sif. [ ər. ]
1. Açıq, aşkar, gözlə görünən, göz qabağında olan, tamamilə aydın, inandırıcı. Əyani misal. Əyani sübut, dəlil.
// Zərf mənasında. Deyilənləri əyani göstərmək.
2. ped. Məktəbdə öyrənilən fənlərə dair material və modelləri tələbələrə bilavasitə göstərmək əsasında qurulmuş və buna xidmət edən. Əyani tədris.
□ Əyani təhsil – qiyabi təhsildən fərqli olaraq, məktəbdə dərs və məşğələlərə müntəzəm surətdə davametmə yolu ilə təhsil alma üsulu.