ƏHRİMƏN

is. [ fars. ] Zərdüşt dinində: şər allahı, şər və zülmət mənbəyi.
// məc. Pis qüvvə, mənhus qüvvə, şər qüvvə.
[Bəlli Əhməd:] Paşa, Koroğlunu heç əhrimənlər tuta bilmir. Koroğlu”.
Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri; Əhrimənlər maliki-mülki-Süleyman olmasın! M.Ə.Sabir.
Xeyr! Nə iblis var, nə də əhrimən; Əqlin övladıdır xeyir də, şər də. S.Vurğun.

ƏHRAMVARİ
ƏHSƏN
OBASTAN VİKİ
Əhrimən
Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı.

Значение слова в других словарях