Gavurqala
Gavurqala (Ağdam) — Azərbaycanın Ağdam rayonunun Sofulu kəndi ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı.
Gavurqala kilsəsi — Azərbaycanın Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqları.
Gavurqala – Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndinin cənubunda yerləşən ilk orta əsrlərə aid yaşayış yeri.
Govurqala — Azərbaycanın Şəki rayonunun Baş Kəldək (Böyük Gəldək) kəndində yerləşən, 6-cı əsrə aid alban məbədi.
Govurqala — Azərbaycanın Qobustan rayonunun Cəyirli kəndində yerləşən qədim qala.
Gavurqala (Govurqala / Xaçmaz Govurqalası / Qızlar Qalası) — Azərbaycanın Oğuz rayonunun Xaçmaz, Ərmənət, Xalxal və Filfili kəndləri yaxınlığında, Qaladağ dağının zirvəsində yerləşən, 7-ci əsrə aid istehkam xarakterli tarixi memarlıq abidəsi.
Qabur qülləsi — Azərbaycanın Oğuz rayonunun Xaçmaz, Ərmənət, Xalxal və Filfili kəndləri yaxınlığında, Qaladağ dağının zirvəsində yerləşən, 7-14-cü əsrlərə aid müdafiə təyinatlı qüllə.
Govurqala — Azərbaycanın Qəbələ rayonunun Bum qəsəbəsi yaxınlığında IX-XIV əsrlərə aid qədim memarlıq abidəsi.
Govurqala — Azərbaycanın Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında, Köndələndağın ətəklərindəki Qədim Qəbələ (Kabalaka) şəhərinin xarabalığında qala.
Govurqala — Azərbaycanın Laçın rayonunun Mişni kəndində qala.