Adi ərsindimdik
Adi ərsindimdik (lat. Platalea leucorodia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinin ərsindimdik cinsinə aid heyvan növü.
Nadir, sayı azalmaqda olan yuvalayan növdür. Azərbaycan ərazisində bütün iri su hövzələrində yuvalayırdı. Hazırda yalnız Ağgöl, Qızılağac və Mahmudçalada yuvalayır (digər su hövzələrində stabil yuvalamır).
Qamışlıqlarla örtülü düzənlik su hövzələrində yaşayır. Yuvalama biotopları insan üçün çətin keçilən qamışlıqlar, eləcə də yulğunluqlardır.
Son illər ərsindimdiklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır. Əgər Ağgöldə 1964-cü ildə 5320 quş, 1968-ci ildə – 2200 quş qeyd edilmişdirsə, 80-ci illərin sonunda yuvalayan populyasiyalarda bu quşların sayı 200-ə qədər olmuşdur.
Ərsindimdik rahatsızlıq amilinə çox duyuq quşdur.