Ağqarın ağdiş
Ağqarın ağdiş (lat. Crocidura leucodon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü.
Kütləsi 3,7-13,6 qram, bədəninin uzunluğu 58-80,5 mm, quyruğu 30-39,2 mm, pəncələri 10,3-13,9 mm-dir. Bədənin üst tərəfi oxra-boz və ya qonurumtul-boz, bədənin yanları və alt tərəfi ağdır. V.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziyada C.l.kuzyakini sub sp. nov. yarımnövü yaşayır.
Avropada, Qafqazda, Ön və Mərkəzi Asiyada, Çində və Monqolustanda yayılmışdır. Azərbaycanın bütün ərazilərində qeydə alınmışdır. Düzənliklərə üstünlük verir.