ƏTƏK

is.
1. Paltarın beldən aşağı tərəfə uzanan hissəsi. Paltonun ətəyi uzundur. Pencəyin ətəyini bir qədər qısaltmaq lazımdır.
– Sancıb belə nazənin ətəklər; Cəm eyləyəlim gözəl çiçəklər. Füzuli.
Dəli Səməd ətəklərini çırpıb, durub getdi və dala baxa-baxa gülümsünüb deyirdi… Çəmənzəminli.
Bacı və qardaş ətəklərinə yığdıqları qulancarları yerə töküb oturdular… S.S.Axundov.

// Paltar ətəyinə oxşayan hər şey.
Şeyxin anası çadırın ətəyini qaldırıb hara isə baxır, sonra oğluna tərəf dönür. Ə.Məmmədxanlı.

2. Dağın, yamacın və ümumiyyətlə, hündür yerin aşağı tərəfləri. Dağ ətəyi.
– Qarabağda dağın ətəyində, … çəməndə atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşı … fikirli oturubdur. C.Məmmədquluzadə.
Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. A.Şaiq.
Getdikcə ağacların sayı artır və dağların çılpaq ətək və zirvələri də yaşıl dona bürünür. M.İbrahimov.

// Bir yerin yaxını, yaxın tərəfi. Meşənin ətəyi.
– Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.

3. Ağac budaqlarının, qalxandan sonra aşağı əyilən yerləri, alçaq hissəsi. Ağacın ətəyini qırmaq. Tut ağacının ətəklərindəki tutları uşaqlar yeyib qurtarmışlar.
4. Adətən “bir” sözü ilə – qeyri-müəyyən çoxluq bildirir.
[Məşədi İbad:] Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Ü.Hacıbəyov.
[Seyid Əhməd:] Mən iki dəfə bu şəhərə gəlib, hər dəfəsində bir ətək pul aparmışam. Ə.Haqverdiyev.
[Gileygüzarov:] Bir görün nadan yenə bir ətək pul qazandı.
Mənimsə sandıqda xoruz səsi eşitməmiş gül kimi əsərlərim çap olunmamış yatıb qalır. S.Rüstəm.

◊ Ətək altdan ötürmək1) xəlvəti, gizli vermək;
2) yaddan çıxarmaq, unutmaq.
Bəzən böyük kitablardan nümunələr gətirir; Lakin vicdan kitabını ətək altdan ötürür. S.Vurğun.

Ətəyin tutmaq – bax ətəyindən tutmaq (yapışmaq).
Əğyar ətəgin tutma və əğyarə yapışma. Nəsimi.

Ətəyindən tutmaq (yapışmaq) – yalvarmaq, himayə, kömək istəmək, pənah gətirmək.
Sığın Allahına, tut ətəyindən; Olmuş qulaqların yoxsa kar sənin. Aşıq Məhəmməd.
[Mərcan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut. A.Şaiq.
Balama sən kömək ol; Ətəyindən tutmuşam; Qadan alım, tək sənin. B.Vahabzadə.

Ətəyini buraxmaq – əl çəkmək, boşlamaq.
[Sərdar Rəşid:] Qoy mənim bacım Mahrunun ətəyini buraxsın, onun üçün haradan istəyirsə, mən qız tapıb evləndirim. M.S.Ordubadi.

Ətəyini çəkmək – qarşısını almaq, mübarizə aparmaq, yol verməmək.
Qanun pozanların ətəyini çək; Şəhər nəfəs alsın körpələr kimi! S.Rüstəm.

Abrını ətəyinə bükmək – bax abır.
[Hafizə xanım:] Vallah, bu saat abrını ətəyinə bükərəm. Ə.Haqverdiyev.
[Mürşüd:] Sadıq! Sənin arvadın mənim abrımı bükdü ətəyimə, saldı yola. S.Rəhman.

Daşı ətəyindən tökmək – bax daş.
Canlar alan cəlladbaşı; Ətəyindən tökdü daşı. Aşıq Həsən.

Əl mənim, ətək sənin – bax əl. [Fatmanisə:] Molla Əlyar, atam-anam sənə qurban, qələminə mənim canım qurban olsun, əl mənim, ətək sənin.
Ya ətəyini kəs, ya mənim əlimi. Ə.Haqverdiyev.

Этимология

  • ƏTƏK Qədim mənbələrdə adaq, aşaq formalarında yazılıb, onu ayaq və aşağı sözləri ilə qohum hesab etmək olar
ƏTƏC
ƏTƏK-ƏTƏK
OBASTAN VİKİ
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən örtən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. == Tarixi == === Erkən dövr === Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Ətək (şəhər)
Ətək ㅡ Yəməndə şəhər. Şəbva mühafəzəsinin inzibati mərkəzi. Səna şəhərindən 458 km uzaqlıqda yerləşir.
Mini ətək
Mini ətək diz qapağından yuxarıda qalan qısa ətəklərə verilən ümumi addır. Tarixi E.ə. XIV əsrə gedib çıxan mini ətək 1960-cı illərdə məşhurlaşmışdır. Jozefina Beykerin 1920-ci illərdə nümayişlərdə istifadə etdiyi "banan paltarı" müasir mini ətəyin ilk nümunələrindən biri hesab olunur. Mikro ətək çox qısa bir yubka növü olub, mini ətəkdən daha qısadır. Mikro ətək, altından başqa bir paltar geyilmədiyi təqdirdə, ombanın aşağı hissəsini açıq buraxır. Bunun qarşısını almaq üçün onu tayt və ya şortla bərabər geyinmək mümkündür. == Xarici keçidlər == "1960'ların modası". Viktoriya və Albert Muzeyi. 18 sentyabr 2016 tarixində arxivləşdirilib.

Значение слова в других словарях