ASİ

повстанец, неподчиняющийся, непокорный
ASILMAQ
ASİLİK
OBASTAN VİKİ
Abdulla bəy Asi
Abdulla bəy Əli bəy oğlu Fuladov — öz dövrünün ziyalısı, şair, mütəfəkkir. Əli bəy Fuladovun oğlu, İbrahim bəy Azərin kiçik qardaşı və Qasım bəy Zakirin nəvəsi. == Həyatı == Abdulla bəy Asi Əli bəy və Nənuş xanımın ailəsində 1841-ci ildə Şuşada anadan olmuşdur. Atası Əli bəy məşhur Azərbaycan şairi Qasım bəy Zakirin oğlu olmuşdur. Bundan başqa, Abdulla bəyin kiçik qardaşları İbrahim bəy Azər və Xudadat bəy Poladov da şair olmuşdur. Erkən yaşda atasını itirdiyinə görə babası Qasım bəy Zakirin himayəsində böyümüşdür. Ailə kökən olaraq Qarabağ xanları nəslindən gəlməkdədir. İlk təhsilini Şuşa şəhərində almış, daha sonradan mədrəsədə təhsilini davam etdirmişdir. Erkən yaşlarından şeirlər yazmağa başlamış və Azərbaycan dilindən başqa, ərəb, fars dillərində də şeirlər yazmışdır. Gəncliyində Əlişir Nəvainin əsərlərini oxumuş, bu əsərlərdən Çağatay dilini öyrənmiş və bu dildə bir neçə qəzəl də yazmışdır.
Asi
Asi (عاصی - üsyançı):
Asi Rəhbani
Asi Rəhbani (ərəb. عاصي الرحباني‎; 3 may 1923, Əntilyas, Böyük Livan – 21 iyun 1986, Beyrut) — Livan bəstəkarı. Mənsur və İlyas Rəhbaninin qardaşı idi. Feyruz onun həyat yoldaşı idi. == Həyatı == Asi 4 may 1923-cü ildə Əntilyas kəndində (Livan, Beyrutdan 10 km şimalda) anadan olub. Valideynləri: Hanna Elias Rahbani və Saadi Saab. Böyüdüyü mühit onun ideya, mövzu və kontekst baxımından bədii zövqünə təsir etməkdə əsas rol oynayıb. O, erkən yaşlarından daha çox qərb musiqisindən bəhrələnirdi. İlk musiqi aləti, skripka, sonra isə fortepianonun incəliklərinə yiyələnmişdir.
Asi çayı
Asi (türk. Asi Nehri) və ya Əl-Asi (ərəb. ‏العاصي‎), həmçinin Oront (yun. ‏Ορόντης) — Livan, Suriya və Türkiyədə çay. Uzunluğu 571 km, hövzə sahəsi 22,300 km2 qədərdir. Orta su axını təxminən 80 m3/s təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Asi çayı ilə əlaqəli mediafayllar var.
2010 FİFA Dünya Kubokunun Asiya seçmə mərhələsi
2011 Asiya Qış Oyunları
2011 Asiya Qış Oyunları — Qazaxıstanın Astana və Almatı şəhərlərində təşkil edilən idman yarışı. 2011-ci ilin Yanvar ayının 20-dən Fevral ayının 6-a qədər keçirilən müsabiqələr, Asiya Qış Oyunları tarixində 7-ci yarış olmuşdur. Qazaxıstan, SSRİ-dən ayrıldıqdan sonra ilk dəfə bu miqyasda bir yarışa ev sahibliyi etdi. == Ev sahibi şəhərin seçimi == Yarışa ev sahibliyi edəcək ölkə, 2006-cı ilin Mart ayının 4-də Küveytdə açıqlandı. == İştirakçı ölkələr == Yarışa 26 ölkə iştirak etmişdir. Bəhreyn, Qətər və Sinqapur ilk dəfə iştirak edərkən, 2007-ci ildə iştirak etmiş Makao və Pakistan bu dəfə iştirak etmədi. == İdmanlar == Mötərizə içində verilən məlumatı, hər idman üçün medal paylanan kateqoriyaların sayını göstərir. == İdman qurğuları == == Medal Cədvəli == Qazaxıstan medal cədvəlinizirvədə tamamladı. İran ve Qırğızıstan Asiya Qış Oyunlarındaki ilk medallarını qazandılar.
2021 Cənub-Şərqi Asiya Oyunları
Ümumilikdə 31-ci Cənub-Şərqi Asiya Oyunları kimi tanınan və daha çox Vyetnam 2021 kimi tanınan 2021-ci il Cənub-Şərqi Asiya Oyunları 2022-ci il mayın 12-dən 23-dək keçiriləcək iki ildən bir keçirilən regional multi-idman tədbiri olan Cənub-Şərqi Asiya Oyunlarının 31-ci buraxılışı olacaq. Hanoi, Vyetnam. Əvvəlcə 21 Noyabr — 2 dekabr 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılırdı, COVID-19 pandemiyası nəticəsində 12–23 may 2022-ci il tarixinə köçürüldü. Burada əsasən Olimpiya Oyunlarında oynanan 40 idman növü olacaq. Vyetnam 2003-cü ildən bəri ikinci dəfədir ki, Dəniz Oyunlarını keçirəcək. == Ev sahibi seçilməsi == Hanoy və Ho Chi Minh şəhəri oyunlara ev sahibliyi etmək üçün öz təkliflərini təqdim etdilər. Ho Chi Minh City əvvəlcə üstünlük verilən şəhər olsa da, Hanoy mövcud idman qurğularına görə prioritet yer hesab olunur. Bu, Vyetnamın Baş naziri Nguyễn Tấn Dũng ölkənin maliyyə məhdudiyyətlərini əsas gətirərək 2018-ci il Asiya Oyunlarına ev sahibliyindən çıxmasından sonra əyalət və şəhərlərə xərcləri azaltmaq üçün idman tədbirləri üçün yeni obyektlər tikməməyi əmr etdikdən sonra baş verib. == Ertələnməsi == Əvvəlcə 21 noyabr — 2 dekabr 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılan 2021 Cənub-Şərqi Asiya Oyunları COVID-19 pandemiyası səbəbindən 2022-ci il mayın 12-dən 23-nə təxirə salındı.
AFK Asiya Kuboku
AFK Asiya Kuboku — AFK üzv ölkələri arasında keçirilən beynəlxalq futbol turniri. Amerika Kubokundan sonra dünyanın ikinci ən qədim qitə futbol çempionatıdır.
AH8 Asiya marşrutu
AH8 Asiya marşrutu — Şimali Avropanı İranla birləşdirən beynəlxalq Asiya şəbəkəsinin əsas yollarından biridir. Uzunluğu 4718 kilometrdir. == Marşrut == Marşrut Finlandiya ilə sərhəddən başlayır. Daha sonra marşrut aşağıdakı kimidir: Sankt-Peterburq - Moskva - Volqoqrad - Həştərxan - Kizlyar - Mahaçqala - Dərbənd - Bakı - Tehran - Bəndər-İman.
Achillea asiatica
Asiya boymadərəni (lat. Achillea asiatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Aleksandra Asimaki
Aleksandra Asimaki (28 iyun 1988, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Aleksandra Asimaki, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Allium sativum subsp. asiae-mediae
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Amelanchier asiatica
Asiya irqası (lat. Amelanchier asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Amerika asiyalıları
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Amerikalı asiyalılar
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Asiat Naniyeva
Asiat Naniyeva (18 yanvar 1940, Sir[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Cənubi Osetiya uşaq yazıçısı, publisist və tərcüməçi. Osetiya Yazıçılar Birliyinin və Cənubi Osetiya Yazıçılar Birliyinin üzvü. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. Nafi Cusoyti adına ədəbi mükafat laureatı (Cənubi Osetiya). == Bioqrafiyası == O, 1940-cı ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sir kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirir, sonra Leninqorski rayonunun Zakkor kəndində orta məktəbdə oxuyur. Məktəbin ədəbi dərnəyinin fəaliyyətində iştirak etmişdir. Məktəbli ikən ilk jurnalist yazılarını "Molodoy Stalinets" qəzetində dərc etdirir. Orta təhsilini 1958-ci ildə bitirmişdir. Cəbhəçi atasının ölümündən sonra o, anasına ev işlərində kömək edir.
Asif
Asif — Azərbaycanlı kişi adı. Asif Manafov — Asif Mirili — Asif Mehraliyev — Asif İmaməliyev — Asif İsaoğlu — Asif Məmmədov Asif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Asif, Vasif, Ağasif (film, 1983)
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Asif Abdullayev
Asif Abdullayev (15 dekabr 1975, Arıqdam, Gədəbəy rayonu – 29 yanvar 1994, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələri əsgəri, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Asif Abdullayev 15 dekabr 1975-ci ildə Gədəbəy rayonunun Arıqdam kəndində anadan olub. 1991-ci ildə öz kəndlərində orta məktəbi bitirib, Gədəbəy rayon texniki məktəbinə daxil olub. Həmin il oranı bitirdikdən sonra 1992-ci il yanvarın 28-də 15 saylı əmrə əsasən N saylı hərbi hissədə xidmətdə olub. İlk döyüş yolunu Tərtər rayonunda başlayıb. 29 yanvar 1994-cü ildə Qlobus yüksəkliyi uğrunda gedən döyüşdə itkin düşüb. == Xarici keçidlər == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Asif Abışov
Asif Əlövsət oğlu Abışov (16 may 1992, Lək, Bərdə rayonu – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Asiman
Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir. İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1986-1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır. Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.
Asif Ata
Əfəndiyev Asif Qasım oğlu (Asif Ata - İnam Ata; 25 sentyabr 1935, Çaykənd – 6 iyun 1997, Bakı) — filosof, Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısı, ruhaniyyatçı. == Həyatı == Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur. Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975.
Asif Ataşov
Asif Kərim oğlu Ataşov (10 aprel 2002, Xırdalan – 1 oktyabr 2020, Dəmirçilər, Tərtər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Ataşov 10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. == Hərbi xidməti == Asif Ataşov 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Asif Ataşov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O 1 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Dəmirçilər kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Şəhidin nəşi Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Asif Azayev
Asif Məhəmmədağa oğlu Azayev (1 fevral 1985, Həmyəli, Şamaxı rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1991–1997-ci illərdə Həmyəli kənd tam orta məktəbində, 1997–2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali təhsilini 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərbi təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı. == Hərbi xidməti == Asif Azayev 2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Növbəti illərdə Murovdağ istiqamətində xidmət edən Asif Azayev, 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə savaşıb. Asif Azayev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başladı. Azərbaycan Ordusunun mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Asif Azərelli
Asif Azərelli (19 iyul 1946, Uğurbəyli, Bərdə rayonu – 4 sentyabr 2022) — əməkdar rəssam. Ən çox qəbul edilən Dədə Qorqud obrazının yardıcısı kimi tanınır. == Həyatı == Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Azərbaycanın Qarabağ bölgəsində Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülmüşdür. 1980-ci ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir. 1980-ci ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1983–1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olmuşdur. Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi çalışırdı. Onun işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir.
Asif Ağayev
Asif Əzizağa oğlu Ağayev (1961, Ulacalı, Sabirabad rayonu) — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, Şamaxı Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlamışdır. Sonralar "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini, 2013–2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib YAP-ın üzvüdür. Evlidir, 2 övladı var.
Asif Bəkirli
Asif Şahnəzər oğlu Bəkirli (1964, Alıkənd, Göyçay rayonu) — Publisist, Professional Kouç, Auditor, "Fəxri Fərman", "Tərəqqi" medalı, "Əməkdar mühəndis" və "Qızıl Qələm" mükafatı laureatı. == Həyatı == Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunun Alıkənd kəndində neftçi ailəsində anadan olmuşdur. Bakı şəhər 220 nömrəli və Göyçay şəhər 9 nömrəli orta ümüm-təhsil məktəblərində təhsil almışdır.1981-ci ildən əmək fəaliyyətinə çilingər kimi başlamış, 1982–1984-cü illərdə Rusiya Federasiyasının Amur vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. 1984–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsində təhsil almış və oranı İnşaat mühəndisi ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == Ali təhsilini aldıqdan sonra 1989-cu ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi-mühəndisdən başlayaraq ardıcıl olaraq, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, şöbə rəisi, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi kimi çalışmışdır. 2005–2011-ci illərdə Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləmiş, 2011-ci ildən etibarən SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi işləyib. 2023-cü ilin sonlarından Azfen MMC-nin Baş direktorunun müşaviri, 2024-cü ilin əvvəlindən isə İnsan Resursları üzrə müavini kimi çalışır. Fəaliyyəti dövründə dünyanın inkişaf etmiş bir çox ölkələrində işgüzar səfərlərdə olmuş, ölkə daxilində və xaricində ən yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə təşkil olunmuş menecmentlik, insan resurslarının idarəedilməsi, liderlik, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi idarəetmə sistemləri ilə bağlı təlim və praktiki kurslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür. Bu sertifikatlar içərisində Avropa Keyfiyyət Təşkilatının (EQQ ) ISO keyfiyyət, OHSAS 18001 Əməyin Mühafizəsi Təhlükəsizliyi, ISO 14000 Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Auditor sertifikatları da vardır. Beynəlxalq standartların tətbiqi və insan resurslarının idarəedilməsi ilə bağlı mütəmadi olaraq mətbuat və Kütləvi İnformasiya vasitələrində çıxışlar etmiş və məqalələri dərc olunmuşdur.
Asif Cahangirov
Asif Baxış oğlu Cahangirov (5 iyun 1948, Stepanakert) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000) == Həyatı == Asif Cahangirov 5 iyun 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Əslən qarabağlıdır. Bəy silkindəndir. Cahangirbəyovlar şəcərəsinin məlum olan tarixi təxminən XVIII əsrin 20–30-cu illərindən başlayır. Atası, Cahangirov Baxış İsmayıl bəy oğlu (1913–1989) Dağlıq Qarabağ Muxtar Vilayətinin (kecmiş Yelizavetpol quberniyası Şuşa mahalının) Tuğ kənində anadan olmuşdur. Uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif şöbəsi müdirinin müavini olmuşdur. Fin və Böyük Vətən müharibələrinin iştirakçısı, II dərəcəli müharibə əlili idi. Anası, Cahangirova (Əfəndiyeva) Rəna İdris qızı (1922–1994), Füzuli (keçmiş Karyagin) rayonunun Saracıq kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə hərbi hospitalda tibb baçısı işləmiş, ailə qurduqdan sonra evdar qadın olmuşdur.

Digər lüğətlərdə