əmək stajı
əməl
OBASTAN VİKİ
Əməkdaşlıq
Əməkdaşlıq — başqaları ilə işləməyi bacarmaq, kömək istəmək və kömək etməkdən çəkinməmək, işin və fikrin bölüşdürməsinə can atmaq, birgə fəaliyyətdə həmrəylik, müzakirə və təhlillər aparmağı, bir-birini qiymətləndirməyi bacarmaq.. Birgə layihələrdir. Bu qrup layihələr alimlər və könüllülər tərəfindən birgə işlənilir və könüllülərin müəyyən hissəsi layihənin bütün və ya əksər mərhələlərində iştirak edir. Barneqat körfəzi və Nyu-Cersi-də molyuskların yetişdirilməsi üçün yaşayış mühitinin monitorinqinə və idarə edilməsinə könüllülərin cəlb olunması "Körfəz reklamı" (ReClam the Bay) layihəsi buna misaldır [34]. Məqsəd suyun keyfiyyəti haqqında biliklərin və molyuskların ekologiyasının öyrənilməsi, molyuskların bərpası ilə suyun keyfiyyətinin yaxşılaşdırılması tədbirləridir. Layihə 2005-ci ildə başlamışdır. Keçirilən intensiv təlim kursları molyuskların biologiyası, ekologiyası və praktiki yetişdirilməsini əhatə edir. Körfəz haqqında məlumatların yayılması prosesinə məktəblərdən 4700-ə yaxın həvəskar iştirakçı cəlb olunmuşdur. İştirakçılar arasında keçirilmiş başlanğıc və son testlər biliklərin əldə olunmasında nailiyyətləri, iştirakçının molyuskların yaşayış mühitinin idarə edilməsi məqsədlərinə nail olmaq bacarığını, eləcə də idarəetmə və təhsildə birliyi nümayiş etdirmişdir. Son zamanlar bəzi müəlliflər tərəfindən vətəndaş elmi layihələrinin könüllülərin iştirakına görə təsnifatına yüksək intellektli vətəndaşların ekspert qiymətləndir-mələrində iştirak etdiyi 4-cü "Ekspert" səviyyəsi də əlavə olunur.
Sinfi əməkdaşlıq
Sinfi əməkdaşlıq cəmiyyətin sosial siniflər iyerarxiyasına bölünməsinin sivilizasiyanın müsbət və fundamental tərəfi olduğuna inamına əsaslanan sosial təşkilatlanma prinsipidir. Sinfi əməkdaşlıq faşizmin sosial arxitekturasının əsas sütunlarından biri hesab olunur. Benito Mussolininin sözləri ilə ifadə edilərsə, faşizm "insanlar arasında düzəldilməsi mümkün olmayan, səmərəli və faydalı bərabərsizliyi təsdiqləyir". Bu müddəa nəzərə alındıqdan sonra, faşistlər belə nəticəyə gəlmişdirlər ki, sosial iyerarxiyanı mühafizə etmək bütün siniflərin maraq dairəsindədir və buna görə də bütün siniflər onun müdafiəsində əməkdaşlıq etməlidirlər. Yəni ki, həm aşağı, həm də yuxarı siniflər öz rollarını qəbul etməli və öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Faşizm düşüncəsində sinfi əməkdaşlıq prinsipi ifrat millətçiliklə birləşdirilmişdir. Millətin sabitliyi və rifahı siniflər arasındakı mövcud olan əməkdaşlığın son məqsədi kimi görülmüşdür. Kommunistlər sinfi əməkdaşlığın ideoloji və əsas əleyhdarları olub, sinfi mübarizəni müdafiə edirlər və ümumiyyətlə bir sinifsiz cəmiyyət yaratmağın tərəfdarıdırlar. Sinfi mübarizə doktrinası aşağı sosial sinifləri sosial bərabərliyə nail olmaq üçün hakim sinif və mövcud ictimai strukturu devirməyə təşviq etdiyi halda, sinfi əməkdaşlıq təlimi aşağı sosial sinifləri sosial bərabərsizliyi təbii vəziyyətin bir hissəsi kimi qəbul etməyə və ictimai strukturu mühafizə edib saxlamağa sövq edir. Onlar həmçinin də belə fikirləşirlər ki, cəmiyyətdəki sinfi düşmənçiliyə qarşı dövlət tərəfindən təkbaşına mübarizə aparılır və bu mübarizə nəticəsində kommunizmə aparan konflikt tamamilə həll olunacaqdır.
Körfəz Əməkdaşlıq Şurası
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
İqtisadi Əməkdaşlıq Təşkilatı
İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) — 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb. 5–7 iyul 1993-cü il – baş nazirin müavini Rəsul Quliyev İstanbul da İƏT ölkələri dövlət başçılarının II görüşündə Azərbaycanı təmsil edib. Sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul bəyannaməsi qəbul edilib.
İslam Əməkdaşlıq Təşkilatı
İslam Əməkdaşlıq Təşkilatı (İƏT (2011-ci ilə qədər — İslam Konfransı Təşkilatı (İKT)); ing. Organisation of Islamic Poperation (OIP), ərəb. منظمة التعاون الاسلامي‎) — 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən BMT yanında müşahidəçi statusu almışdır. Baş Məclisin 36-cı sessiyasında "BMT ilə İƏT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilmişdir. Qətnamədə tərəflərin fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizm yaratmaq zərurəti qeyd edilir. 1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İƏT-in ali orqanı dövlət və hökumət başçılarının konfransıdır: (1969-cu ildə Rabatda, 1974-cü ildə Lahorda, 1981-ci ildə Məkkədə və Taifdə, 1984-cü ildə Kasablankada keçirilmişdir).
İstanbul Əməkdaşlıq Təşəbbüsü
İstanbul Əməkdaşlıq Təşəbbüsü (ing. Istanbul Cooperation Initiative) — NATO-nun 2004-cü ildə İstanbulda keçirilən sammitində irəli sürülən təşəbbüş. Sammit zamanı ittifaq liderləri NATO-nun Aralıq dənizi Dialoqunu əsl tərəfdaşlığa yüksəltmək və daha geniş Orta Şərqdə ayrı-ayrı ölkələrlə İstanbul Əməkdaşlıq Təşəbbüsünü işə salmaq qərarına gəlmişdir. Təşəbbüs Böyük Orta Şərqdə dövlətlərlə praktiki təhlükəsizlik əməkdaşlığı fəaliyyətləri ilə məşğul olmaq təklifindən ibarətdir.
ECO (İqtisadi Əməkdaşlıq Təşkilatı)
İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) — 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb. 5–7 iyul 1993-cü il – baş nazirin müavini Rəsul Quliyev İstanbul da İƏT ölkələri dövlət başçılarının II görüşündə Azərbaycanı təmsil edib. Sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul bəyannaməsi qəbul edilib.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (abbr. KOİKA, KOICA) — Koreya Respublikası hökumətinin xarici yardım təşkilatı == Tarix == Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991-ci ilin aprel ayında Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) himayəsi altında yaradılmışdır. Koreya dünyanın ən yoxsul ölkələrinin birindən iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrdən birinə çevrilməkdə unikal təcrübəyə malikdir. Koreyanın bu keçid zamanı əldə etdiyi bilik və təcrübə KOİKA-ya əməkdaşlıq etdiyi ölkələrin davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə və onlara daha yaxşı bir dünya üçün perspektiv vəd etməyə imkan verən qiymətli keyfiyyətlərdir. KOICA-nın məqsədi tərəfdaş ölkələrdə Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq, habelə bərabər və davamlı inkişaf təşviqinə kömək etmək vasitəsilə daha yaxşı bir dünya qurmaqdır. KOICA həmçinin yoxsulluğun aradan qaldırılması və həyat səviyyəsinin yaxşılaşdırılması üçün xalqların və şəxslərin potensialının artırılmasına yönəlmiş qlobal fəaliyyətdı fəal iştirak etmək istəyir. Koreyanın inkişaf təcrübəsi və bacarığına əsaslanaraq KOİKA öz yardım proqramlarını aşağıdakı sahələr üzərində cəmləşdirmişdir: == Azərbaycandakı fəaliyyəti == === Azərbaycan Nümayəndəliyi === KOİKA proqramının Azərbaycanda tarixi 1994-cü ildə KOİKA-nın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 000 ABŞ dolları məbləğində yardım etdiyi zaman başlamış və 1996-cı ildən 2005-ci ilə qədər KOICA 65 nəfər üçün təlim proqramları (300 000 ABŞ dolları dəyərində) təşkil etmişdi. 2006-cı ilin martında Koreya Respublikasının Səfirliyi açıldı və Koreya Respublikasının Prezidenti cənab Mu-hyun Roh həmin ilin iyun ayında Azərbaycana səfər etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2007-ci ilin aprelində Koreyada rəsmi səfərdə oldu. Bu zəmində, 2009-ci ilim fevral ayında KOİKA-nın Azərbaycan Nümayəndəliyi açıldı.
Mərkəzi Аsiyа Əməkdaşlıq Təşkilatı
Mərkəzi Asiya İqtisadi Birliyi (1993–2005) — Mərkəzi Asiya regionunda inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə yaradılmış İqtisadi İttifaq. Mərkəzi Asiya inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə 24 sentyabr 1993-cü ildə imzalanmış İqtisadi İttifaq yaradılması haqqında müqavilə əsasında Mərkəzi Asiya İqtisadi Birliyi yaradılmışdır. 1994-cü ilin yanvarında Qazaxıstan və Özbəkistan arasında "Vahid iqtisadi məkan yaradılması haqqında" müqavilə imzalandı. 1994-cü ildə bu müqaviləyə Qırğızıstan, 1998-ci ildə isə iki ildən artıq müşahidəçi statusunda olan Tacikistan qoşuldu. 2011-ci ilin yanvar ayından belə bir status Türkiyə, Gürcüstan və Rusiyaya verilmişdir. Mərkəzi Asiya İqtisadi Birliyinin işçi orqanı – İcraiyyə Komitəsinə malik Dövlətlərarası Şuradır. Dövlətlərarası Şuranın tərkibində baş nazirlər, xarici işlər və müdafiə idarələri rəhbərləri, şuraları fəaliyyət göstərir. Mərkəzi Asiya İqtisadi Birliyi çərçivəsində 1994-cü ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında imzalanmış sazişə əsasən Mərkəzi Asiya Əməkdaşlıq və İnkişaf Bankı yaradıldı. Bank vasitəsilə hesablaşmalar dönərli valyuta, milli valyuta və Bank Şurası tərəfindən müəyyən olunmuş tərəflərin qarşılıqlı hesablaşmaları əsasında valyutanın məzənnələri ilə həyata keçirilir. 2001-ci ilin yanvarında keçirilən Almatı sammitində bu planın həyata keçirilməsi üçün ilk addımlar atmağa cəhd edildi: Mərkəzi Asiya İqtisadi Birliyinin iqtisadi forumu yaradıldı; Mərkəzi Asiyada sabitliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı və elm və texnika sahəsində əməkdaşlıq məsələlərinə baxıldı; terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə birgə səylər müəyyən edildi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. Azərbaycanın Xarici İşlər Nazirliyi 3 oktyabr 2017-ci ildə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanat yayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Türkdilli Ölkələr Əməkdaşlıq Günü
Türk Dövlətləri Əməkdaşlıq Günü – hər il 3 oktyabr tarixində qeyd edilməkdədir. 3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalandı. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında 3 oktyabr tarixində imzalanan Naxçıvan müqaviləsi nəticəsində bu müqavilənin imzalanma tarixi olan 3 oktyabrda Türkdilli Ölkələr Əməkdaşlıq Günü Elan edilmiş və hələ də qeyd edilməkdədir. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Quruluşu haqqında Naxçıvan Sazişi "3 Oktyabr 2009 tarixində Türkiyə ilə Azərbaycan arasında Qazaxıstan və Qırğızıstan arasında imzalanan Türk Dili, bu Sazişin imzalanmasının ildönümünün tarixinin hər il Əməkdaşlıq Günü olaraq qeyd olunduğunu söylədi. Həyata keçirdiyimiz Türkdilli Ölkələrin Əməkdaşlıq Gününün 10 illiyi, Türk Şurası (Türk Şurası) VII. Özbəkistanın sammitdə tamhüquqlu üzvü kimi iştirakının və Türk Şurası Avropa Ofisinin fəaliyyətə başlamasının şahidi olduğumuz bir dövrdə qeyd edirik ki, əməkdaşlığımız möhkəmlənsin. Son 10 ildə Türk Şurasının institusionalizasiya istiqamətində mühüm addımlar atıldı; Bundan əlavə, Şuranın əməkdaşlıq etdiyi TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk İş Şurası və Türk Şurası Ümumi Ticarət və Sənaye Palatası vasitəsi ilə üzv ölkələr arasındakı əlaqələr daha geniş bir şəkildə genişləndirildi. Dost və qardaş Türk Cümhuriyyətlərinin ortaq dilindən, tarixindən və mədəniyyətindən güc alaraq, Türk Şurası Avrasiya coğrafiyasında sülh, sabitlik və rifaha mühüm töhfələr vermək üçün gələcəyə doğru irəliləyir. 15 oktyabr 2019-cu ildə VII. Sammitdə Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iştirak etmişdir. Zirvədə Türk Dünyasını birləşdirmək səylərinə görə Qazaxıstanın qurucu prezidenti Elbas cənab Nursultan Nazarbayevə Türk Dünyası Ali ordeni təqdim edildi. Cənab Nazarbayevə də Prezidentimizin təklifi ilə Türk Şurasının fəxri prezidenti adı verildi.
Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatı
Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatı (ing. World Organization for Scientific Cooperation) — Əsas fəaliyyət inteqrasiyası alimlərin, mütəxəsislərin, elm və təhsil təşkilatlarının elmi əməkdaşlığına yönəlmiş beynəlxalq bir QHT-dir. Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatı (ing. World Organization for Scientific Cooperation – qısaca WOSCO [2] 23 dekabr 2008-ci ildə Türkiyənin İstanbul şəhərində təsis olunmuşdur. Bu məclislərdə müxtəlif akademik müəssələrin, şirkətlərin nümayəndələri, QHT-lər, elm və texnologiya müəssələrinin nümayəndələri, alimlər iştirak edirlər. Bu elmi idarəetmə təşkilatına 16 ölkədən ictimai təşkilatların nümayəndələri, böyük elmi-texniki şirkətlər qatılırlar. Xüsusən:SSRİ Akademiyası və RAN, (Beynəlxalq Elmlər Akademiyası [3] (Səhiyyə və Ekologiya), Moskva Dövlət Universitetinin əməkdar professoru M.V.Lomonosov, geologiya-mineralogiya elmləri doktoru Viktor Efimoviç Xain (Rusiya, Moskva), Beynəlxalq BIOCOS Proqramının prezidenti, professor, doktor Frans Halberq, bir sıra elimlərin banisi olan -xranobiologiya – (ABŞ, Ştatlar), seysimik hadisələr, həmçinin insan orqanizimdəki urbanistik proseslərin mənfi təsirini araşdıran tanınmış alim, professor, Beynəlxalq Elmlər Akademiyasının daimi üzvü, kosmanavtik (Paris), RTEA-nın (Rusiya Tibb Elmləri Akademiyası -РАМН)professoru, tibb elimləri doktoru Karl Qext (Berlin, Almaniya), tanınmış giofizik, doktor Allen Simpson (Los Anceles, ABŞ), Pakistan Elmlər Akedemiyasının Prezidenti, nüvə-fiziki, Elm və Texnalogiyaların Dövlət Komisiyası üzrə planlama müşaviri və dövlət naziri İşfaq Əhməd (İslamabad, Pakistan),əczaçılıq sahəsində Avropa İttifaqı Komissiyasının elmi eksperti, doktor Sevinc Yatman (İstanbul, Türkiyə), tanınmış seismoloq, Beynəlxalq Elimlər Akademiyasının [4] -BEA- Vitse-prezidenti (Səhiyyə və Ekologiya) Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının (RFTEA -РАЕН) akademiki, geologiya-mineralogiya elmləri doktoru, professor Elçin Xəlilov (Bakı. Azərbaycan,) Atropatena-ID zəlzələlərin proqnozu araşdırma stansiyasının rəhbəri X.Vahidi (Gadjah Mada University -İndoneziya), Almata Fövqəladə Hallar Nazirliyinin rəhbəri, general-mayor, texnika elimləri namizdi Dəmir Xəlilov (Almata, Qazaxıstan). Şirkətlər və Visiotek SETAC nümayəndələri (Türkiyə. İstanbul), FATE (Praqa, Çexiya), SWB (Burqas, Bolqarıstan), EIC (London İngiltərə) НИИ – Zəlzələnin Proqnozlaşdırılması və Öyrənilməsi üzrə Beynəlxalq Elimlər Akademiyasının nümayəndəliyi, (Səhiyyə və Ekalogiya) (Avstrya, İnskburk) və s.
İslam Əməkdaşlıq Gənclər Forumu
İslam Əməkdaşlıq Gənclər Forumu (bundan sonra "Forum") İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin aparıcı çətir gənclər təşkilatlarını birləşdirən beynəlxalq, qeyri-kommersiya, tərəfsiz təşkilatdır. İƏT regionunda fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatları və dünya miqyasında əhəmiyyətli müsəlman azlıqları təmsil edən gənclər təşkilatıdır. İKGF-nin ən yüksək qərar qəbul edən orqanı onun Baş Assambleyasıdır. Forum 1–3 dekabr 2004-cü il tarixlərində Bakıda keçirilmiş Təsis Baş Assambleyasında İslam Konfransı Xarici İşlər Nazirlərinin 14-cü ili tarixində keçirilmiş 31-ci Sessiyasında qəbul edilmiş 15/31-C saylı qətnaməyə əsasən yaradılmışdır. 16 iyun 2004-cü il, İstanbul, Türkiyə Respublikası; və 28–30 iyun 2005-ci ildə Sənada keçirilmiş İslam Konfransı Xarici İşlər Nazirlərinin 32-ci Sessiyasında qəbul edilmiş 3/32-C saylı qətnaməyə əsasən İƏT-ə bağlı qurum statusu verilmişdir. Forum "Türkiyə Respublikası Hökuməti, İslam Konfransı Təşkilatı və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclik Forumu (İKGF) arasında İstanbulda yaradılması haqqında Saziş əsasında Türkiyə Respublikasında hüquqi şəxs kimi qeydiyyata alınıb. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF)" – Müvafiq Tərəflər tərəfindən 15 may 2008-ci ildə Ankarada imzalanmış və 2009/15638 saylı Fərmanla qüvvəyə minmiş (15 dekabr 2009-cu il tarixli rəsmi qəzet №: 27433). Bu cərəyan Xartiya və Ev Sazişi Forumun hüquqi bazasını təşkil edir. Forumun fəaliyyəti bu Nizamnamədən, Forumun rəhbər orqanlarının müvafiq qərarlarından irəli gəlir və İƏT Xarici İşlər Nazirləri Şurasının və İslam Konfransı Gənclər və İdman Nazirlərinin müvafiq qərarlarına uyğun olaraq həyata keçirilir. İKGF İƏT gənclərinin potensialını vətəndaş iştirakını, hərtərəfli təhsili, potensialın gücləndirilməsini və işsizlik, sağlamlıq və sağlamlıq, məhdud imkanlar, ekstremizm və sosial təcrid kimi kritik problemləri həll edən ən yaxşı təcrübələri inkişaf etdirən strategiyalar, siyasət çərçivələri, proqramlar və layihələr vasitəsilə inkişaf etdirir.
Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) (ing. Organization of the Black Sea Economic Cooperation) - 4 iyun 1992-ci ildə təsis edilmiş təşkilat. 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranmışdır. istanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə Başçıları tərəfindən Bosfor Bəyənatı da imzalanmışdır. Bu Bəyənat İstanbul Bəyənnaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. 5 iyun 1998-ci ildə Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə, əməkdaşlıq müxanizmi təşkilat statusu almışdır. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, üzv dövlətlər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər: Ticarət və iqtisadi inkişaf Bank işi və maliyyə Kommunikasiya Enerji Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye Səhiyyə və farmaseptika Ətraf mühitin qorunması Turizm Elm və Texnika Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq Mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror aktları və qeyri-qanuni miqrasiya ilə mübarizə. QDİƏT-in yaradılması, Avropa vahid bazarının yaradılması vaxtı ilə üst-üstə düşmüşdü. Buna görə də, iki sistemin ölkələri arasında qarşılıqlı ticarətin həcmi az olmuşdur. Üzvlər ölkələr 12 dövlətdən ibarətdir.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (türk. Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) və ya qısaca (türk. TİKA) — Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan təşkilat xarici ofisləri vasitəsilə Türkiyənin xarici yardımlarını təşkil edir. Bərpa, səhiyyə, təhsil, kənd təsərrüfatı və heyvandarlıq, inzibati və mülki infrastrukturun inkişafı kimi bir çox sahələrdə aktivdir. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra bir çox türk dövləti müstəqilliyini qazanmış və Türkiyə Respublikasının bu dövlətlərə sosial, iqtisadi və mədəni sahədə təmin etdiyi dəstəyi həyata keçirəcək və koordinasiya edəcək bir təşkilata ehtiyac yaradılmışdır. 1992-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində TİKA quruldu. 28 may 1999-cu ildən baş nazirliyə tabe edildi. TİKA, Orta Asiya , Balkanlar, Afrika, Şərqi Asiya, Latın Amerikası ölkələri başda olmaq üzrə, təxminən 140 ölkədə xidmət edən, Türkiyə Respublikası dövlətinin yeganə texniki kömək təşkilatıdır. Mərkəzi nümayəndəliklə yanaşı, TİKA-nın 59 ölkədə 61 Proqram Koordinasiya Ofisi geniş coğrafiyada və bütün sektorlarda fəaliyyət göstərir. Ümumi tarixi irsi qorumaq üçün TİKA, xüsusilə Balkanlar və Orta Asiyada bir çox Osmanlı abidəsinin bərpasını həyata keçirdi.
Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi
Strateji Əməkdaşlıq Sazişi, Azərbaycan və Türkiyə arasında, Azərbaycan adına prezident İlham Əliyev və Türkiyə adına köhnə prezidenti Abdullah Gül tərəfindən imzalanmış əməkdaşlıq və qarşılıqlı dəstək andlaşmasıdır. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hərbi hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə "bütün imkanlarını istifadə edərək" hücuma uğrayan ölkəni dəstəkləyəcək. Razılaşmanın 23 maddə və beş hissədən ibarətdir: "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq", "Humanitar məsələlər", "İqtisadi əməkdaşlıq" və "Ortaq və Son müddəalar". Müqavilə 21 dekabr 2010 tarixində Azərbaycan Milli Məclisində, 2 Fevral 2011 tarixində də Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.
İran-Çin hərtərəfli əməkdaşlıq proqramı
İran-Çin 25 illik Əməkdaşlıq Proqramı və ya IR İran PR Çin arasında hərtərəfli strateji tərəfdaşlıq İran və Çin münasibətlərinin gələcək inkişafı üçün 25 illik əməkdəşlıq müqaviləsidir 27 mart 2021-ci ildə İran və Çin xarici işləri tərəfindən Tehranda imzalanmışdır.Petroleum Economist bildirir ki, Çin İranın neft, qaz və neft -kimya sektorlarını inkişaf etdirmək üçün $280 milyard dollara qədər, İranın nəqliyyat və istehsal infrastrukturunun təkmilləşdirilməsi üçün isə $120 milyard dollara sərmayəni əhatə edir. İran səlahiyyətlilərinə görə, Çinin Bir Kəmər Bir Yol Təşəbbüsünü canlandırmaq da razılaşmanın bir hissəsidir. The Economist — ə görə müqavilə Çinə İran ərazisində 5.000 Çin əsgəri yerləşdirmək və İran neftini endirimli almağa icazə verir The New York Times qəzetinin yazdığına görə, hərbi əməkdaşlığın dərinləşdirilməsindən də söhbət gedir. Layihəyə birgə hərbi təlimlər, araşdırma, silah hazırlama və kəşfiyyat paylaşımı daxildir. Səbəb terroru, insan və narkotik alverini və sərhədlərarası cinayətləri dayandırmaqdır. Bu məlumatlar İran rəsmiləri tərəfindən dəfələrlə qəti şəkildə təkzib edilib. İran konstitusiyasının 146-cı maddəsi, dinc məqsədlər üçün belə, İran torpaqlarında xarici hərbi bazaların olmasını qadağan edir.
Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı
İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistanın əməkdaşlığı ilə yaradılmış hökumətlərarası təşkilatdır. Bu təşkilatın həlledici məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaq, ticarəti təşviq etmək, dünya iqtisadiyyatına inteqrasiya etmək və səmərəli nəqliyyat sistemini inkişaf etdirməkdir. Azərbaycan təşkilata 1992-ci ildə qoşulub. 2012-ci ilin avqustundan 2016-cı ilə qədər İƏT-in baş katibi Azərbaycandan olan nümayəndədir. == Tarix == İnkişaf naminə Regional Əməkdaşlıq 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis edilib. 1985-ci ildə onun adı dəyişdirilərək "ECO" adlandırıldı. 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra təşkilata Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Azərbaycan qoşulub. Ümumilikdə dövlətlər Asiyanın ən böyük regional bloklarından birini təşkil edirdilər. İƏT üzvü regional inkişafı sürətləndirmək üçün əməkdaşlıq edir. == Azərbaycanla əməkdaşlıq == Azərbaycan Respublikası İƏT (İslam Əməkdaşlıq Təşkilatı) çərçivəsində iqtisadiyyatın liberallaşdırılması prosesində iştirak edir.
Beynəlxalq Biblioqrafik Əməkdaşlıq
Beynəlxalq Biblioqrafik Əməkdaşlıq (BBƏ) – iştirakçı dövlətlərin elmi, mədəni, ticarət əlaqələri kompleksinin tərkib hissəsi, kitabxanalararası qarşılıqlı əlaqələrin formasıdır. == Haqqında == Biblioqrafiya sahəsində beynəlxalq əməkdaşlıq elm və incəsənətin bütün sahələrində beynəlxalq əlaqələrin əsasının qoyulduğu XIX yüzilliyin ikinci yarısında yaranmışdır. Ümümi səbəblərdən əlavə, onun inkişafına dünya çap məhsulunun fasiləsiz olaraq artması, kitabxana işinin intensiv inkişafı da təsir göstərmişdir . BBƏ kitabxanaların beynəlxalq əlaqələrinin inkişafının müəyyən mərhələsində yaranmış və kitabxanaların əlaqələri ikitərəfli və çoxtərəfli; regional, regionlararası və qlobal, epizodik və sistemli; planauyğun; hüquqi cəhətdən təsdiq edilmiş və ya edilməmiş; dövlət çərçivəsində və ya kollektiv təşkilatlar və s. ola bilər. BBƏ formaları müxtəlif illərdə yaranmışdır: Beynəlxalq kitab mübadiləsi (BKM); Beynəlxalq kitabxanalararası abonoment (BKAA); elmi-praktik-peşə təcrübəsinin mübadiləsi; qarşılıqlı maraq doğuran problemlər üzrə layihələrinin dövlət və ya qeyri-dövlət təşkilatları çərçivəsində birgə həyata keçirilməsi; BBƏ-nin ilk rüşeymləri epizodik şəkildə müxtəlif kitabxanaların sayı ilə fondu zənginləşdirmək və peşə biliklərini mübadilə etmək məqsədilə həyata keçirilmışdir. BBƏ təşkilati baxımdan XIX əsrin axırıncı rübündə kitabxana konqres və konfransların təşkili və keçirilməsi yolu ilə formalaşır. Kitabxanaçıların ilk beynəlxalq konfransı Londonda (1877) keçirilmiş və orada 9 ölkə təmsil olunmuşdur . == Fəaliyyəti == Rəsmi Beynəlxalq statuslu konfrans Beynəlxalq sərgi çərçivəsində 1893-cü ildə Çikaqoda keçirilmişdir. İkinci beynəlxalq konfrans isə 1897-ci ildə Londonda keçirilmiş və ilk dəfə orada biblioqrafik fəaliyyət sahəsində Beynəlxalq əməkdaşlıq məsələləri də gündəlikdə yer almışdır.
Şanxay Əməkdaşlıq Təşkilatı
Şanxay Əməkdaşlıq Təşkilatı (çin. 上海合作组织) — 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdir. Hazırda 9 ölkə bu təşkilatın üzvüdür.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de développement économiques) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62,2%-ni ($49.6 trilyard), alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42,8%-ni ($54.2 trilyard) özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir. İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) adı ilə təsis edildi.
"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Medalı haqqında əsasnamə == "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər. "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Sərhəddə fərqlənməyə görə" medalından sonra taxılır. == Təsviri == "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir. Qalxandan yuxarıda çevrə boyunca "Azərbaycan Respublikası", ulduzun ortasında "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir. Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır. Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir. Arxa tərəfi hamar səthlidir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi
İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Baş Qərargahı Bakıda olan İKGF-nin orqanıdır və onun mandatı altında üzv olan ölkələrdə İCY-ERC-nin baxış və missiyasını həyata keçirir. Mərkəz Ev Sahibi Ölkə Sazişinə və İKGF Baş Assambleyasının və Mərkəzin İdarə Heyətinin qərarlarına əsasən fəaliyyət göstərir. Mərkəzin baş icraçı direktoru (Mərkəzin rəhbəri) mərkəzin Baş direktorudur. 18 may 2010-cu il tarixində Tacikistanın Düşənbə şəhərində ICGF-DC-nin Baş katibi cənab Elşad İskəndərov və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov ICFM-nin 37-ci sessiyası çərçivəsində Avrasiya Regional Mərkəzinin yaradılması önə sürdü. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş 1049-IIIQ nömrəli qanuna əsasən, hazırda İƏT-də gənclər təşkilatlarının koordinasiya fəaliyyətini diplomatik statuslu və Baş Qərargahı Bakıda yerləşən Avrasiya Regional Mərkəzi həyata keçirir. Mərkəzi Asiya ölkələrindən olan dövlətlər, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində yaşayan müsəlman azlıqları təmsil edən gəncləri əhatə edir.
İslam Əməkdaşlıq Təşkilatının 10/11 saylı qətnaməsi
İslam Əməkdaşlıq Təşkilatının 10/11 saylı qətnaməsi (əvvəlki adı İslam Konfransı Təşkilatının 10/11 saylı qətnaməsi) — Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı (əvvəlki adı İslam Konfransı Təşkilatı) tərəfindən 13—14 mart 2008-ci ildə Seneqalın Dakar şəhərində keçirilən İslam Sammiti Konfransının 11-ci sessiyasında qəbul edilmiş "Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü" adlı 10/11-P(IS) saylı qətnamə. Qətnamənin qəbul edilməsində məqsəd Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə görə narahatlığın ifadə olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinə hərtərəfli dəstək verilməsi olmuşdur. Dakar konfransı "Azərbaycanın haqq işinin dəstəklənməsi yolunda uğurlu addım" olaraq qiymətləndirilir. Məhz həmin sessiyada İslam Əməkdaşlıq Təşkilatının yeni Nizamnaməsi qəbul edilmiş və bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəa təsbit olunmuşdur. 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Nəhayət, Rusiyanın vasitəçiliyi ilə 1994-cü il mayında cəbhədə atəşkəsə nail olunur. Atəşkəs əldə edilməsinə baxmayaraq, sonrakı illərdə atəşkəs rejimi tez-tez pozulur. Atəşkəsə dair razılıq əldə olunduqdan sonra tərəflər arasında ilk şiddətli toqquşma isə 4 mart 2008-ci ildə baş verir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Tərtər rayonunun işğal altındakı Çiləbürt kəndi yaxınlığında ermənilərin kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusunun üzbəüz mövqelərini ələ keçirməyə cəhd göstərir. Silahlı qarşıdurma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olur.
İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT ali orqanı — üzv ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra sənədlərdə öz əksini tapmışdır. Onların içində 13–15 dekabr 1994-cü ildə Kasablanka şəhəri, Mərakeş Krallığında keçirilmiş İKT-nin Yeddinci Zirvə Görüşünün sənədlərini və 9–11 dekabr 1997-ci ildə Tehran şəhəri, İran İslam Respublikasında keçirilmiş İKT-nin Səkkizinci Zirvə Görüşünün sənədlərini, 2000-ci ilin 12–13 noyabr tarixində Qətərin Doha şəhərində keçirilmiş İKT Doqquzuncu Zirvə Görüşündə, 2003-cü ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziya) qəbul olunmuş Yekun Kommünikeni (33-cü bənd), 2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə Görüşündə (Məkkə, Səudiyyə Ərəbistanı) qəbul olunmuş Yekun Kommünikeni, 2008-ci ilin mart ayında İKT On Birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş Yekun Kommünikeni (61-ci bənd) göstərmək olar. Bununla yanaşı, Doqquzuncu Zirvə Görüşündə (Doha, Qətər) qəbul olunmuş 21/9-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnaməni, 21/9-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, 25/9-C saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, onuncu Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş 12/I0-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 21/10-E (IS) saylı "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnaməni, mədəniyyət məsələləri mövzusuna dair Mədəniyyət və İslam işləri üzrə qətnamələrin "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnaməni, on birinci Zirvə Görüşündə (Dakar, Seneqal Respublikası) qəbul olunmuş 10/11-P (IS) saylı "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnaməni, 2/11-E (IS) saylı "Üzv dövlətlərə və İKT-yə üzv olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım edilməsinə aid fəaliyyət haqqında" qətnaməsinin "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi" bölməsini, mədəniyyət və sosial məsələlər üzrə qətnamələrdə 2/11-C (IS) saylı "İslam müqəddəs yerlərinin müdafiəsi haqqında"qətnaməni də göstərmək olar. Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müddəalar İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommünikelər və bəyanatlarda və çoxsaylı qətnamələrdə öz əksini tapmışdır. 20 sentyabr 2016-cı ildə Nyu-yorkda BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib. İclasa İƏT-in Baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt qrupunun tərkibinə yeddi dövlət — Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar təmsil olunub. 20 sentyabr 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib. İclasda xarici işlər naziri Elmar Məmmədyarov, Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası
ATƏT-in Parlament Assambleyası — 317 parlamentarisi olan beynəlxalq parlament qrupu. 1990-cı ildə Parisdə yaradılmışdır. Assambleya ildə bir neçə dəfə Milli parlament deputatlarını toplayaraq ATƏT-lə bağlı məsələləri müzakirə edir. Hər il Assambleya səs çoxluğu ilə sədr seçir, sədr əsas yığıncaqlarda iştirak edir və yığıncaqlara sədrlik edir. Mənzil-qərargahı Kopenhagendədir. Assambleyanın daimi əməkdaşları 14 nəfərdir.

Значение слова в других словарях