əhvallaşmaq
əxlaqi
OBASTAN VİKİ
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. == Ümumi məlumat == Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür).
Məkarimi-əxlaq
Məkarimi-əxlaq — Seyid Yəhya Bakuvinin nadir əsərlərindəndir. Mövzusu islami-ürfani əxlaq olan bu əsərdə əməli salehlik və əxlaqın imanın əsası olması məsələlərinə diqqət yetirilir. Peyğəmbərin və onun yolunda olanların ən mühüm xüsusiyyətlərindən birinin əxlaq olduğu vurğulanır. İnsanda yamanlıq duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Əsər nəsrlə yazılmışdır. Əsərin İstanbul Universiteti kitabxanasındakı nüsxəsinin adı Əxlaqi-mahmudatdır.
Əxlaq fəlsəfəsi
Etika (q.yun. ἠθικόν qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Əxlaq fəlsəfəsi də adlandırılır Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.
Əxlaq metafizikası
Əxlaqın Metafizikası (alm. Die Metaphysik der Sitten‎) İmmanuel Kantın 1797-ci ildə yazdığı siyasi və əxlaqi fəlsəfə əsəridir. Quruluş baxımından o, iki hissəyə bölünür: hüquqlardan bəhs edən Hüquq Doktrinası və fəzilətlərdən bəhs edən Fəzilət Doktrinası. Kantın əsərdə etik nəzəriyyələrinin inkişafı " kateqorik imperativ " konsepsiyasının təkamülünü və vəzifələr kontekstində bəşəriyyətə rasional varlıqlar kimi yanaşmağın nəticələrinin tədqiqini əhatə edir.
Əxlaq norması
Əxlaq norması — əxlaqi tələblərin eyni tipli davranışlara şamil edilən ümumi göstərişlər və qadağalar vasitəsilə insanların davranışını tənzim edən formasıdır. Hüquq normalarından fərqli olaraq əxlaq norması dövlət hakimiyyəti tərəfindən deyil, adət və ictimai rəyin gücü ilə sanksiya alır; cəmiyyətin əxlaqi şüurunda kimin tərəfindənsə xüsusi verilən qanun nəticəsində deyil, kortəbii formalaşır. Əxlaq normaları öz-özlüyündə hələ insanın davranışı üçün məqbul rəhbərlik ola bilməz; abstrakt ümumiliyə malik olduqlarından bu, normal xüsusi vəziyyətlərlə bağlı mümkün istisnaları nəzərdə tutmur. Buna görə də konkret vəziyyətlərdə bu və ya digər əxlaq normalarının tətbiqi məsələsi məzmunca daha ümumi əxlaq prinsipləri əsasında həll olunmalıdır. Sosial məzmununa görə əxlaq norması həm ümumbəşəri, həm də tarixən məhdud, sinfi xarakterə malik ola bilər. Sonuncu halda bir sosial formasiyadan digərinə keçid zamanı uzun vaxt ərzində köhnə əxlaq normalarının dağılması və yenilərinin yaranması baş verir.
Əxlaq statistikası
Əxlaq statistikası mənəviyyat statistikası — elmi fənn və praktiki biliklər sahəsi; obyekti qarşılıqlı əlaqəli statistik göstəricilər sisteminin hesablanması və təhlili metodu ilə insanın, ailənin və cəmiyyətin əxlaqi (mənəvi) vəziyyətini, iradə bəyanını və inkişafını səciyyələndirən kütləvi halların kəmiyyətcə müşahidəsi və ümumiləşdirilməsindən ibarətdir. Buraya cinayətlər (şəxs və əmlaka qarşı), savadsızlıq, intihar, nikahdan kənar doğuş, abort, boşanma, fahişəlik və kütləvi yoxsulluq statistikaları daxildir. == Mənşəyi == Bu məlumatların toplanması çox zaman ingilis alimi Con Qrauntun adı ilə əlaqələndirilir 1682-ci ildə Qraunt London kilsələrindən topladığı doğum və ölüm məlumatları haqqında cədvəl əsasında Londonda ölümlə bağlı məlumatları təhlil etdi. Əhali haqqında statistik məlumatların sistematik toplanmasının başlanğıcı (indi bu elm demoqrafiya adlanır) XVIII əsrin ortalarına təsadüf edir: Bu sahədə İohan Piter Zyusmilxin fəaliyyətinə daha çox önəm verilir. Əxlaq statistikasına dair məlumatlar XIX əsrin əvvəllərində müxtəlif dövlət qurumları (ən çox Fransa və İngiltərə) tərəfindən toplanmağa və yayılmağa başlandı. Bu məlumatlardan sosial islahatlarla bağlı debatlarda geniş istifadə edilirdi. Əxlaqi statistika mövzusuna dair ilk böyük əsər, 1833-cü ildə Andre-Mişel Kerri tərəfindən yazılmış "Fransa əxlaqi statistikaları haqqında oçerk" olmuşdur. Britaniyada bu problem Jozef Fletçer tərəfindən tədqiq edilməyə başlanmışdır. O, 1847-ci ildən İngiltərə və Uelsin əxlaqi və təhsil statistikası haqqında bir neçə məqalə dərc edərək eyni problemlə məşğul oldu. Müasir əxlaqi statistikanın yaranması isə Belçikalı Adolf Ketlenin (1796–1874) fəaliyyəti ilə əlaqələndirilir.
Təhzibül-əxlaq
Təhzibül-əxlaq — Abbasqulu ağa Bakıxanovun pedaqogika və psixologiyaya dair elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəri. Fars dilində qələmə alınan bu əsər 12 fəsil və nəticədən ibarətdir. Müəllif əsərdə cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklinə salaraq təqdim edir. Əsər, Sovet dövründə pedaqoji bir əsər kimi qiymətləndirilsə və dini-təsəvvüfi məzmunu ilə didaktik yönü gözardı edilsə də, əsərdə Şərq ədəbiyyatında geniş yayılan klassik dini-təsəvvüfi və didaktik xarakterli əsərlərin XIX əsr elmi və metodologiyası ilə birləşdirildiyi və dövrün tələbləri nəzərə alınaraq sintezə nail olunduğu görünür. == Tədqiqi == Bakıxanovun əxlaq düşüncəsi, xüsusilə də "Təhzibül-Əxlaq" əsəri ilə bağlı ən geniş tədqiqat Heydər Hüseynov tərəfindən aparılmışdır. Rus dilinə və Azərbaycan türkcəsinə tərcümə edilmiş olan bu əsərin indiyədək tənqidi mətni hazırlanmayıb. Qeyd etmək lazımdır ki, əsərin hər iki dilə edilən tərcümələrində bir sıra səhvlər və uyğunsuzluqlar mövcuddur. Əsərin bir digər tədqiqatçısı Dr. Elmin Əliyevdir. O," Abbaskulu Bakühanlı ve Ahlak Düşüncesi" adlı dissertasiyasında "Təhzibül-Əxlaq" əsərinin Bakıxanov üçün önəminə diqqət çəkir.
Seyid Həsən Əxlaq
Seyid Həsən Əxlaq (fars. سید حسن اخلاق‎; 1 iyun 1976, Bamyan[d]) — Əfqan və İran filosofu. == Həyatı == Axlaq 1976-cı ildə Əfqanıstanın Bamyan əyalətinin Sayqan şəhərində anadan olub. Dörd yaşında İrana köçüb. Məşhəddə ibtidai və orta məktəbləri bitirərək klassik dini seminariyaları öyrənməyə başlayıb. Daha sonra Razavi İslam Elmləri Universitetində İslam ilahiyyatı və fəlsəfəsi üzrə təhsil alıb. 2022-ci ildə Feyrfild Universitetində çıxış edərək qaçqın həyatı, Əfqanıstanda tənqidi düşüncəni inkişaf etdirmə və akademik azadlığı təşviq etmək üçün göstərdiyi səylər, eləcə də fəlsəfi və siyasi baxışları səbəbindən sürgün olunmasından bəhs edib. O, İmam Xomeyni Beynəlxalq Universitetində Qərb fəlsəfəsi sahəsində magistr dərəcəsini və Əllamə Təbatəbai Universitetində Qərb fəlsəfəsi üzrə doktorluq dərəcəsi almışdır. == Yaradıcılığı == == Əsərləri == The secular and the sacred: complementary and/or conflictual? Washington DC: The Council for Research in Values and Philosophy, 2017, ISBN 978-156-518-320-9 From Rumi to Nietzsche, Qom: Sulok-e Javan: 1386/2007 Solar Hejri, ISBN 964-9958-01-0 The Philosophical discourse between Islam and the West, Qom: Al-Mustafa International University, 1387/2008, ISBN 978-964-195-005-9 The Tradition of enlightenment in the West and Islam, Tehran: Amir Kabir, 1389/2009, ISBN 978-964-00-1231-4 From Tradition of Balkh to Modernity of Paris, Kabul: Nebras Research Institute, 1389/2010, B745.
Məhəmməd Reza Əxlaqpasand
Məhəmməd Reza Əxlaqpasand (12 dekabr 1978) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Məhəmməd Reza Əxlaqpasand İranı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
İslam dinində ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. == Xüsusiyyətləri == İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
İslamda ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. == Xüsusiyyətləri == İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
Əxlaqi-Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. == Məzmun == Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. == Nəşr və tərcümə == Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. == Həmçinin bax == Övsafül-Əşraf == İstinadlar == == Xarici keçidlər == Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Əxlaqi Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. == Məzmun == Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. == Nəşr və tərcümə == Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. == Həmçinin bax == Övsafül-Əşraf == İstinadlar == == Xarici keçidlər == Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Əxlaqi qiymət
Əxlaqi qiymət — sosial gerçəkliyin müxtəlif hadisələrinin və insanların davranışlarının hansı əxlaqi məna daşımalarından asılı olaraq bəyənilməsi və ya pislənməsidir. İnsanlara müəyyən əxlaqi davranışların həyata keçirilməsini təlqin edən Əxlaq normasından fərqli əxlaqi qiymət davranışların əxlaqın tələblərinə uyğunluğu və ya uyğun gəlməməsinin müəyyən edir. Ümumi əxlaqi qiymət xeyir və şər kateqoriyaları ilə həyata keçirilir, əxlaqın obyektiv meyarına əsaslanır. Bu meyar da tarixi xarakterə malikdir və ictimai quruluşdan, sinfi mübarizədən və . s. asılı olaraq dəyişir. Əxlaqi qiymətin əsasında davranışların sosial əhəmiyyətinin dərk edilməsi durur. Bu əsasda da əxlaqi qiymətin köməyilə insanların davranışını tənzim etmək mümkündür.
Əxlaqsız oyunlar (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. == Məzmun == Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Əxlaqsızlıq
Əxlaqsızlıq — (en. indecency ~ ru. непристойность ~ tr. ahlaksızlık)– adi insanları təhqir edən, ancaq açıq-saçıqlığın (OBSCENITY) hüquqi meyarlarına uyğun gəlməyən material. ABŞ-də əxlaqsız material söz azadlığı ilə bağlı Birinci düzəliş [First Amendment] tərəfindən qorunur və çapda, kabel televiziyasında və İnternetdə leqal hesab olunur (ancaq kütləvi kanallardan istifadə edən radio və televiziyada qadağandır). Əxlaqsızlıq fəlsəfədə əxlaqın əksini (yəni əxlaqsızlığı) deyil, əksinə, müxtəlif tarixi dövrlərdə və müxtəlif cəmiyyətlərdə insanların davranışlarını istiqamətləndirən qaydalar və normalar kompleksinə qarşı arzuolunan və ya şüursuz şəkildə əsaslandırılmış laqeydliyi ifadə edən bir termindir. Buna görə də əxlaqsızlıq yaxşı və şərin ümumbəşəri prinsipləri altına salına bilməyən, hər hansı bir əxlaq normasının olmaması və ya onun qiymətləndirmə meyarı kimi qəbul edilməsinin mümkünsüzlüyü qeyd edilən bütün hərəkətlərdə formalaşır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == "A resource for educating the public and reporting violations of internet obscenity laws" Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine 2005, Senate Commerce, Science & Transportation Cmte. Hearing on Decency in the Media archive at CSpan.
Ağaların əxlaqı və qulların əxlaqı
Ağaların əxlaqı və qulların əxlaqı (alm. Herren- und Sklavenmoral‎) ― alman filosofu Fridrix Nitsşenin əsərlərində, xüsusən də "Əxlaqın genealogiyası" (1887) əsərində toxunduğu mövzulardan biri. Nitsşe əxlaqın iki əsas növünün olduğunu iddia edir: "ağa əxlaqı" və "qul əxlaqı". Qul əxlaqına sahib insanlar xeyirxahlığa, təvazökarlığa və mərhəmətə, ağa əxlaqına sahib insanlar isə qürur, güc və nəcibliyə dəyər verir. Ağa əxlaqı, əməlləri törədəni nəticələrinin yaxşı və ya pis olmasına görə qiymətləndirir. Qul əxlaqı isə əməlləri yaxşı və ya pis niyyətə görə qiymətləndirir. Ağa əxlaqı və qul əxlaqı insan emosiyalarını nəzərə almır. Nitsşe əxlaqın bəşər mədəniyyətinin müəyyən bir növünün formalaşmasından ayrılmaz olduğunu müdafiə edirdi. Mədəniyyətin dili, onun kod və təcrübələri, mədəni təcrübə və institutlar bu iki əxlaq quruluşunun mübarizəsindən yaranır.

Значение слова в других словарях