ƏSNƏMƏK

f. Yuxu gəldikdə, yaxud yuxudan təzə ayılanda, yaxud da yorğunluq nəticəsində qeyri-iradi olaraq ağzını geniş açaraq dərindən və davamlı surətdə nəfəsini içəri çəkib dərhal buraxmaq.
Mənim yuxum qaçır, nənəm əsnəyir. A.Səhhət.
Övrət bikar oturub başlayır əsnəməyə. C.Məmmədquluzadə.
Katibə yorğunluğunu gizlədə bilməyib əsnəyəndə əlini ağzına tutdu. M.Hüseyn.

Этимология

  • ƏSNƏMƏK Əsmək, əsin (bu söz qabaqlar külək mənasında çox işlədilib) sözləri ilə kökdaşdır və qədim mənası rus dilindəki дуть feili ilə tərcümə olunub
ƏSNƏMƏ
ƏSNƏŞMƏ
OBASTAN VİKİ
Əsnəmək
Əsnəmək— eyni vaxtda havanın tənəffüs edilməsi və qulaq pərdələrinin gərilməsindən sonra nəfəsin çıxarılmasından ibarət olan bir refleksdir. Bu proses ən çox yetkinlərdə yuxudan dərhal əvvəl və ya sonra, yorucu fəaliyyətlər zamanı baş verir. Eyni zamanda insanlara keçici keyfiyyəti ilə xarakterizə olunur. Bu refleks yorğunluq, stress, yuxu, cansıxıcılıq və hətta aclıqla əlaqələndirilir. İnsanlarda əsnəmək əksər hallarda başqalarının əsnədiyi zaman baş verir.

Значение слова в других словарях