ərimə zonası

ру зона плавления en melting zone de Schmelzzone fr zone de fusion es zona de fusión it zona di fusione
ərimə temperaturu
ərimək, əritmək
OBASTAN VİKİ
Ərimə
Ərimə və ya termal birləşmə, bərk maddənin istilik qəbul edərək maye vəziyyətə keçməsidir. Bu fiziki hadisənin baş verdiyi temperatura ərimə temperaturu deyilir. Ərimə donmanın əksi olaraq da ifadə edilə bilər; Çünki donma zamanı maddə istilik verir, ərimədə isə maddə istilik alır. == Ərimə temperaturu == Ərimə temperaturu bərk cisimlərdə fərqləndirici xüsusiyyətdir. Ərimə temperaturu maddədən maddəyə dəyişir. Bu təzyiq və saflıqdan asılı olaraq dəyişir. Eyni tipli saf maddələrin ərimə və donma temperaturları bərabərdir. Saf maddələrdə ərimə baş verərkən temperatur sabit olsa da, eyni zamanda istilik artımı davam edir və bu temperatur artımı bərk maddə tam əriyənə qədər davam edir. Daha sonra tamamilə ərimiş maddənin istilik və temperatur artımı növbəti vəziyyət dəyişikliyinə qədər davamlı olaraq artır.
Ərimə nöqtəsi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ — xüsusi ərimə istiliyi, Q — istilik miqdarı, m — maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi — bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması, qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Xüsusi ərimə istiliyi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ — xüsusi ərimə istiliyi, Q — istilik miqdarı, m — maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi — bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması, qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Buz dövrü: Ərimə
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir.
Bufer zonası
Bufer zonası (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq, milli park və s.) ətrafında müəyyən sahədə (Bufer zonası) təsərrüfat fəaliyyəti məhdudlaşdırılır. Bufer zonası saxlamaqda məqsəd əsas qorunan ərazinin mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini saxlamaqdır.
Buzlaq zonası
Demilitarizasiya zonası
Demilitarizasiya zonası (ing. Demilitarized zone və ya DMZ) - hərbçilərdən alınmış termindir, döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan edilmiş əraziləri bildirmək üçün istifadə edilir. İnformasiya texnologiyaları sahəsində DMZ termini əsasən şəbəkə ekranının xarici seqmenti ilə xarici marşrutizatorun daxili interfeysi arasında qalan şəbəkə seqmentini bildirir. Demilitarizasiya zonasının təyinatı müxtəlif servislər təqdim etmək imkanı saxlamaqla, konfidensial informasiya olan daxili şəbəkəni bütün digər şəbəkələrdən təcrid etməkdir. DMZ zonada, bir qayda olaraq, İnternetdən müraciət olunan informasiya resursları yerləşdirilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh. == Xarici keçidlər == SolutionBase: Strengthen network defenses by using a DMZ by Deb Shinder at TechRepublic. Eric Maiwald. Network Security: A Beginner's Guide. Second Edition.
Meşə zonası
Mübarək zonası
Mübarək zonası (rus. Мубарекская зона) — 1970-1980-ci illərdə Sovet İttifaqı hökumətinin KGB-nin təşviqi ilə planladığı, lakin uğursuzluqla nəticələnən təkliflər layihəsidir. == Haqqında == Layihə təklifində 1940-cı illərdə Fərqanə vadisinin fərqli bölgələrinə sürgün edilmiş Krım tatarlarını (sənəddə bu millətin adı keçmişdə Krımda yaşayan Tatar milləti olaraq göstərilmişdir) Qaşqadərya vilayətinə bağlı, əsasən sənayeləşməmiş Mübarək zonasına köçürməyi planlanılırdı. Təklifin məqsədi isə Krım tatarlarının yardımı ilə bölgəni sənayeləşdirmək, Krım tatarlarını Krıma geri dönmə istəklərindən əl çəkdirmək üçün onların Özbəkistanda qalıcı olaraq kök salmalarını təmin etmək və Krım Muxtar Sovet Sosialist Respublikasının təkrar qurulması yerinə, Mübarək bölgəsində yeni tatar bölgəsini qurdurmaq idi. Krım tatarları bu planı özlərini Özbəkistanda assimiliyasiya etdirmə, "Mübarək tatarlarına" dönüşdürmə, Krımdan xaricdə tutma, Krım MSSR-nın yenidən qurulmasını əngəlləmə və Krımdan uzaqda süni "vəd edilmiş torpaqlar" qurma təşəbbüsü olaraq gördülər. Dolayısıyla, yalnızca az sayda Krım tatarı bu planı dəstəklədi və ya bu təklif edilən bölgəyə köçdü. Layihəni təşviq edənlər Krım tatarlarını guya "atalarının evi" Orta Asiyada "kök salma"ğa təşviq etmə və Krım ilə olan əlaqələrini yox sayma yönündə intensiv cəhdlər etdilər. Bütün bunlara baxmayaraq, çox az sayda Krım tatarının Mübarəkə köçdüyünü və Krım tatarlarının Krıma geri dönmə istəklərindən əl çəkmədikləri aydın olunca, plan ləğv edildi. Krım tatarları ilə Kazan tatarları arasında nə qədr fərqlər olsa da, Mübarək zonası planından bir qədər öncə, SSRİ KP Mərkəzi Komitəsi "Krım tatar problemini həll etmək" üçün Krım tatarlarını Tatarıstana köçürməyi və Kazan tatarları ilə "yenidən birləşmə"yə təşviq etməyə çalışmış, ancaq bu təklif də Krım tatarları tərəfindən rədd edilmişdir.
Qaçınma zonası
Qaçınma zonası səmanın Bizim Qalaktika tərəfindən gizlənmiş hissəsidir. Qaçınma zonası Süd yolunun Qalaktika mütəvisindən hər iki tərəfdə təxminən 10°-dir. 1878-ci ildə İngilis astronomu Riçard Proktor öz məqaləsində Con Hersşelin Dumanlıqların Ümumi Kataloqundakı "dumanlıq" ifadəsinə əsaslanaraq Qaçınma zonasını Bir neçə Dumanlığın Zonası olaraq qeyd etmişdi. == Arxa fon == Yerdən müşahidə zamanı Süd Yolunun müstəvisindəki( qalaktika müstəvisi) sönən rəqslər, kosmik toz və ulduzlar vizual oblastda ekstraqalaktik səmanın təxminən 20%-inin görünməsinə mane olur. Nəticədə optik qalaktik kataloqlar adətən qalaktika müstəvisi ətrafında əskikdir. == Müasir inkişaflar == Son illərdə bir çox layihələr Qaçınma zonasının yaratdığı bilik boşluğunu doldurmağa yönəlmişdir. Qalaktikamızdakı qaz və toz optik dalğa uzunluğunda udulmaya səbəb olur və buda ön plandakı ulduzların arxa fondakı qalaktikalarla qarışdırılmasına gətirib çıxarır. Eyni zamanda, dalğaların sönməsi effekti infraqırmızı oblast kimi uzun dalğa uzunluqlarında xarakterikdir və Süd yolu radiodalğa oblastında effektiv şəkildə şəffafdır. İRAS və 2MASS kimi infraqırmızı oblastda müşahidlər ekstraqalaktik səmanın daha tam təsvirini verdi. İki böyük qonşu qalaktikada Maffei 1 və Maffei 2 qalaktikalarında Qaçınma zonası Paolo Maffei tərəfindən 1968-ci ildə infraqırmızı oblasta müşahidələr zamanı aşkar edilmişdir.
Səhra zonası
Tundra zonası
Yarımsəhra zonası
Yarımsəhra – arid iqlim şəraitində formalaşan landşaft tipi. Meşəsiz olub bitki və torpaq örtüyü kompleksi ilə fərqlənir. Y. mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə səhra landşaftı, tropik qurşaqlarda isə səhra landşaftı ilə savanna landşaftı arasında keçid zonaları təşkil edir. Burada çöl, savanna və səhra landşaftlarının elementləri birləşir. (rus. полупустыня, ing. semi-desert, half-desert) Yarımsəhra, yarımsəhra zonaları — Yerin əsas landşaft tiplərindən biri. Mülayim va subtropik qurşaqlarda çöl ilə səhra, tropik qurşaqlarda isə səhra ilə savanna landşaftları arasında keçid təşkil edir. == İqlim xüsusiyyətləri == İqlimi mülayim və subtropik qurşaqlarda quru, kontinental, tropiklərdə qızmar və qurudur. Orta temperatur qışda mülayim qurşaqlarda —20°S-yə qədər, subtropiklərdə 0°S-dən yuxarı, tropiklərdə 12–20°S, yayda müvafiq olaraq 22–25°S, 20–25°S, 30°S-dir.
Ölüm zonası
Ölüm zonası (ing. Kill zone), bəzən öldürülmə zonası (ing. Killing zone) da adlanır — hərbi taktikada, müdafiə atəşi ilə əhatə olunan ərazi, yaxınlaşan düşmən qüvvəsi üçün tələ və məhv ərzində pusqu elementi.
Şengen zonası
Şengen zonası (ing. Schengen Area; fr. Espace Schengen) — Lüksemburqun, Şengen şəhərində 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən 29 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazi. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 29 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər. I Şengen müqaviləsi 1985-ci ilin 14 iyun tarixində beş Avropa ölkəsi arasında imzalanmışdır. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı Benilüks ölkələri olan Belçika, Hollandiya və Luksemburq imzalanmışdır. 1990-cı ilin 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adına adlandırılmışdır. İkinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci ilin 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliya və İspaniya da Şengen zonasına qoşulmuşdur.
Təhlükə zonası
Təhlükə zonası (ing. The Hurt Locker) — 2008-ci il ABŞ istehsalı müharibə-triller filmi. Film doqquz "Oskar" mükafatına namizəd olub və altı kateqoriya üzrə qalib gəlib. == Süjet == ABŞ ordusunun qulluqçusu serjant Vilyam Ceyms İraqda həyatı bahasına başa gələ biləcək zərərsizləşdirmə missiyasındadır — hər an partlamağa hazır olan minaların əhatəsindədir.
Sürət zonası
Sürət zonası (ing. Speed Zone!) – 1989-cu ildə macəra-komediya janrında çəkilən filmdir. Digər adı "Top nüvəsi qaçışı 3" kimi səslənir. == Məzmun == Yarışçılar yenidən "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər çoxlu ştatları qət etməlidilər. Şeyx isə yarışçıların hamısını zindana atmağa hazırdır...
Güzəştli Ticarət Zonası
Güzəştli Ticarət Zonası (GTZ) və ya Güzəştli Ticarət Razılığı — üzv ölkələr arasında müəyyən məhsullara azad ticarəti təmin edən ticarət bloku. Bu sözügedən məhsullar üzərində bəzi tariflərin aradan qaldırılmasını nəzərdə tutur. GTZ ticarət anlaşmasının bağlanması ilə əldə olunur. Bu iqtisadi inteqrasiyanın ilk səviyyəsidir. GTZ və azad ticarət zonası (ATZ) arasında fərq o qədər də böyük olmaya bilər, çünki Tarif və Ticarət üzrə Baş Sazişə görə, istənilən GTZ-nin məqsədi sonda ATZ yaratmaqdır. Bunun üstünlükləri Dünya Ticarət Təşkilatına üzv olan ölkələrin təcrübəsində görünür .
Koreya silahsızlaşdırılmış zonası
Koreya silahsızlaşdırılmış zonası (kor. 한반도 비무장지대, Hanbando Bimujangjidae; ing. Korean Demilitarized Zone, DMZ) — Şimali Koreya ilə Cənubi Koreya arasında yerləşən və Koreya yarımadasının iki hissəyə bölən 250 km uzunluğunda və 4 km enində sərhəd xətti. Zona koreya müharibəsindən sonra 1953-cü ildə Şimali Koreya, Çin və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış müqavilədən sonra yaradılmışdır. Koreya silahsızlaşdırılmış zonası dünyada ən ciddi şəkildə mühafizə edilən sərhəd xəttlərindən biri hesab olunur və qarşı tərəfə keçid yalnız xüsusi icazə əsasında, məhdud sayda məntəqələrdən mümkündür.
Meşə-tundra zonası
Qarışıq meşələr zonası
Qarışıq meşələr zonası — mülayim qurşaqda qarışıq iynəyarpaqlı və enliyarpaqlı meşələrin ərazisi. Bu meşələr ən çox mərkəzi Çin və Şimali Amerikanın şərqində yayılsa da, Qafqaz, Himalay, Cənubi Avropa və Rusiyanın Uzaq Şərqində də yayılmışdır.
Sağlamlıq Zonası (1965)
== Məzmun == Film Sovet İttifaqında yaşlı adamlar üçün yeganə Bakı sağlamlıq zonası, zamanın entuziast həkimlərinin eksperimentləri haqqındadır.
Vadati-Beniof zonası
Beniof zonası - Yerin litosfer qatından başlayaraq mantiya qatında davam edən zonadır. Yarıq müstəvilərinnin meyli okeanlardan qitələrə doğru olur. Beniof zonası çox dərin (600–700 km) fokslu zəlzələ ocaqları və aktiv vulkan fəaliyyəti ilə səciyyələnir. Bu zona üzrə subduksion proses baş verir, yəni okean qabığı plitələri qitə plitələri altına batır. == Həmçinin bax == Yerin quruluşu == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Vyetnam silahsızlaşdırılmış zonası
Vyetnam silahsızlaşdırılmış zonası (ing. Demilitarized Zone, qısaldılmış DMZ) — 1950–1970-ci illərdə Vyetnamı iki dövlətə bölən zona. Vyetnam müharibəsi zamanı bura fəal hərbi əməliyyatların aparıldığı yerə çevrilmişdir. == Tarixi == 1954-cü ildə Fransanın Hind-Çindəki müstəmləkə müharibəsinə son qoyan Cenevrə razılaşmasına əsasən, Vyetnam müvəqqəti olaraq fərqli siyasi sistemə malik iki hissəyə bölünmüşdür. Ölkənin birləşməsi 1956-cı ildə keçirilən ümumi azad seçkilərdən sonra baş tutmalı idi. Şimali və Cənubi Vyetnam 17-ci paralel boyunca hərbi qurğuların və ya hərbi hissələrin yerləşdirilməsinin qadağan edildiyi silahsızlaşdırılmış zona ilə bölünmüşdür. Bir neçə kilometr enində olan bu zona Vyetnamın bölünməsinin simvoluna çevrilən Benhay çayının hər iki sahilində Kuanqçi və Vinlin şəhərləri arasında uzanırdı.
Çernobıl təcrid zonası
Çernobıl təcrid zonası (ukr. Зона відчуження Чорнобильської АЕС‌) - 1986-cı ilin 26 aprel tarixində baş vermiş Çernobıl faciəsindən sonra Çernobıl AES-i və Pripyat şəhərinin ərazilərində yaradılmış xüsusi bölgə.