkarı əvəz etdi . 26 oktyabr 2006-cı ildən 2007-ci il yanvarın 11-dək baş nazirin namizədliyi ilə bağlı parlamentdə fikir ayrılığına görə müvəqqəti hökumətin sədri. 2007-ci il sentyabrın 5-də yeni prezident seçkiləri keçirilməli idi, lakin hərbi idarəetmənin qurulması ilə əlaqədar Əhmədin səlahiyyətlərinin 2008-ci ilin sonunda yeni parlament çağırılana qədər uzadılması qərara alındı. Seçkilər 2009-cu il fevralın 11-də keçirilib. Zillur Rəhman prezident seçilib və növbəti gün and içib.