LAÇIN

is.
1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş.
Laçın yatağıdır bizim məkanlar. Q.Zakir.
Eşq ilə çırpınan cəfayə dözər; Laçın alçaqda, həm fəzada süzər. A.Şaiq.

// məc. tənt. Müqayisələrdə: cürət, hünər, igidlik rəmzi kimi işlənir.
Eyvazım bənzər laçına; Sonalar heyran saçına. Koroğlu”.
[Qərib:] Ahu baxışlıdır, laçın cürətli; Uçmağa, qonmağa çıxası gözəl. Aşıq Qərib”.

2. Bədii təşbehlərdə: gözəlin gözlərinə işarə.
Səyyad olub, qurub məhəbbət torun; Laçın gözlü, xub şikarı tutmuşam. M.P.Vaqif.
Gecə-gündüz gözüm baxdı yollara; Bir laçın gözlünün nigaranıdı. Q.Zakir.

Этимология

  • LAÇIN M.Kaşğaridə laçin kimi verilib. Göyərçin, bildirçin sözlərində olduğu kimi laçın da da -çin “quş” deməkdir
LACİVƏRDLİK
LAD

Значение слова в других словарях