MKT İstehsalat Kommersiya
1995-ci ildə Azərbaycanda yaranmış özəl pambıq şirkətidir . Şirkətin məhsulları əsasən xarici olmaqla daxili və xarici bazarlarda satılmaqdadır. Azərbaycan iqtisadiyyatının qeyri-neft qeyri-dövlət sektorunda 2021-ci il üzrə ixrac lideri olmuşdur. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 15 pambıqçılıq rayonunda pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
== Filialları ==
Bakıda yerləşən baş ofislə yanaşı, şirkətin regionlarda da 25 filialı mövcuddur. Bu filiallara pambığın ilkin emalı filialları olan Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Saatlı, Sabirabad, Salyan, Tərtər, İmişli, Neftçala və Zərdab, məntəqə tipli Yevlax, Goranboy, Kürdəmir, Ağdam və innovasiya fermer təsərrüfatları olan Ağcabədi, Beyləqan, İmişli, Lənbəran, Saatlı və Yevlax filialları daxildir.
== Məhsullar ==
“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə, lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.
== İşçiləri ==
Şirkətin daimi işçi sayısı 3200, sezon dönəmində isə təqribən 6500 nəfərdir.