AB
Avropa İttifaqı (Aİ) və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat.
Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub.
Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.
Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.
1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə.
1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə.
1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi
1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin
vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi
1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı
1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin]
1992-ci il — Maastrixt sazişi
1997-ci il — Amsterdam müqaviləsi
Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur.