Tutuquşu ilə qadın (Kurbe)
“Tutuquşu ilə qadın” (fr. La Femme au perroquet, ing. Woman with a Parrot) — 1866 cı ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə nü üslubunda çəkmiş olduğu rəsm əsəri. Metropoliten muzeyində sərgilənən bu tablonun ölçüləri 129,5 × 195,6 sm-dir..
1863 cü ildə Paris Salonunda sərgilənən Aleksandr Kabanelin “Veneranın doğulması” əsərindən ilhamlanan Qüstav Kurbe onu təkrarlamaq qərarına gəlir.. 1864 cü ildə bu məqsədlə təqdim etdiyi “Venera və Psixeya” tablosu jüri tərəfindən qəbul edilmir.
Yalnız iki il sonra “Tutuquşu ilə qadın” əsərini təqdir və münsiflər heyətinin ciddi seçimindən sonra 1866 cı ildə Paris Salonunda sərgilənənmək üçün vəsiqə alır.
Tabloda çarpayıda arxası üstə uzanmış, kürən saçları yatağa səpələnmiş çılpaq qadın təsvir edilmişdir. Onun yuxarı qaldırmış olduğu sol əli üzərində hər iki qanadları açıq şəkildə bəzəkli tutuquşu oturmuşdur. Sağ tərəfdə küncdə tutuquşuya məxsus dirək təsvir edilmişdir.