ƏMƏLİSALEH

sif. dan. Əməlində, işində, hərəkətində düz olan, doğru hərəkət edən, əyriliklə işi olmayan (adətən istehza, kinayə və ya zarafatla deyilir). Əməlisaleh adam. Bunu əməlisaleh adamlar bilər. – İndi bilmirəm, sən necə əməlisaleh adamsan ki, yenə də məni adam elədin. “M.N.lətif.
[Qarı:] A qız, Çimnaz, ey! Sən ki əməlisaleh kişinin qızısan, özün də yazığın biri! Necə oldu ki, axı uşağını qoydun onlara qoşuldu? Ə.Əbülhəsən.

// is. mənasında.
Əməlisalehlər cənnətə və bədəməllər cəhənnəmə daxil olacaqlar. C.Məmmədquluzadə.

ƏMƏLİ
ƏMƏLİYYAT

Значение слова в других словарях