əlini dinc qoymaq

don’t touch anybody or anything / to keep one’s hands quiet никого или ничего не трогать / держать руки при себе
əlini cibinə salmaq (pul xərcləmək)
əlini dinc qoymamaq
OBASTAN VİKİ
Dinc birgəyaşayışın beş prinsipi
"Dinc birgəyaşayışın beş prinsipi" (çin. 和平共处五项原则) və ya "pança şila" (hind. पंचशील ) — 1954-cü ildə Hindistan ilə Çin arasında imzalanmış müqavilə. Çin və Hindistan arasında 1949-cu ildə Tibetlə bağlı başlayan münaqişədən sonra 1954-cü ildə Hindistan–Çin Tibet sazişinin imzalanması ilə münasibətlər normallaşmışdı. Hindistan Tibeti Çinin bir hissəsi kimi tabımışdır. Bu müqavilə "pança şila" (dinc birgəyaşayışın) adlanan beş prinsipi elan etmişdir: Ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət. Qeyri-aqressivlik. Daxili işlərə qarışmamaq. Bərabərlik və qarşılıqlı fayda. Dinc birgəyaşayış.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.
Erməni silahlılarının Azəbaycanın dinc əhalisinə hücumları
15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı yaşayış məntəqəsində X. İsmayılovanın evi partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir. 1988-ci ilin yayında Xankəndi şəhərində uşaq xəstəxanasında rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşı tərəfindən xəstəxananın həyətində döyülmüş, nəticədə həyatını itirmişdir. iyul 1988-ci ildə Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə əl qumbarası atılması nəticəsində 2 partlayış hadisəsi baş vermiş, nəticədə 2 nəfər həyatını itirmişdir. 28 iyun 1989-cu ildə Xocalı rayonunun Bədərə yaşayış məntəqəsindən eyni rayonun Meşəli yaşayış məntəqəsinə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticəsində maşında olan 6 nəfər ağır yaralanmışlar. 16 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 2 nəfər evə qayıdan zaman hücuma məruz qalmış, nəticədə 2-sidə qətlə yetirilmişdir. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə yaşayış məntəqəsi yaxınlığında 2 nəfər — Q. Bayramov və İ. Qafarov qətlə yetirilmişdir. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas yaşayış məntəqəsi yaxınlığında 1 nəfər — Babaşov qətlə yetirilmiş, azyaşlı X. Əliyev isə yaralanmışdır. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində IX sinif şagirdi T. Süleymanov qətlə yetirilmişdir. 24 noyabr 1989-cu ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmişdir. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda 3 nəfər — Q. Ələsgərov, T. Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.