M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası — 1961-ci ildən fəaliyyətə başlamışdır. Respublika Klinik xəstəxanası əsasən respublika tabeçiliyində olan şəhərlərin və kənd rayonlarının əhalisinə və tibb müəssisələrinə çoxprofilli, ixtisaslaşmış, stasionar, konsultativ, planlı yardım göstərməklə yanaşı Respublika Səhiyyə Nazirliyinin təşkilatı-metodiki işlərinin bazası olub, respublika müalicə-profilaktika idarələrinin təşkilatı-metodiki işlərinə köməklik etməyə borclu olan aparıcı tibb müəssisələrindən biridir. Respublika Klinik Xəstəxanası eyni zamanda tibbi kadr hazırlayan Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun, 1 saylı tibb texnikumu və 2 saylı tibb texnikumunun tədris bazasıdır. İcbari tibbi sığortanın tətbiqi ilə Respublika Uşaq Klinik Xəstəxanası 2021-ci il 28 may tarixində Respublika Klinik Xəstəxanasının nəzdinə verilmişdir.Xəstəxananın müalicə şöbələrində tibbi təhsil müəssisələrinin 11 kafedrası, o cümlədən Azərbaycan Tibb Universiteti üzrə; urologiya, cərrahi xəstəliklər və farmakoterapiya kafedraları; Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunun 2-ci terapiya, nefrologiya, nevrologiya və fizioterapiya, mama-ginekologiya, rentgenologiya, hematologiya, anestaziologiya-reanimasiya, üz-çənə cərrahiyəsi və otorinolarinqologiya kafedraları fəaliyyət göstərir.Göstərilən kafedra, laboratoriya və mərkəzlərdə 121 elmi işçi, o cümlədən 16 professor, 30 dosent, 35 assistent və digər işçilər elmi və tədris işləri ilə yanaşı xəstələrin diaqnostika və müalicəsində xəstəxana personalı ilə birlikdə fəaliyyət göstərirlər. Bunlardan başqa nefrologiya, nevrologiya şöbələri müvafiq profillər, hematologiya şöbəsi ilə hemofiliya xəstəliyi üzrə mərkəz statusuna malikdir.
Şöbələrin sayı — 44
Kabinetlərin sayı — 3
Bölmələrin sayı — 27
Korpusların sayı — 3
Çarpayı sayı — 1035
== Tibbi personal ilə bağlı ==
Həkim — 370>
Orta tibb işçisi — 643
Kiçik tibb işçisi — 357
Digər — 270
Rezidentlər — 20
Professorlar — 13
Dosentlər — 21
== Şöbə, bölmə və kabinetlər haqqında ==
Nefrologiya şöbəsi — 40 çarpayı
Kardiologiya — 45 çarpayı
1-ci Hemodializ şöbəsi — 30 çarpayı
2-ci Hemodializ şöbəsi — 50 çarpayı
1-ci sinir xəstəlikləri şöbəsi — 50 çarpayı
2-ci sinir xəstəlikləri şöbəsi — 50 çarpayı
Endokrinologiya şöbəsi — 75 çarpayı
Allerqologiya şöbəsi — 20 çarpayı
Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsi(I)
Otorinolarinqologiya şöbəsi — 20 çarpayı
Qastroentrologiya şöbəsi — 25 çarpayı
Urologiya şöbəsi — 40 çarpayı
Hematologiya — 50 çarpayı
Oftalmologiya — 20 çarpayı
Üz-çənə cərrahiyyəsi — 30 çarpayı
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi(II) — 25 çarpayı
Mərkəzi Sterilizasiya
1-ci Cərrahiyyə şöbəsi — 50 çarpayı
2-ci Cərrahiyyə şöbəsi — 50 çarpayı
Proktologiya — 30 çarpayı
Travmatologiya və ortopediya şöbəsi — 40 çarpayı
Ginekologiya şöbəsi — 40 çarpayı
Doğum şöbəsi — 95 çarpayı
Uşaq şöbəsi I — 45 çarpayı
Uşaq şöbəsi II — 40 çarpayı
Laboratoriya şöbəsi
Uşaq Kardiologiya — 40 çarpayı
Uşaq Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi — 15 çarpayı
Arxiv, Katiblik, KİV və Məlumat şöbəsi
İnformasiya texnologiyaları şöbəsi
Dəstək xidmətləri şöbəsi — 4 bölmə
Texniki dəstək, UKX təsərrüfatı, təsərrüfat və təhlükəsizlik bölmələri
İnsan Resursları şöbəsi — 1 bölmə
Əməyin mühafizəsi bölməsi
Satınalma şöbəsi
Maliyyə şöbəsi — 3 bölmə
Hesabatlıq, büdcə planlama və mühasibatlıq bölmələri
Xəstə xidmətləri şöbəsi — 5 bölmə
Koordinasiya, qeydiyyat, pediatrik qeydiyyat, xəstə qəbulu və pediatrik xəstə qəbulu bölmələriYardımçı şöbələrə laboratoriya, şüa-diaqnostika, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, endoskopiya, qanköçürmə və poliklinika şöbəsi aiddir.
==== Hemodializ ====
Hemodializ şöbəsi 2004-cü ilin iyul ayının 17-dən fəaliyyət göstərir. Şöbə 1-ci korpusun 1-ci mərtəbəsində yerləşir. Şöbədə:
Frensenus markalı müasir tipli süni böyrək aparatı;
Osmos otağı – su təmizləyici qurğular sistemi;
Qraunomiks – dializator hazırlayan aparat fəaliyyət göstərir.
Hemodializ ambulator müalicədir, lakin bəzi hallarda xəstələrin ağırlaşmaları zamanı onlar diaqnostik və laborator müayinələrdən keçirilir.