AĞGÜN

sif. dan. Xoşbəxt.
□ Ağgünlü olmaq – xoşbəxt olmaq.
[Kiçikbəyim Məmməd bəyə dedi:] Ağgünlü olmuş, məni bu yaşımda gör gətirib haralara çıxarırsan. Çəmənzəminli.

AĞGÖZLÜK
AĞGÜNLÜ
OBASTAN VİKİ
Ağgünbəd (Üskü)
Ağgünbəd (fars. آق‌گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Şəbüstərdən 50 km cənub-qərbdədir. Ağgünbəd kəndi Şahı adasında yerləşir. Şəhərdə yerləşən Ağgünbəd limanı ticarət və iqtisadi işlərdə Urmiya gölünün önəmli limanlarından biridir. Ağgünbəd limanı yeddi Ağgünbəd kəndində yaşayanları Urmiya şəhəri ilə birləşdirir. Ağgünbəd limanı İslam adasının qərb sahilində və Urmiya gölünün şərq tərəfində yerləşir. Yerlilərin dediyinə görə, bu kəndin qurucuları Azərbaycan Respublikasından buraya köçmüş və dəniz və rütubətli iqlim səbəbiylə mülayim bölgədə Ağgünbəd bölgəsində Urmiya gölü yaxınlığında yaşayan insanlar idi. == Adı == Dehxuda sözlüyünə görə Ağgünbəz sözü "böyük, dəyərli, şərəfli, hündür, qürurlu" anlamını verən (ağ anlamını vermir) Ağ, Aq və günbəz sözlərindən yaranmışdır. Ağ saqql ailənin başçısı, yerin başçısı, dəyər və hörmət sahibi olan bir insan deməkdir.
Ağgüney
Ağgüney — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Hüseynuşağı kəndi ərazisində güney adı. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Ağgüni (Nir)
Ağgüni (fars. اق گوني‎) və ya Ağgüney — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kürayim kəndistanında, Ərdəbil şəhərindən 18 km cənubda, Ərdəbil-Təbriz avtomobil yolunun 15 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (6 ailə).
Ağgünəş
Argünəş - Azərbaycannın Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində dağ. == Haqqında == Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində yerləşən Argünəş dağının hündürlüyü 1468 metrdir. Oronim Ar və günəş sözlərindən düzəlmişdir. Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronim belə izah olunur: "yaxınlığındakı dağlardan hündür olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlanmışdır". Ar sözü "keşikçi, gözətçi"; "quru çay dərəsi" mənaları ilə yanaşı, buryat, yakut və monqol dillərində "qərb, arxa tərəf, şimal, dağın kölgə düşən hissəsi, quzey" da ifadə edir. Qeyd etmək lazımdır ki, Quba rayonu ərazisində yerləşən və hazırda Dolanlar adlanan dağın da əvvəlki adı Argünəş olmuşdur. Bu oronimin coğrafi mövqeyi ikinci izahla üst-üstə düşür. Dolanlar adına gəlincə, dolan qədim fars və tacik dillərində "dağ keçidi", monqol dilində (dalın) "arxa tərəf, yüksəklik, yol" deməkdir. Bu baxımdan Argünəş və Dolanlar oronimləri sinonim hesab oluna bilər. Qırğızıstanda Dolon, Tacikistanda Dolona, Dolonabulak yer adları bu oronimin türk dilləri üçün yad olmadığını sübut edir.

Значение слова в других словарях