DƏF

DƏF I is. [ ər. ] mus. Zərbli musiqi alətlərindən biri, qaval. Bir neçə dəqiqədən sonra, qızlar dəf, ud və kamança ilə gəlib oturdular (M.S.Ordubadi).

DƏF II is. [ ər. ] Yox etmə, məhv etmə. Mən istədim ki, Allaha dua edəm, bu bəlanı bizdən dəf eləsin (S.Rəhman).

DEMƏK
DƏHNƏ
OBASTAN VİKİ
Dəf
Dəf - zərb aləti. == Tarixçə == Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə belə yazır: == Quruluşu == Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250–260 mm, sağanağının qalınlığı 45–50 mm-dir.
Nüydü dəfinəsi
Nüydü dəfinəsi — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında tapılmış antik dövrə aid gümüş pullar dəfinəsi. 36 sikkədən ibarət dəfinə 11 №-li qadın qəbirində bükülü vəziyyətdə basdırılmış ölünün ayaq tərəfinə qoyulmuş kiçik küpədə (dopu) aşkar edilmişdir. Bir üzünda sxematik insan başı, əks tərəfində isə əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi—?) tutmuş adam təsviri həkk edilmiş sikkələrin yazısı yoxdur. Yerli alban (Qafqaz) pulları olan bu sikkələr Makedoniyalı İskəndərin pullarına bənzədilərək kəsilmişdir. Belə anonim sikkələr Azərbərbaycanın digər yerlərində (Xınıslı, Qəbələ və Yaloylutəpə) də aşkar edilmişdir.
Nəcib dəfnə
Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən, ətirli, həmişəyaşıl subtropik ağac və ya kol növü. == Ümumi == Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.[mənbə göstərin] Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur.
Nəcib dəfnə ağacı
Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən, ətirli, həmişəyaşıl subtropik ağac və ya kol növü. == Ümumi == Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.[mənbə göstərin] Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur.
Nəriman Nərimanovun dəfni (film, 1925)
Ornanda dəfn (Kurbe)
“Ornanda dəfn” (fr. Un enterrement à Ornans) — 1849—1850 ci illərdə fransız rəssamı Qüstav Kurbe tərəfindən işlənilmiş geniş formatlı: ölçüləri 315 × 668 sm olan tablo. == Tarixi == Ornan — Kurbenin doğulduğu, Fransanın şərqində, İsveçrə ilə sərhəddə yerləşmiş Franş-Konte regionunda bir şəhərdir. Tabloda 1848 ci ildə salınmış o dövr üçün yeni Ornan qəbirstanlığı təsvir edilmişdir. Güman olunur ki, Kurbe bu tabloda ana tərəfindən olan babası Udonun ya da babasının qardaşı Klod Etyen Testin dəfn mərasimini təsvir etmişdir Rəsm əsəri ilk dəfə 1851 ci ildə Paris Salonunda sərgilənərkən tamaşaçıların sərt reaksiya və tənqidlərinə məruz qalır. Tənqid edənlərin əksəriyyəti adi bir kənd dəfn mərasimini belə bir geniş formatda təsvir etməyə layiq görmürdülər. Bir çoxu da əsəri ələ salırdılar — onlardan biri K. Vinyon yazırdı:: == Sujeti == Kurbe əsərdə məhz şəxsiyyəti məchul qalan mərhumun ruhuna toxunmadan sırf onun cisminin dəfnini göstərməyə çalışmışdır. Kompzisiyanın qıraqlarında qərar tutmuş başı açıq fiqurlar Kurbenin iki babasına aiddirlər. Onlar dəfn arxası planda mehriban sahiblər kimi görünürlər. Sol tərəfdə indicə cənazəni gətirmiş olan geniş kənarlı şlyapalı dörd nəfərdən biri “Ornanda nahardan sonra dincəlmək” əsərindən tanıdığımız skripkaçıdır.
Ozurgeti dəfinəsi
Ozurgeti dəfinəsi — Avropa gümüş sikkələri dəfinəsi. 414 ədəd sikkə var. Bu, 1953-cü ildə Gürcüstanın Ozurgeti şəhərində tapılmışdır. Dəfinə mis qaba qoyulmuşdur. Ozurgeti dəfinəsinin bir hissəsi (270 ədəd) Avstriya talerlərindən (51 ədəd), Venesiya dukatlarından (1 ədəd), Toskana talerosundan (11 ədəd) və İspaniya pesosundan (207 ədəd) ibarətdir. Gürcüstan ərazisində belə böyük taler sikkə xəzinəsinin tapılması sübut edir ki, Avropa gümüş sikkələri Gürcüstanın pul dövriyyəsində mühüm rol oynamışdır. Ozurgeti dəfinəsindən 270 sikkə Gürcüstan Simon Canaşia Muzeyində, 144 sikkə Ozurgeti Tarix Muzeyində saxlanılır.
Qasım Süleymaninin dəfn mərasimi
Qasım Süleymaninin dəfn mərasimi (fars. تشییع جنازه و خاکسپاری قاسم سلیمانی‎) — İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə İran və İraqın müxtəlif şəhərlərində generalın doğma şəhəri olan Kirmanda təşkil olunmuş hüzür və dəfn mərasimləri. Mərasimlər Bağdad, Kərbəla, Nəcəf, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində geniş kütlələr tərəfindən təşkil olunmuşdur. Süleymaninin cənazə mərasimi 1989-cu ildə Tehran şəhərində İran İslam Respublikasının qurucusu, Ruhullah Xomeyninin cənazə mərasimdən sonra İrandakı ən böyük kütləvi dəfn mərasimi olaraq tarixə keçmişdir. 7 yanvar 2020-ci ildə Kirmandaki dəfn mərasimində izdiham baş verdi, ən azı 56 nəfər həlak oldu və 200-dən çox adam yaralandı. Nəticədə, kütləvi izdiham səbəbindən Süleymaninin dəfni təxirə salındı. Süleymani 8 yanvar çərşənbə günü, İranın İraqdakı iki ABŞ hərbi bazasına hücumundan bir neçə saat sonra doğma şəhəri Kirmanda dəfn edildi.
Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası
Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası — Qazaxıstan Respublikası hökuməti daxilində dövlət orqanlarının fəaliyyətini, nəzarət funksiyalarını və qanunvericilikdə və müvafiq Qaydalarda nəzərdə tutulmuş digər funksiyaları əlaqələndirən, habelə dövlət sirrinin, təhlükəsizliyin qorunması və məlumatların təmin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır.. Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası haqqında Əsasnamə, Qazaxıstan Respublikası hökumətinin 11 sentyabr 2002-ci il tarixli 993 saylı "Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası məsələləri" qərarı ilə təsdiq edilmişdir.. == Tarixi == Sovet hakimiyyəti dövründə mövcud olmuş Xalq Komissarları Şurası və Nazirlər Sovetlərinin İşlər İdarələri, sonra kombinə edilmiş prezident aparatı (1990–1991), Prezidentin və Nazirlər Kabinetinin aparatı (1991–1994), Nazirlər Kabinetinin İşlər İdarəsi (1994–1995), Nazirlər Kabineti Aparatı (1995), Hökumət aparatı (1995–1997) Baş nazirin dəftərxanası (1997-ci ilin martında yaradılıb). == İdarəçilər == Stepan Şutkin (1995–1999) Altay Tleuberdin (02.09.1998–10.1999) Altay Tleuberdin (13.12.2000–10.01.2007) Bakıtjan Sağıntayev (11.12.2007–30.09.2008) Yerlan Koşanov (02.02.2012–14.03.2017) Nurlan Aldaberqenov (27.03.2017–01.03.2019) Darxan kalıtayev (01.03.2019–25.03.2019) Qalımjan Koyşıbayev (с 26.03.2019) == Strukturu == 2020-ci ilə olan vəziyyət: Qazaxıstan Respublikası Baş nazirinin Katibliyi Layihə İdarəetmə Mərkəzi Kadrlar şöbəsi Qazaxıstan Respublikası Baş nazirinin mətbuat xidməti Konsolidə analitik şöbə Qazaxıstan Respublikası Parlamentində Hökumətin nümayəndəliyi Hüquq şöbəsi Regional İnkişaf İdarəsi İqtisadiyyat şöbəsi Sənaye və İnnovativ İnkişaf İdarəsi Sosial və Mədəni İnkişaf İdarəsi Xarici İqtisadi Əməkdaşlıq və Protokol şöbəsi Müdafiə və Hüquq Mühafizəsi şöbəsi Dövlət sirlərinin və xüsusi rabitə növlərinin qorunması şöbəsi Maliyyə və iqtisadi şöbəsi, Nəzarət və sənədləşdirmə təminatı şöbəsi == Əsas vəzifələri == Qazaxıstan Respublikası Baş naziri Aparatının əsas vəzifələri: Qazaxıstan Respublikası Baş Naziri və Hökumətinin informasiya və analitik, təşkilati, hüquqi, sənədli və digər dəstəyi; dövlət sirrinin qorunması sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi; orqan və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi; dövlət sirrinin və informasiya təhlükəsizliyinin qorunması üçün qanuni, inzibati, texniki və digər tədbirlərin hazırlanması, icrasına və uyğunluğuna nəzarət; məlumat bazaları da daxil olmaqla dövlət orqanları üçün vahid informasiya və telekommunikasiya dəstəyi sisteminin yaradılması üzrə işlərin koordinasiyası; Hökumət və Baş nazirin qərarlarının hazırlanması və icrası prosesində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; Dövlət Başçısının qərarlarının və Hökumətə verilən tapşırıqların, Hökumət və Baş nazirin qərarlarının, Baş nazir, müavinlərinin, Baş qərargah rəisi və müavinlərinin tapşırıqlarının icrasına nəzarət; Hökumət və Baş nazir qərarları layihələrinin Baş nazir, müavinləri və Aparat rəhbəri imzalamağa qərar verdikləri zaman nəticələrində məlumat və prinsipial xarakter daşıyan maliyyə, iqtisadi, hüquqi və digər aspektlərinin nəzərə alınması və ya müvafiq sənədləri razılaşdırmaq.
Qraf Orqasın dəfni
Qraf Orqasın dəfni (isp. El Entierro del Conde de Orgaz) əsəri 1586-1588-ci illərdə Yunan mənşəli İspaniya rəssamı El Qreko tərəfindən çəkilmiş XIV əsrin əvvəlinə aid əfsanə bu şəklin mövzusuna çevrilmişdir. Toledo əhli və şəhərin senyoru Orqas don Qonsalo Ruis 1312-ci ildə vəfat etmişdir. Onun ailəsi qraf tituluna sonralar layiq görülmüşdür, don Qonsalo Ruis həmin titulla ölümündən sonra məşhurlaşmışdır. Qraf Orqas mömin adam idi, öz xeyriyyə fəaliyyəti ilə tanınmışdı, San-Tome kilsəsinin (El Qreko da həmin kilsənin abidlərindən idi) genişləndirilməsindən və bəzədilməsindən ötrü xüsusi vergi barədə fərman vermişdi. Əfsanəyə görə, don Qonsalo Ruisin dəfn mərasimində onun dəfnindən ötrü müqəddəs Stefan və müqəddəs Avqustin səmalardan enmişdi.
Qurzuli dəfinəsi
Qurzuli dəfinəsi — Gürcüstanda gümüş sikkə dəfinəsi. Dəfninənin salamat qalmış hissəsində 469 ədəd sikkə var. 1926-cı ildə Qurzuli kəndində tapılmışdır. Sikkələrin əksəriyyəti Kappadokiyada zərb edilmiş draxma və didrakmalardır. Dəfinənin 168-ci ildə gizlədildiyi güman edilir.
Qızıl dəftər
Qızıl dəftər — İngilis yazıçısı Doris Lessinqin 1962-ci ildə yazdığı roman. Romanda anti-müharibə və anti-Stalinist mesajlar, 1930-cu illərdən 1950-ci illərə qədər İngiltərədə kommunizm və Kommunist Partiyasının geniş təhlili və qönçələnməkdə olan cinsi inqilab və qadın azadlıq hərəkatlarının tədqiqi var. 2005-ci ildə TIME jurnalı "Qızıl dəftər"i 1923-cü ildən bəri ingilis dilli 100 ən yaxşı romandan biri adlandırdı. O, bir sıra başqa dillərə, o cümlədən fransız, polyak, italyan, isveç, macar və ivrit dillərinə tərcümə edilmişdir. == Süjet xətti == Qızıl dəftər yazıçı Anna Vulfun, həyatını qeyd etdiyi dörd dəftərin və onları beşinci, qızılı rəngli dəftərdə birləşdirmək cəhdinin hekayəsidir. Kitab Anna və onun rəfiqəsi Molli Ceykobsun, eləcə də onların uşaqlarının, keçmiş ərlərinin və sevgililərinin (Azad Qadınlar) həyatlarından real görünən povestin hissələrini Annanın qara rəngli dörd dəftərindən çıxarışlarla kəsişdirir. Rodeziya, İkinci Dünya Müharibəsindən əvvəl və onun ən çox satılan romanına ilham verən, qırmızı (Kommunist Partiyasının üzvü kimi təcrübəsi), sarı (Annanın öz hekayəsinin ağrılı sonu əsasında yazılan davam edən bir roman) sevgi macərası) və mavi (Annanın xatirələrini, xəyallarını və emosional həyatını qeyd etdiyi şəxsi jurnal). Hər notebook dörd dəfə geri qaytarılır, bir-biri ilə qarşılıqlı əlaqədə olan qeyri-xronoloji, üst-üstə düşən bölmələr yaradır. Bu postmodern üslub, personajları və oxucuları cəlb edən "oyun" məkanı ilə kitabın ən məşhur xüsusiyyətlərindən biridir, baxmayaraq ki, Lessinq oxucuların və rəyçilərin romandakı ciddi mövzulara diqqət yetirmələrini təkid edirdi. == Əsas mövzular == Lessinq öz ön sözündə romanda ən mühüm mövzunun parçalanma olduğunu iddia edirdi.
Qəlbimi «Vunded-Ni»də dəfn edin (film, 2007)
Qəlbimi "Vunded-Ni"də dəfn edin — Di Braunun eyni adlı əsərindən götürülmüş televiziya filmidir. Filmin rejissoru İv Simono, sseraristi Daniil Qiatdır. Filmin əsaslandığı kitab 19-cu əsrin sonlarında Qərbi Amerikada Amerikanın yerli əhalisinin (hindilərin) tarixidir. Film avropalıların Amerikanın qərbinə kolonizasiyası tarixindən və hinduların öz haqları uğrunda mübarizəsindən bəhs edir. Vunded-Ni körfəzində baş verən döyüş siu hinduları ilə ABŞ ordusu arasında baş verən sonuncu və ən böyük silahlı münaqişələrdən biri idi.
Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunanlar
Sumqayıt Şəhidlər Xiyabanı — Sumqayıt şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Sumqayıt şəhərində yaradılıb. 1992-ci il fevralın 4-də Rəhman Sadiq oğlu Qəhrəmanov xiyabanda dəfn olunan ilk şəhiddir. == A == Abbasov Faiq Yaqub oğlu (1970–1994) Abbasov Mustafa Babalar oğlu (1953–1995) Abbasov Şəmşir Şahmar oğlu (1967–1992) Abdullayev Eynur Sahib oğlu (1966–1993) Abdullayev Faiq Mehdi oğlu (1972–1992) Ağayev Cavanşir Cəmil oğlu (1965–1992) Ağayev Fazil Cəlil oğlu (1969–1992) Axundov Əbdülməcid Nadirşah oğlu (1993–2016) Aslanov İslam Xanış oğlu (1973–1994) Atakişiyev Şahin Şiraslan oğlu (1970–1994) Abbaslı Elgin Ağayar oğlu (1991–2020) Allahverdizadə Elnur Əli oğlu (1995–2020) Allahverdiyev Vüsal Tahir oğlu (1988–2020) == B == Babayev Rahib Bəxtiyar oğlu (1985–2020) Baxşəliyev Rəşid Əliağa oğlu (1996–2016) Baxışov Seymur Qulamhüseyn oğlu (1987–2016) Bayramov Ruslan Bayram oğlu (1996–2016) Bayramov Şulan Bayram oğlu (1996–2016) == C == Cabbarov Cavanşir Hacif oğlu (1967–1992) Cabbarov Elnur Zakir oğlu (1973–1994) Cabbarov Taleh Cəmil oğlu (1971–1994) Camalzadə Asim Knyaz oğlu (1994–2023) Cəfərov Şirin Allahverdi oğlu (1962–1994) == D == Dadaşov Rəhim Möhübbət oğlu (2003–2021) == E == Eyvazov Qorxmaz Abış oğlu (1967–1994) == Ə == Əbibov Əli İlham oğlu (1994–2013) Əliyev Əlövsət Əbülfət oğlu (1957–1992) Əhmədov Yaqub Aqali oğlu (1966–1992) Əhmədov Nəcəf Hikmət oğlu (1967–1994) Əliyev Millət Söhbətəli oğlu (1961–1994) Ələsgərli Zaur Mübariz oğlu (1995–2020) Əhmədzadə Rüfət Əbülfət oğlu (2001–2020) Əbdürəhmanlı Sabir Faiq oğlu (1998–2020) Əliyev Səmid Xoşbəxt oğlu (1998–2020) Əliyev Eltun Elnur oğlu (2001–2020) Əliyev Emil Əziz oğlu (1993–2020) Əliyev Fərhad İlham oğlu (1993–2020) == F == Fərəcov Ceyhun. Fətullayev Tərlan Amanşah oğlu (1989–2020) == H == Hacıyev Bəxtiyar Oqtay oğlu (1974–1993) Haqverdiyev Şahin Nüslət oğlu (1959–1994) Hümbətov Azər Rəsul oğlu (1971–1994) Hümbətov Əhməd Məhəmməd oğlu (1965–1994) Hümbətov Rizvan Humay oğlu (1954–1992) Hüseynov Ehtiram Aydın oğlu (1970–1992) Hüseynov Elçin Zamin oğlu (1992–2020) Hüseynov Məcid Məmməd oglu (1969–1993) Həmidov İzzət Rövşən oğlu (2000–2020) Həsənzadə Məhəmmədəli Hörmət oğlu (1999–2020) == İ == İmanov Ənvər Emil oğlu (1999–2020) İsmayılov Məzahir Sədi oğlu (1961–1994) İsfəndiyarov Müşfiq Kamil oğlu (1976–1995) İsmayılov Yavər İsmayıl oğlu (1969–1994) == K == Kərimov Müşfiq Bəhmən oğlu (1971–1994) Kərimov Taleh Adil oğlu (1985–2020) == Q == Qorçuyev Əfqan Xanış oğlu (1970–1994) Qəhrəmanov Rəhman Sadiq oğlu (1966–1992) Quliyev Namiq Natiq oğlu (2001–2020) Quliyev Şəhriyar Nəsib oğlu (1990–2020) == M == Mahmudov Mehman Paşa oğlu (1963–1994) Məhərrəmov Əli Səməd oğlu (1957–1992) Məmmədov Eylaz Əli oğlu (1968–1992) Məmmədov Əfqan Əhməd oğlu (1967–1994) Məmmədov Faiq Nəriman oğlu (1973–1994) Məmmədov Gəray Azad oğlu (1969–1993) Məmmədov Murad Vaqif oğlu (1989–2016) Məmmədov Şərif Tahir oğlu (1970–1994) Mərdanlı Alay Bayram oğlu (1969–1994) Mirzəyev Teymur İsmayıl oğlu (1967–1996) Mustafayev Rüfət Zöhrab oğlu (1996–2020) Məmmədov Murad Yusif oğlu (1995–2020) Məmmədov Rəhman Natiq oğlu Natiq (1997–2020) Məmmədov Ruslan Ramiz oğlu (1997–2020) Məmmədzadə İlkin Əzizağa oğlu (1991–2020) Mütəllimov Qəzənfər Ədalət oğlu (1992–2020) Mərdanov Rəhman Ramiz oğlu (1975–1994) == N == Nəzərov İlham Allahverdi oğlu (1963–1994) Niftəliyev Mehrab Söhrab oğlu (1985–2020) == O == Orucov Raquf Cahangir oğlu (1972–2016) == P == Piriyev Faiq Həbib oğlu == R == Rüstəmov Etibar Cavanşir oğlu (1968–1992) Rzayev Zahid Canəli oğlu Rəhimli Orxan Elxan oğlu (1992–2021) Rzayev Məhəmməd-Nadir İlqar oğlu (1994–2020) == Ş == Şərifov Səxavət Əsəd oğlu (1965–1994) Şahhüseynov Mirzə Telman oğlu (1973–1994) Şirinov Ramil Arif oğlu (1987–2023) == V == Vahabov Ceyhun Sabir oğlu (1973–1993) Veysov Rövşən Saməddin oğlu (1971–1992) Vəliyev Əhməd Vəli oğlu (1968–1992) Vəliyev Elxan Səməd oğlu (1958–1995) == Y == Yusifov Elman Qüdrət oğlu (1970–1994) Yusifov Sahib Əli oğlu (1975–1994) == Z == Zeynalov Kərəm Əyyub oğlu (1967–1992) Zeynalov Salman Əyyub oğlu (1965–1994) Zeynalov Şeyda Qaçaq oğlu (1970–1994) Zeynalov Ramiz Nağı oğlu (1975–1994) Zeynallı Coşqun Çingiz oğlu (1993–2021) == İtkin düşənlər == Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərdən başqa, Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adlarının yazıldığı xatirə lövhəsi də ucaldılıb.
Səma dəfni ayini
Səma dəfni ayini — mərhumun cəsədini havada asmaqla həyata keçirildiyi dəfn edilmənin ən qədim dini ayinlərindən biri. Ayinin dini motivasiyası müxtəlif xalqlar üçün fərqli olmuşdur. == Ümumi məlumat == Səma dəfn mərasimi qədim dövrlərin bir çox xalqı arasında mövcud olmuşdur. Bu gün Cənubi Amerikanın bəzi tayfaları arasında da müşahidə edilir. Bəzi xalqlar üçün ayin bütün ölülərlə əlaqəli, bəzilərində isə yalnız bu və ya digər səbəbdən "seçilmişlər" lə əlaqəli şəkildə yerinə yetirilmişdir. Bu ayin haqqında ən qədim istinadlardan biri Nimfodorun mesajıdır (e.ə. III əsr). O, özünün "Barbar qanunları" əsərində yazırdı: == Zərdüştlük == Qədim zərdüştlər ölü cəsədini yırtıcı quşlar tərəfindən ziyafət üçün Dahma adlanan bir tikiliyə qoyulmalı olduğuna inanırdılar, çünki cəsədlərin basdırılması və ya yandırılması qədim dində qadağan edilmişdir. Səbəb isə suyun və torpağın çirklənməsinə səbəb olacağını düşünmələridir. == Gürcülər üçün səma dəfni ayini == 1814-cü ildə David Baqrationi "Gürcüstan tarixi" kitabında məlumat verdi: == Şimali Amerikalılar arasında səma dəfni == Hava dəfn mərasiminin Şimali Amerikadakı hinduların bəzi qəbilələri arasında mövcud olduğu da bilinir.
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri (osman. Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası) — Osmanlı İmperiyası hakimiyyəti dövründə İrəvan əyalətinin İsgəndərqalası və Urud livalarında gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə 1593-cü ildə tərtib olunmuş özündə statistik məlumatları əks etdirən sənəd. XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan dəftər Ankarada Tapu ve Kadastro Kuyum-i Kadime Arşivində saxlanılır (199, vərəq 111a-191a). Səhvən Bəyazid vilayətinin müfəssəl dəftərinə əlavə edilmiş dəftər Akif Muradverdiyev və Hüsaməddin Məmmədovun (Qaramanlı) yaxından köməkliyi ilə 2003-cü ildə Ankarada Türkiyə Dövlət Arxivindən tapılmış və əski əlifbadan Azərbaycan dilinə çevrilmişdir. Dəftər ilk dəfə 2005-ci ildə Musa Urudun Zəngəzur adlı kitabında çap olunub.
Xınıslı dəfinəsi
Xınıslı dəfinəsi – Azərbaycanın Şamaxı rayonunun Dərə Xınıslı kəndinin yaxınlığında tapılan gümüş sikkə dolu xəzinə. Xəzinə 1958-ci ildə təpədə üzüm plantasiyalarının əkilməsi üçün aparılan təsərrüfat işləri zamanı Xınıslı yaşayış yerinin qalıqları ilə birlikdə tapılmışdır. Xəzinə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılır. Bu tapıntı sayəsində 300-dən çox sikkə tədqiq edilmişdir. Xəzinədə yerli bənzətmə alban sikkələri (72 ədəd) ilə birlikdə, həmçinin Roma İmperiyasına (denari), Afinaya (5 tetradraxma), Frakiyaya (3 tetradraxma), Vifiniyaya (7 tetradraxma), Ponta (1 tetradraxma), Selevkilərə (76 tetradraxma) və Arşakilərə (161 draxma) aid pullar tapılmışdır. Ehtimal olunur ki, xəzinə təxminən e.ə. I əsrin üçüncü rübündə basdırılmışdır. Xəzinədə olan ən erkən pul Frakiyada Lisimahın (e.ə. 323–281 illər) adından zərb olunan tetradraxmadı, ən qədimi isə III Fraatın (e.ə. 70–58) arşaki draxmasıdır.
Yurdçu dəfinəsi
Yurdçu dəfinəsi — Kəngərli rayonunun Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Dəfinədən aşkarlanmış numizmatika məmulatından 328 ədədi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tədqiq edilmişdir. Dəfinədən aşkarlanmış sikkələrdən ən qədimi Bizans imperatoru I Yuanın (969-976) adına kəsilmiş dirhəmdir. Yurdçu dəfinəsi içərisində Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın adına kəsilmiş dirhəmlər də vardır. Dəfinənin əksər sikkələri Azərbaycan Atabəylər dövləti hökmdarlarının adından kəsilmişdir.
Ziviyə dəfinəsi
Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır. Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. R. Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü saka sözündən törəmişdir. Ziviyə kəndinin adı II Sarqonun və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilmişdir. R. Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə Zibia, görünür əhalinin yaşadığı yer – yaşayış yeri yox, daha mühüm yaşayış yerinə gedən yolu kəsən və ancaq qoşun yerləşdirilən adi istehkam məntəqəsi olmuşdur. Ziviyə dəfinəsi əşyaları e.ə. IX–VII əsrlərə aid edilir. Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviyə dəfinəsinin skif üslublu qızıl əşyalarını B. B. Piotrovski e.ə. VII əsrin sonlarına aid edir.
Çaykənd dəfinəsi
Çaykənd dəfinəsi — Azərbaycan Respublikası Göygöl rayonunun Çaykənd kəndində tapılmış (1935) gümüş sikkə dəfinəsi. Dəfinə (ümumi çəkisi 4830 q) 2297 sikkədən ibarətdir. Sikkələr Osmanlı sultanları II Mehmet və II Bəyazid (1 sikkə), Ağqoyunlu Rüstəm və Məhəmməd (2), Şirvanşah Fərrux Yasar və II Şeyx İbrahim (1930 sikkə), habelə Səfəvi I İsmayılın (354 sikkə) hakimiyyəti dövründə kəsilmişdir. Çaykənd dəfinəsinin XVI əsrin I rübündə basdırıldığı ehtimal olunur. Çaykənd dəfinəsi XV əsrin sonları — XVI əsrin əvvəllərində azərbaycan tarixinin bəzi problemlərini, pul dövriyyəsi maliyyə və çəki sistemini öyrənmək üçün qiymətli mənbədir. Dəfinə Milli azərbaycan Tarixi Muzeyində saxlanılır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh. 467.
Çometi dəfinəsi
Çometi dəfinəsi — Gürcüstanda e.ə. V–IV əsrlərə aid dəfinə. 1928-ci ildə Çometi kəndi yaxınlığında gil qabda tapıılmşdır. Kolxida tayfalarına aiddir. Dəfinə 380 Kolxida tribolası və qırıq gümüş bilərziklərdən ibarət idi. Dəfinə Gürcüstanın Milli Muzeyində saxlanılır.
Ölüm dəftəri
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına gədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. == Məzmun == Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Ölüm dəftəri (film, 2017)
Ölüm dəftəri — Tsuqumi Oba və Takeşi Obatanın eyni adlı manqanın əsasında çəkilən Adam Uinqard rejissorun ABŞ fantastik qorxu triller filmi. Netflix tərəfindən 2017-ci ilin avqustun 25-də buraxılıb. == İstehsalı == 2007-ci ildə Malaziyanın The Star qəzetində qeyd olunub ki, ABŞ-də ondan çox film şirkəti Death Note franşizin film adaptasiyasını çəkməkdə maraqlıdır. Əvvəlcə ABŞ-nin Vertigo Entertainment şirkəti remeyk eləməli idi. Çarli və Vlas Parlapanides ssenarinin müəllifləri, Roy Li, Duq Deyvison, Dan Lin və Brayn Uitten isə prodüserləri olmalı idilər. 2009-cu ilin aprelin 30-da Variety jurnalı elan edib ki, yapon film versiyasının distribütori olan Warner Bros. remeyk eləmək üçün müəllif hüquqları əldə edib. Ssenari müəllifləri ilə prodüserlər isə eyni qalıb. 2009-cu ildə Zak Efron onun filmdə baş rolda oynadığı haqqındakı şayiəni inkar edib. 2011-ci ilin yanvarın 13-də elan olunub ki, Şeyn Blək filmin rejissoru, ssenari müəllifləri isə Entoni Baqarotzi ilə Çarls Mondri olacaq.
İki dəfə Sosialist Əməyi Qəhrəmanı
İki dəfə Sosialist Əməyi Qəhrəmanı — 221 nəfər bu ada layiq görülüb.
İki dəfə doğulmuş
İki dəfə doğulmuş (it. Venuto al mondo) - yazıçı Marqaret Mazzantininin 2008-ci ildə nəşr olunmuş, 2009-cu ildə isə Kampello mükafatına layiq görülmüş romanıdır. == Məzmunu == Cemmanın şair olan boşnak dostu Qoyko onu Sarayevoya dəvət edir. Bu zaman Cemmanın Sarayevo ilə bağlı xatirələri yadına düşür, şəhərin XIV Qış Olimpiya Oyunlarını qəbul etməsi, 1984-cü ildə bu şəhərə olan səfəri, Qoyko ilə tanış olması, kasıb fotoqraf Diyeqo ilə tanış olması, onların İtaliyaya qayıtmaları və evlənmələri; bundan sonra başlayan ağrıverici hadisələr, Yuqoslaviyada müharibənin başlaması, anasının ölümü və mühasirə dövründə Sarayevoya qayıtmasını xatırlayır. Cemmanın həyat hekayəsi, parlaq xatirə kimi yaddaşında saxladığı bir çox ikinci dərəcəli personajların həyatı ilə əlaqələnir: Qoykonun anası və bacısı Mirna və Elena, Cemma və Diyeqonun övladı olması üçün öz orqanlarını kirayə verməyə razılaşan musiqiçi Aska və Cemmanın atası. Romanda müharibənin dəhşətləri, Sarayevonun dağılması, şəhər sakinlərinin yaşadığı hisslər və sair ətraflı təsvir olunur. == Ekranizasiyası == 2012-ci ildə roman əsasında rejissor Sercio Kastellitto tərəfindən eyni adlı film çəkilmişdir. Filmdə Cemma və Diyeqo rollarını müvafiq olaraq Penelopa Kruz və Emil Hirş canlandırmışlar. == Nəşrləri == Margaret Mazzantini, Venuto al mondo, collana Scrittori italiani e stranieri, Mondadori, 531 səh., ISBN 978-88-04-57370-8.
İkinci Fəxri xiyabanda dəfn olunanların siyahısı
II Fəxri Xiyaban — Azərbaycanın görkəmli şəxslərinin dəfn olunduğu məzarlıq.

Значение слова в других словарях