Airbus A320
Airbus A320 — “Airbus S.A.S” şirkəti tərəfindən istehsal olunan dar füzelyajlı təyyarələr ailəsi. 1988-ci ildə buraxıldığı zaman müəyyən məsafədən elektrik idarəetmə sistemi quraşdırılmışdır (EİS, ing. fly-by-wire) və dünyada bu sistemi istifadə edən ilk kütləvi sərnişin təyyarəsi oldu. Airbus A320 ailəsinə əsas rəqib olan Boeing 737 ailəsidir.
== İstehsal dövrü ==
2008-ci ilin fevral ayına qədər Airbus A320 yalnız Tuluzada yığılırdı. Lakin, 2008-ci ilin mart ayından, yüksək tələbat səbəbindən, həmçinin Hamburg-Finkenverder zavodunda da yığılmağa başlandı. Komponentlər Airbus şirkətinin müxtəlif zavodlarından Hamburqa (A318, A319, A321) və Tuluzaya (A320) yekun montaj (yığılma) üçün daşınır. Demək olar ki, bütün daşımalar Beluga A300-600ST-də aparılır.
Airbus S.A.S. üçün ən böyük problem ABŞ dollarının aşağı kursu olmasıdır: istehsalın çox hissəsi avrozonada yerləşməsinə baxmayaraq, bütün ödənişlər ABŞ dolları ilə aparılır.
2014-cü ildən Airbus şirkəti Airbus A320neo yeni nəsil təyyarələrin buraxılmasına başlayıb.