KİTABƏ

сущ.
1. надпись на памятниках старины
2. надгробие, надгробная надпись, эпитафия
KİTABDƏYİŞDİRMƏ
KİTABƏT
OBASTAN VİKİ
Kitabə
Kitabə (ərəb. كتابة‎‎) — adətən, mənzum şəkildə olan qəbirüstü yazı. Azərbaycan ədəbiyyatında epitafiyanın real qəbirdaşına yazılan növü – kitabə daha çox yayılmışdır. Son əsrlərədək bəzi klassik şairlər hələ sağlıqlarında özləri üçün kitabə–şeir yazmışlar.
Qobustanda daş kitabə
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu — Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km (yol ilə 65 km) məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qobustan adının minimal Jegkeheen və anlamı barədə müxtəlif tedqiqatçılar ferqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir.
Alban (Qafqaz) kitabələri
Alban kitabələri — Qafqaz albanlarının erkən orta əsr epiqrafik abidələri.. 1948–1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı üzərində alban yazısı olan V–VI əsrlərə aid kitabələr tapılmışdır. Həmin dövrə aid xritian məbədindəki mehrabın üzərində (daşdan düzəldilmiş dördkünc xaç oturacağının pərvazında) həkk edilmiş yazı dövrümüzədək çatmış ən böyük kitabədir. Üzərində Alban yazısı olan gil şamdanlar və küp parçaları da aşkar edilmişdir. Alban kitabələri indiyədək xunmamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Vəkilov R.M. Mingəçevir epiqrafik abidələrinin arxeoloji xarakteristikası. Azərb. SSR EA-nın Xəbərləri (ictimai elmlər seriyası). 1958 №4.
Alban kitabələri

Bisütun kitabəsi
Bisütun kitabəsi — İranın müasir Kirmanşah şəhəri yaxınlığında yerləşən Bisütun qayası nın üzərində Əhəməni şahı I Daranın əmri ilə tərtib olunmuş relyefli kitabə. Onların köməkliyi ilə Dara üsyançılar üzərində öz qələbələrini, özgə ölkələrin istilası və tabe etdirilməsini əbədiləşdirmək istəyirdi. Üç dildə həkk edilən kitabə (qədim fars, Babil və Elam dillərində) min sətirə qədər idi və mixi işarələrlə qazılmışdı. == Haqqında == 1306 sətirlik kitabənin 515 sətri qədim fars, 141 sətri akkad (babil), 650 sətri isə elam dilində yazılmışdı. E.ə. 522-ci ildə Əhəmənilər dövlətində hakimiyyətə gələn I Dara hakimiyyət uğrunda mübarizədə doqquz rəqibini məğlub etmiş, möhtəşəm bir imperatorluq qurmuşdu. I Dara bu uğurlarını əbədiləşdirmək üçün qərara gəlir ki, sağ ikən özünə abidə qoysun. Elə bir abidə ki, hakimiyyət uğrunda apardığı mübarizə, rəqibləri üzərində çaldığı qələbələr orada öz təcəssümünü tapsın. Abidə üçün münasib yer Kirmanşah vadisi boyunca ensiz dağ silsiləsi seçilir. Həmədandan Babilistana gedən karvan yolunun başlanğıcında yerləşən dağ silsiləsi ikibaşlı əjdaha kimi şaxələnir.
Kültigin kitabələri
Kül Tiğin kitabələri —Monqolustanda Orxon Yenisey Muzeyində ziyarətçilərə sərgilənməktədir. Kül Tigin abidəsi Kül Tiginin qardaşı və Göktürklərin xaqanı Bilgə Xaqan tərəfindən 732 ci ildə qardaşı adına, qardaşının xidmətlərindən dolayı ona duyduğu minnəti göstərmək məqsədiylə tikilmişdir. Bu kitabədə Bilgə Xaqan danışır. Türkologların Orhun abidələri olarak adlandırdıqları yazıtlardan biri olan Kültigin kitabəsi Türk dilinin ən köhnə nümunələrindəndir. Monqolıstanda köhnə Moğol başşəhəri Qaraqorumun 32 km. güneyində, köhnə Uyğur paytaxtı Karabalasagunun 28 km güneyindədir. Boz bir qranit qaya üzərində duran dörd üzlü bir yazıttır. Üç üzü (Kök) türkcə mətinden; bir üzü (qərb üzü) isə Çincə mətinden ibarətdir. 18 iyul 1889-da rus etnoqraf Nikolay Yadrintsev tərəfindən tapılmış ve Danimarkalı filoloq Vilhelm Thomsen tərəfindən Danimarka Krallıq Akademiyasının Kopenhagendəki 15 dekabr 1893-cü ildə ilk dəfə oxunmuşdur. İki hissədən ibarətdir: birinci hissə 13, ikinci hissə 53 sətirdən ibarət olmaqla, Kültigin abidəsi ümumilikdə 66 sətirdən ibarətdir.
Nüvədi-Qarqadaşı kitabələri
Nüvədi-Qarqadaşı petroqlifləri — Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndinin Qarqadaşı dağında daş kitabələrdir. Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gər-gər) türklərinə aid bu kitabələr e.ə. 1-ci minilliyə aiddir. 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Vəli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Abidə möhkəm bazalt daşlar üzərində Göytürk hərfləri ilə yazılmış yazılardır. Kitabədəki yazılar quruluşuna görə Orxon-Yenisey yazıları ilə eyni olsa da daha qədimdir. Nüvədi kitabələrində yazılar birləşdiyi halda Orxon-Yenisey kiabələrində birləşmir. 1991-ci ilə qədər ərazidə yalnız azərbaycanlılar yaşasalar da 1991-ci il 8 avqustda ərazi ermənilər tərəfindən işğal olunub. И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П., 1852, стр.623-626; Ə.Ələkbərli.
Türk Kitabələri
Türk kitabələri – runi, uyğur, suriya və ərəb kitabələri. Növündən asılı olaraq Türk kitabələri runi, uyğur, suriya və ərəb kitabələrinə bölünür. Runi kitabələr Macarıstandan Lenayadək geniş bir ərazini əhatə edir. Qəbirüstü abidələr üzərində ən böyük mətnlər Monqolustanda - Orxon-Yenisey, Selenqi və Tol çaylarının hövzələrində rast gəlinir. Onlar kəşf olunduğu andan (XIX əsrin sonu) Orxon kitabələri adlandırılmışdı. Gültəkinin, Bilgə xaqanın Ongin abidəsinin, Tonyukuk və Kuliqurun xatirələrinə hazırlanmış abidələr linqvistik cəhətdən qədim oğuz dillərinə aiddir. Xakasiya və Tıvada aşkar olunmuş kitabələr paleoqrafik və dil cəhətdən VI-VIII əsrlərə, arxeoloji məlumatlara görə VII-VIII əsrlərə aiddir. Yayıldığı əraziyə görə onlara Yenisey abidələri deyilir. Buradan da türk runisinə verilmiş ikinci ad Orxon-Yenisey abidələri yaranmışdır. Bu tip kitabələr Altay Respublikasında, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Çonin Sinzyan abidələrində aşkar edilmişdir.
Yunan və latın kitabələri
Yunan və latın kitabələri — Yunan dilindən qədim kitabələr miladdan öncə XI-VIII əsrlərə aiddir. Yunan dilindən qədim kitabələr miladdan öncə Xı-VIII əsrlərə aiddir.Məsələn, Kipr adasında tapılan daş və məişət qabları üzərində həkk edilən kitabələr e.ə. XI-IV əsrlərə aiddir.daş üzərində həkk edilən rəsmi sənədlərə aid möhtəşəm nümunələr İtaliyada tapılmışdır.Onların mətnlərindəki fikirlər dövlətin və onun qurumlarının möhkəmləndirilməsinə xidmət edirlər. Bu qrup kitabələr içərisində polis konstitusiyası, 1884-cü ildə Krit adasında tapılmış Qort qanunları kimi sənədlər xüsusi yer tutur. Bir sıra ticarət müqavilələrinin , o cümlədən afrikalıların Selimbriya ilə bağladığı müqavilələrin mətnləri də daş üzərində zəmanəmizədək gəlib çatmışdır. Roma tarixinə dair qiymətli epiqrafik sənədlər aşkar olunmuşdur. Məsələn, miladdan öncə 186-cı ildə Roma Senatının Dionisi şənliklərini qadağan etməsi haqqında dekretin mətni, aqrar qanunun fraqmentləri, Yuli Sezarın bəzi qanunları, səsvermə reqlamenti haqqında Qeban cədvəli, Avqustun vəsiyyətləti və s. Kitabələr Roma tarixinin müxtəlif məslələrinin aydınlaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Kitabələrin böyük bir hissəsi sosial – iqtisadi tarix məslələrini özündə əks etdirilər. Latın dilində olan kitabələrdən iqtisadi həyatın öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən kitabələr xüsusi yer tutur.
İlandağ (Haçadağ) kitabəsi
İlandağ (Haçadağ) kitabəsi — Müasir Naxçıvan Muxtar Respublikası ərazisində Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, İlandağda, digəri Fərhad evi adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır. İlandağ kitabəsi adlana kitabə Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığında aşkar edilmiş və mixi kitabənin mətni S.Qaşqay tərəfindən tərcümə edilmişdir. İlandağ kitabəsi İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrinndən bəhs edir. Bir metr uzunluğunda kitabənin mətnindən ayıdn olur ki, Işpuini və Menua Arsinie ve Ania torpaqlarını tutmuş, Pluadidə İlahə Haldinin şərəfinə kitabə qoymuş və qurban kəsmişlər. AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevin fikrinəcə kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Tədqiqatçı fikrini Naxçıvan ərazisində Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlilin tapılmaması ilə izah etmişdir. Kitabədən aydın olur ki, Urartu çarları İşpuini və onun oğlu Meniua bu ərazilərə yürüşlər təşkil etmişlər. Kitabədə onların zəbt etdikləri ölkələr arasında üç şəhər dövlətinin adı çəkilmişdir – Arsine, Arsikua, Ayanianu.
İlandağ kitabəsi

Meşa kitabəsi
Meşa kitabəsi, Meşa sütunu, Meşa stelası və ya Moav daşı — təxminən e.ə. 840-cı ilə aid, Moav padşahı Meşanın adına Kənan yazısında yazılmış kitabə. Meşa Moav tanrısı Xamosun öz xalqına qəzəbləndiyini və onların İsrail padşahlığına tabe olmasına icazə verdiyini, lakin nəhayət, onun geri qayıdaraq İsrailin boyunduruğundan qurtulmaq və Moavın torpaqlarını bərpa etmək üçün Meşaya kömək etdiyini izah edir. Meşa bir çox tikinti layihələrini də təsvir edir. Paleoivrit yazısı ilə sıx bağlı olan Finikiya əlifbasının variantında yazılmışdır.. Albright, William F. "Is the Mesha Inscription a Forgery?". The Jewish Quarterly Review. University of Pennsylvania Press. 35 (3). 1945: 247–250.
Uyuk-Turan kitabələri
Uyuk-Turan kitabələri VIII-IX əsrlərə aid olduğu təxmin edilən və ehtimal ki, Yenisey Qırğız xaqanlığı dövründə yaradılmış kitabədir. Tuva Respublikasının Turan şəhəri ətrafında, Uyuk-Turan çayı vadisi yaxınlığındakı çöllərdə aşkar edilmişdir. Yenisey kitabələri kimi tanınan daha böyük kitabələr qrupunun bir hissəsi kimi tanınan kitabə qədim türk run yazısından istifadə edilməklə Orxon türkcəsində yazılmışdır. Yenisey kitabələri vəfat etmiş dövlət xadimləri üçün ucaldılmış abidə daşları növüdür. Ümumiyyətlə, Göytürklər arasında mərhumun xatirəsinə abidə daşlarının ucaldılması ənənəsi geniş yayılmışdır. Bununla belə, arxeoloq İvor Kormuşin, Göytürk xaqanlığından sonra da Uyğurlar arasında mühüm dövlət xadimləri üçün yazılı daşlarının qoyulması ənənəsinin davam etdiyini, buna görə də Uyuk-Turan kitabəsinin qədim dillərdə yazılan Orxon kitabələrindən sonrakı dövrə aid olduğunu ehtimal edir. Abidənin özü maral daşı stelasıdır, təxminən e.ə. 1000-ci ildə ucaldılmışdır və onun üzərinə yazı sonradan, eramızın VIII-IX əsrlərində həkk edilmişdir. Kitabə qəhvəyi rəngli əhəng daşından hazırlanmışdır və Uyuk çayına tökülən çaylardan biri olan Turan çayının sağ sahilində yerləşir. Daş 8 pilləlidir və hündürlüyü 5 pus (tarixi ölçü vahidi), eni 1 pus, qalınlığı 11 pusdur.

Digər lüğətlərdə