sif. 1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. Eybəcər qız. Eybəcər uşaq.
– Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi. (Nağıl).
Çünki onun, boy-buxununa görə, böyük olan başı tükdən daha da iriləşir, gözə bir az eybəcər gəlirdi. Ə.Əbülhəsən.
// İs. mənasında. Eybi eylər eybəcər, soğanı yeyər dərdəcər. (
Ata. sözü ).
Gördü gölün içində baxır ona bir nəfər; Bir bədheybət, eybəcər. R.Rza.
// Bədəninin bir yerində nöqsan olan. Eybəcər gözlü qız. Eybəcər barmaqlı əl.
2. məc. Təhrif edilmiş, korlanmış, biçimsiz, yöndəmsiz, mənasız, iyrənc, qeyri-adi.
// Xoşa gəlməyən, nifrət oyandıran, çox pis, çirkin.
Müdhiş və eybəcər bir səslə vıyıldayaraq gələn minalar yalnız əsgərləri deyil, yeri-göyü də sarsıdırdı. M.Hüseyn.